İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə50/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   46   47   48   49   50   51   52   53   ...   88

Seyfullayev Ilgar Zulfigar oglu
doctor of philosophy on economy, 
Trading Center of the Ministry of Taxes for Azerbaijan Republic
The influence of the Value Added Tax to innovation actions of firms
Abstract
Purpose - analysis of the VATs influence to innovation processes.
Methodology - system and situation approach, comparison analyses and synthesis. 
Findings - peculiarities of VATs influence to innovation are defined throw prism
of the competition between new and old.
Research limitations - the abcents of information about innovation creating prac-
tice in the existing terms of VAT.
Practical implications - using as scientific source in prepearing the regulations
measure on the stimulating for innovation actions.
Originality/value - the problem is researched from standpoint of competition
mechanism of economic system. 
Keywords: innovation, additional value, competition superiority
JEL Classification Codes: D92, E62, H21, O28
Məqalə redaksiyaya daxil olmuşdur: 19.06.2012.
Təkrar işlənməyə göndərilmişdir: 25.07.2012.
Çapa qəbul olunmuşdur: 20.08.2012.
İ.Seyfullayev. İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti 
116


UOT 330.8:330.856:336.22 (479.24)
XX əsrin 20-30-cu illərində Azərbaycanda
vergi məsələlərinin ictimai-siyasi və
iqtisadi fikirdə əks olunması
Xülasə
Tədqiqatın  məqsədini  -  XX  əsrin  20-30-cu  illərində  Azərbaycanda  vergi
məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə əksi ilə əlaqədar bəzi tarixi faktların
tədqiqi təşkil edir.
Tədqiqatın  metodologiyasını  -  analiz,  sintez,  deduksiya,  müqayisə  üsulları
əsasında tarixi faktların dəyərləndirilməsi təşkil edir.
Tədqiqatın nəticəsi - bilavasitə** transformasiya proseslərində optimal vergi
mexa nizmlərinin işlənilib hazırlanmasında tarixi təcrübədən yaralanmağa imkan
yaradır. 
Tədqiqatın  məhdudiyyətləri  -    tədqiqat  obyektinin  spesifikliyi,  elmi  infor-
masiyanın əldə olunması, tarixi faktların müqayisəli təhlil olunması imkanları ilə
əlaqədardır.
Tədqiqatın əhəmiyyətini -  dolayısı yolla olsa da, vergi reallıqları ilə əlaqədar  tar-
ixi təcrübənin bu günün reallıqları baxımından istifadə imkanlarının və daha səmərəli
vergi mexanizmlərinin müəyyənləşdirilməsi təşkil edir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi -  tədqiq edilən problem və müəyyən edilən
bir çox faktlar ilk dəfə olaraq elmi dövriyyəyə çıxarılmasıdır.
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, iqtisadi tarix, vergi siyasəti, vergiqoyma.
* AMEA, İqtisadiyyat İnstitutu. Bakı şəhəri,  AZ 1143. H.Cavid pr., 31.
seyfeddinsamandarov@mail.ru
** Burada  tarixi təcrübə əsasında iqtisadi idarəetmədə  hansısa instituonal elementlərin bu gün tətbiqi imkanlarının araşdırıl-
masından söhbət getmir. Əhəmiyyətli olan vergi mexanizmlərinin təşkilində neqativ praktika və tendensiyaların tarixi
keçmişimizə əsasən müəyyən olunaraq bu günün praktikasında təkrarlanmamağıdır.
117
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
İQTİSADİ TARİX
Səh.117-134
Səməndərov Seyfəddin Sabir oğlu*
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent


1. Giriş
Arxiv  və  digər  materiallar  əsasında  XX  əsrin  20-30-cu  illərində  vergi
məsələlərinin Azərbaycanda mövcud olmuş ictimai-siyasi və iqtisadi fikirdə necə
əks olunması məsələsinin tədqiqi  xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır
ki, tədqiq edilən dövr öz məzmunu etibarı ilə mürəkkəb və ziddiyyətli dövrdür. Bu
dövrdə hadisə və proseslərin retrospektiv anlamda bir daha yenidən nəzərdən keçi -
rilməsi vergi öhdəlikləri də daxil olmaqla maraqlı tərəflər arasında sosial və iqtisadi
maraqların uzlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümumiyyətlə XX əsrin 20-30-cu illərində iqtisadi və siyasi cəhətdən təcrid ol-
unmuş bir dövlətdə olduqca nəhəng iqtisadi layihələrin gerçəkləşdirilməsi üçün və-
saitlərin  toplanılmasında  vergi  sistemi  önəmli  yer  tuturdu.  Lakin  formalaşmış
sistemin  müəyyən  vaxt  keçdikdən  sonra    özünün  sonrakı  inkişafını  təmin  edə
bilməməsi də tarixi həqiqətdir. Bütün bunların səbəbini isə onda axtarmaq lazımdır
ki, çox uzun bir dövr ərzində kəskin və ziddiyyətli antisosial siyasət yürüdülən bir
cəmiyyətdə sovet təbliğat mexanizmi vasitəsi ilə bütün bunların demokratik və hu-
manist məzmun daşıdığı iddia olunurdu. Maraqlı fakt kimi qeyd olunmalıdır ki,
həmin dövrün özündə belə hətta kommunist partiyasının bəzi liderləri tərəfindən
həyata keçirilən vergi siyasətindəki ciddi qüsurlar epizodik də olsa işıqlandırılmaqda
idi. Bizim məqsədimiz sovet praktikasının ittiham edilməsi deyil, həmin dövrdə baş
verən proseslərin obyektiv məzmunun işıqlandırılmasıdır. Çünki tarixi təcrübənin
obyektiv  təhlilləri  əsasında  əldə  edilən  informasiya  müasir  dövrdə  vergi  prose-
durlarının sosial həmrəylik və humanizm prinsipləri əsasında təkmilləşdirilməsi üçün
yararlı ola bilər.
2. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin
ictimai-siyasi və iqtisadi fikirdə əksi ilə əlaqədar bəzi tarixi faktlar
Öncə diqqətin 20-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının
vergi məsələsi ilə əlaqədar qəbul etdiyi bəzi  qərar və məramnamələrinə yönəldilməsi
yerinə  düşərdi.  Bu  xüsusda  Azərbaycan  Kommunist  (b)  Partiyasının  Mərkəzi
Komitəsinin (AK(b)P MK) 1922-ci ilin mart ayında keçirilən Plenumunda qəbul
edilmiş qərar diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, 1922-ci ildə martın 7-8-də
AK(b)P MK-nın Plenumunda ərzaq vergisi, tariflər, neft satışının aksizləşdirilməsi
və digər məsələlər müzakirə olundu və sonra plenumda ərzaq vergisi ilə əlaqədar
aşağıdakı qərar qəbul olundu [1, 1 c., s. 109]:
1. Komissiyanın prinsipial qərarlarının təsdiq edilməsi;
2. Ərzaq  vergisi  aparatının  yaradılması  üçün  nəzərdə  tutulmuş  təşkilatı
məsələlərin həllinin təsdiq olunması;
3. Xalq Ərzaq Komissarlığında ərzaq müfəttişlərinin hazırlanması üçün 80-110
nəfərdən ibarət kursun təşkil olunması;
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...
118


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə