İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə52/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   48   49   50   51   52   53   54   55   ...   88

trudqujnaloq və bütün yerli vergilər vergi öhdəliklərinin mütərəqqiliyi saxlanıl-
maqla bir vergidə - vahid kənd təsərrüfatı vergisində birləşdirilməli və kənd
təsərrüfatında vergi öhdəliklərinin ümumi prinsiplərinin qorunması üçün digər
birbaşa vergilər yığılmamalıdır;
 vergi sistemi ciddi mərkəzləşdirilməli və tənzimlənməlidir. Buna görə də qu-
rultay yerli Sovetlər və digər yerli orqanlar tərəfindən qanunla nəzərdə tutul-
mamış vergilərin yığılmasına qarşı çıxır;
 əmtəə-pul münasibətlərinə keçid şəraitində natural verginin saxlanılması neqa-
tiv faktor kimi qiymətləndirilməlidir. Bunun mənfi tərəfi ondan ibarətdir ki,
natural vergi kənd-təsərrüfatında əmtəə pul münasibətlərinin inkişafına mənfi
təsir edir. İkinci tərəfdən kəndlilərin alıcılıq qabiliyyətini azaldır, bununla da
sənayenin inkişafına mənfi təsir edir. Üçüncüsü pul nişanlarına tələbi azaldır.
Dördüncüsü kənd təsərrüfatında əsas əmtəəni (taxılı) dəyərdən salır. Bütün
bunları nəzərə alaraq tədricən ərzaq vergisinin və natural vergilərin pul ilə alın-
masına keçmək lazımdır;
 qurultay indiki vaxtda qismən natural vergilərdən pul ilə ödənilən vergilərə
keçməyi mümkün hesab edir: məhz trudqujnaloqu ləğv edib onu həyət-əmlak
vergisi  əmsalına  daxil  etməyi,  dövlət  və  yerli  səviyyədə  bütün  natural
vergilərin ləğv edilməsini təklif edir;
 Azərbaycanın rayonlarının əksəriyyətində ərzaq vergisi qaldığından vergi sis-
temində bəzi dəyişikliklər edilməlidir. Həqiqətən vahid ərzaq vergisi müəyyən-
ləşdirilməli, vergilər iki və ən çox halda üç növ məhsul ilə, taxıl, arpa, çovdar
ilə alınmalıdır. Ət, yağ, tərəvəz və digər məhsullar üçün vergilər pul ilə və ya
taxıl ilə alınmalıdır;
 sovet vergi siyasətinin müvəffəqiyyəti təkcə düşünülmüş siyasətdən deyil, eyni
zamanda fəhlə-kəndlilərin geniş kütlələrinin razılığına nail olunmasından,
vergi aparatının vəziyyətindən də  da asılıdır. Güclü, çevik işgüzar vergi aparatı
olmadan sovet dövləti qarşıya qoyulmuş vəzifəsini həyata keçirə bilməz. Qu-
rultay mərkəzdə və yerlərdə vergi aparatının gücləndirilməsi qərarını qəbul
edir [1, 1 c., s. 151-154].
Yuxarıda göstərilən iki tarixi materialda, yəni AK(b)P MK-nın 1922-ci il mart
plenumu və 1923-cü il martın 12-16-da keçirilən V qurultayında Hərbi Kommu-
nizmdən  Yeni  İqtisadi  Siyasətə  keçid  şəraitində  respublikada  vergi  mükəllə-
fiyyətlərinin ödənilməsi, institusional situasiyanın yeni şəraitlə həmahəng olması,
bütünlükdə vergi siyasətinin sinfi mahiyyəti və digər məsələlərin həllinə yönəldilmiş
direktivlər öz əksini tapmışdır. Mövcud rejim normal fəaliyyət göstərə bilən vergi
mexanizmləri olmadan ölkə iqtisadiyyatının bərpa olunması, büdcənin maliyyə və-
saitləri ilə təmin olunması və pul dövriyyəsinin tənzimlənməsinin qeyri mümkün
olduğunu  dərk  edərək,  bu  istiqamətdə  görüləcək  ən  mühüm  tədbirlərin  əsas  is-
tiqamətlərini müəyyənləşdirməyə çalışırdı. Bütün bunlar isə ilk növbədə olduqca
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
121


çevik fəaliyyət göstərə bilən vergi aparatının yaradılmasını  direktiv orqanların
gündəliyinə gətirən  məsələyə çevirirdi.
Daha sonra diqqətin XX əsrin 20-ci illərin sonlarına doğru bəzi tarixi faktlara
yönəldilməsi yerinə düşərdi.  Məhz həmin dövrdən etibarən yeni iqtisadi siyasətə
keçid dövrünün əvvəlki illərindən fərqli olaraq bu sahədə problemlərin həllində iqti-
sadi faktorlardan daha çox inzibati vasitələrə üstünlük verilməsi hiss olunmaqda idi.
Bu xüsusda Azərbaycan Dövlət Universitetinin professoru N.Polyanskinin dəyər-
ləndirmələri diqqəti cəlb edir.
N.Polyanski “Azərbaycan SSR Cinayət Məcəlləsində vergi cinayətləri“ məsələsi
adlı digər məqaləsində yazırdı ki, maliyyə idarəsinin bütün işçiləri vergi ödəməkdən
imtina edən və bu işə səhlənkar yanaşan vergi ödəməli olan şəxslərin cinayət mə-
suliyyətinə cəlb edilməsinin vacibliyi fikrindədirlər. Bu işi vergi ödəməli olan şəxs-
lərin  istəklərinin  öhdəsinə  buraxmaq  olmaz.  N.Polyanski  yazırdı  ki,  məsələyə
doqmatik və hüquqi siyasətin müddəaları baxımından yanaşmaq olar. Doqmatik
yanaşmada bütün  vasitələrdən istifadə edərək qanunda nəzərdə tutulmuş müd-
dəaların icrasına nail olmaq olar. Məsələyə hüquqi siyasət baxımından yanaşanlar
çalışırlar ki, qanunların icrasında ölçülər gözlənilsin. Burada əsas məqsəd cəza deyil,
dövlətin maliyyə maraqlarının gözlənilməsidir. O, Azərbaycan qanunvericiliyində
məsuliyyətə cəlb edilmə hallarını özündə ehtiva edən mövcud normaları 3 qrupa
bölürdü [2, b.ııı, s. 44-56]:
1. Vergilərin ödənilməməsi.
2. Vergilərdən qəsdən boyunqaçırma
3. Vergilərin düzgün müəyyən edilməsinə əngəl olan xüsusi qaydalara əməl et-
məmək halları
N.Polyanskinin vergi məsələləri ilə əlaqədar şərhində XX əsrin 20-ci illərin son-
larına doğru vergi mexanizmlərinin hüquqi-inzibati mahiyyəti içərisində, onun iqti-
sadi  yönlərinin  tamamilə  yox  olub  getməsi,  həyata  keçirilən  siyasətin  sinfi
mahiyyətinin daha da güclənməsi gerçəkliyi öz əksini tapmışdır. Bu gerçəklik digər
dəyərləndirmələrdə də əks olunmaqda idi. Müvafiq olaraq  bundan sonra diqqətin
1928-ci ildə yanvarın 25-də «Бакинский рабочий» (№20) qəzetində M.Ronvalın
2
“Gəlir vergisində yenilik” sərlövhəsi ilə dərc edilən materialda səslənən fikirlərə
yönəldilməsi yerinə düşərdi. Məqalədə yazılırdı ki, sovet gəlir vergisi sistemində
birbaşa vergiqoymanın iki növü mövcuddur - şəhərdə gəlir vergisi və kənddə kənd
təsərrüfatı vergisi. Bizdə vergiqoymada sinfi yanaşma özünü daha qabarıq büruzə
verir. Vergilərin bu iki forması mürəkkəb sovet iqtisadi siyasəti mexanizmində güclü
vasitədir. Bu vergilər əsas gəlirin qeyri əmək gəlirlərinin təşkil etdiyi xüsusi təsər-
rüfatların yığım hüdudlarını müəyyən edir. Vergilərin burjuaziyaya təzyiq göstərmə
mexanizmi olduğunu təkcə bir fakt sübut edir. Bəzi qruplardan gəlir vergisi kimi on-
ların gəlirlərinin 55%-i tutulur. Lakin keçid dövründə dövlətin iqtisadi siyasətinin

M.Ronvalın vəzifəsi haqqında həmin illərdə nəşr edilən dövrü mətbuat və arxiv sənədlərində dəqiq məlumatlar yoxdur.
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...
122


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə