İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə43/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   39   40   41   42   43   44   45   46   ...   88

Əlavə dəyər vergisinin (bundan sonra ƏDV) tətbiqi 1960-1970-ci illərdən başla-
yaraq Avropa İttifaqına daxil olan ölkələrdə geniş tətbiq edilir və bu ölkələrin vergi
sistemlərinin uyğunlaşdırılması üçün böyük imkanlar yaradır. Hal-hazırda ƏDV
Avropa Ittifaqı ölkələrinin sərhədlərini aşaraq Şərqi Avropa və keçmiş sovet respub-
likalarında da geniş tətbiq olunmaqdadır.
Kifayət qədər böyük dövr ərzində tətbiq olunmasına baxmayaraq bu gün də ƏDV-
nin tətbiqi ilə bağlı elmi müzakirələr davam etməkdədir. Bu müzakirələrdə ƏDV-
nin  dövriyyədən  vergi  ilə  əvəz  edilməsi,  ƏDV-nin  hesablanması  qaydasının
dəyişdirilməsi, vahid vergi dərəcəsinin tətbiqi, innovasiya fəaliyyəti üçün ƏDV-nin
ləğvi və digər belə təkliflər eşidilməkdədir. Bu baxımdan ƏDV-nin funksiyalarının,
güzəşt və hesablanmasının xüsusiyyətlərinin, iqtisadiyyata təsirinin öyrənilməsi onun
vergi sistemində rolunun müəyyən edilməsinə və qiymətləndirilməsinə imkan verə
bilər. Eyni zamanda, ölkəmizdə innovasiyalara əsaslanan iqtisadi modelin qurulması
və dəstəklənməsi məsələsində ƏDV-nin təsirinin öyrənilməsi də xüsusi aktuallığı
ilə seçilir.
Vergilər şərti olaraq birbaşa və dolayı vergilərə bölünürlər. Birbaşa vergilər təsər-
rüfat subyektlərinin gəlirlərindən və əmlakından tutulur və iqtisadi fəaliyyətə bila -
vasitə təsir göstərir. Dolayı vergilər isə istehlak olunan məhsulların qiymətində
nəzərdə tutularaq qiymətin artımına gətirir. Belə qəbul olunmuşdur ki, dolayı vergilər
istehsal prosesinə heç bir təsir göstərməməlidir. Lakin dolayı vergilər qiymətin yük-
səlməsinə gətirməklə həmin məhsula tələbin qiymət elastikliyinə uyğun miqdarda
azalmasına və dolayısı ilə istehsal həcminin də məhdudlaşdırılmasına gətirir.
Müasir dövrün tədqiqatçıları innovasiyaları “özü üçün” (istehsalda tətbiq edilən)
və “bazar üçün” (satılan) yeniliklərə ayırırlar. İnnovasiya iqtisadiyyatının köməyilə
inkişafın liderlərinə çevrilmiş ölkələrin iqtisadi mühiti “bazar üçün” yeniliklərin
ÜDM-də xüsusi çəkisinin böyüklüyü ilə (ÜDM-in 10-15%-i) xarakterizə olunur [1].
Qeyd olunanları nəzərə alaraq dolayı vergilər arasında mühüm yer tutan, toplan-
ması prosesi kifayət qədər mürəkkəb olan və istehlaka tətbiq olunan ƏDV-nin is-
tehsal prosesinə, o cümlədən innovasiya proseslərinə təsir mexanizminin təhlili
tədqiqatın əsas məqsədi kimi qəbul olunmuşdur. 
2. ƏDV-nin tətbiqinin əsas xüsusiyyətləri
ƏDV-nin köməyi ilə aşağıdakı vəzifələrin həll edilməsi mümkündür:
 istehsalın bütün mərhələlərində əlavə edilmiş dəyərin bir hissəsinin büdcəyə
mədaxili ilə büdcə gəlirlərinin artırılması;
 istehsal prosesinə münasibətdə neytrallığın təmin edilməsi (əvəzləşdirmə me -
xanizminin köməyilə istehsalçının ödədiyi ƏDV məbləğlərinin qaytarılması);
 inzibatçılıq prosesində vergitutmanın sadəliyi və aydınlığı;
ƏDV-nin tətbiqi fiskal, iqtisadi və psixoloji üstünlüklərilə izah olunur. ƏDV-nin
100
İ.Seyfullayev. İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti 


dövlət büdcəsi üçün yüksək gəlirliliyi və vergi bazasının genişliyi onun fiskal üstün-
lüklərini şərtləndirir (demək olar ki, hər bir şəxs gəlirinin səviyyəsindən asılı olma-
yaraq bu vergini ödəyir). Başqa dolayı vergilərdən fərqli olaraq ƏDV üzrə vergi
yükü böyük diapazonda mal, iş və xidmətlərə şamil edilir. Dövlət əlavə xərclərə
zərurət yarandığı hallarda ƏDV üzrə dərəcələrin sadə artımı ilə çevik və adekvat
reaksiya verə bilir.
1 №-li qrafikdə ölkəmizdə ƏDV-nin və digər vergi növlərinin ümumi vergi da xil
olmalarında xüsusi çəkilərinin dinamikası göstərilmişdir. Göründüyü kimi, ƏDV
büdcə daxilolmalarında mənfəət vergisindən sonra ikinci ən böyük xüsusi çəkiyə
malik olan verg növüdür.
Qrafik 1. Vergi növləri üzrə daxil olmalar. 
Mənbə: www.taxes.gov.az 
ƏDV istehlaka tətbiq edilən dolayı vergi hesab olunur. Vergi dərəcələri vergitutma
obyektinin ölçülərindən asılı olmur və vergitutma obyektinin növləri üzrə müəyyən
olunur (deməli, ƏDV proporsional vergidir).
ƏDV büdcə gəlirlərinin iqtisadi konyukturdan asılılığına görə daha sabit vergi
növü hesab olunur. ƏDV-dən daxil olan gəlirlərin sabitliyi dayanıqlı gəlir mənbələri
olmayan, gəlir və mənfəət vergisi üzrə məhdud bazaya malik olan ölkələr üçün daha
aktualdır. Bir çox ölkələrdə ƏDV büdcə gəlirlərinin 12-30%-i, Ümumi Milli Məh-
sulun isə 5-10%-ni təşkil edir [2].
ƏDV-nin xüsusiyyətlərinin düzgün nəzərə alınması onun sahibkarlıq fəaliyyətinə
münasibətdə neytrallığını təmin etməyə imkan verir. ƏDV-nin istehsal və satış pro -
seslərinin bütün mərhələlərinə, o cümlədən bütün mal, iş və xidmətlərə (vergidən
azad  edilən  azsaylı  mal,  iş  və  xidmətlər  istisna  olmaqla)  tətbiq  edilməsi  onun
səmərəliliyini və gəlirliliyini təmin edir.
ƏDV-nin  psixoloji  üstünlüyü  ondan  ibarətdir  ki,  iri  həcmli  vergi  məbləğləri
nəzərəçarpmaz şəkildə alınan məhsulların qiymətlərinə daxil edilir və ödənilir, yəni
vergi ödəyiciləri məhsulları alarkən qeyri-iradi olaraq ƏDV-ni ödəyirlər. Beləliklə,
101
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


faktiki olaraq vergi ödəyicilərinin maraqlarına aşkar ziddiyyət yaranmır və verginin
dəyişdirilməsi cəmiyyətin birbaşa müqaviməti ilə qarşılaşmır.
ƏDV-nin tətbiqinin inkar edilməsi isə onun mənfi təsirləri ilə əsaslandırılır. ƏDV-
nin tətbiqi zamanı verginin ədalətlilik prinsipi aşkar şəkildə pozulur. Bu nöqsan onun
reqressiv xarakteri ilə bağlıdır. Əhalinin müxtəlif təbəqələri gəlirlərinin miqdarında
asılı olmayaraq eyni məhsulları ƏDV-nin daxil olduğu eyni qiymətlərlə alır. Buna
görə də, bu vergi növünün aztəminatlı təbəqələrin xərclərində xüsusi çəkisi daha
imkanlı təbəqələrin müvafiq göstəricisi ilə müqayisədə çox böyük olur.
Qeyd etmək yerinə düşərdi ki, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələrdə, o cümlədən Azərbaycanda ƏDV fiskal funksiyanın prioritetliyi ilə seçilir.
Bununla yanaşı, onun tənzimləyici funksiyasını gücləndirmək üçün praktikada aşağı-
dakı güzəştlərdən geniş istifadə olunur:
1. Vergidən tam azad etmə;
2. “Sıfır” dərəcənin tətbiqi;
3. İlkin tələbat mallarına azaldılmış vergi dərəcələrinin tətbiqi;
4. Kiçik biznes üçün vergi tutulmayan həddin təyin edilməsi və s.
Azərbaycanda bu güzəştlərdən üçüncüsü istisna olmaqla digər 3 güzəşt növü tət-
biq edilir. ƏDV-nin özəl cəhətləri “sıfır” dərəcənin tətbiqi və tam azad olunma za-
manı meydana çıxır. “Sıfır” dərəcənin tətbiqi zamanı vergi ödəyiciləri alınmış mallar,
işlər və xidmətlər üzrə ƏDV-nin əvəzləşdirilməsi və realizə etdikləri malların (işlərin
və xidmətlərin) alıcılarına elektron vergi hesab-fakturalarını vermək hüquqları var.
Bu isə öz növbəsində belə güzəşt hüququna malik olan müəssisələrin məhsullarına
tələbatın artımına imkan yaradır (əvəzləşdirmə imkanı verməklə və qiymətin standart
dərəcəli ƏDV məbləğində azaldılması ilə).
Vergidən tam azadolma güzəştinin tətbiqində isə vergi ödəyiciləri alınan mallar
üzrə ƏDV-ni əvəzləşdirmək və satış zamanı elektron vergi hesab-fakturalarını ver-
mək hüququnu itirirlər. Bu isə ƏDV ödəyicisi olmayan istehsalçıların xərclərinin
(iqtisadi resursları ƏDV daxil olan qiymətlərlə alır və ödənilmiş vergini əvəzləşdirə
bilmirlər) artmasına gətirir. Digər tərəfdən, vergidən azad olunmuş istehsalçıların
realizə etdikləri məhsullara elektron hesab fakturaları verə bilməmələri institutsional
alıcıların həmin müəssisələrin məhsullarına tələbatını məhdudlaşdırır. Qeyd olunan
nəticələrdən görünür ki, ƏDV üzrə güzəştlərdən istehsalçı müəssisələr üçün ən əlve -
rişlisi və səmərəlisi “sıfır” dərəcənin tətbiqidir.
Bundan əlavə, tam azad etmə və ya aşağı vergi dərəcələri kimi güzəştlərin is-
tehsaldan istehlaka qədər davam edən texnoloji prosesin hər hansı mərhələsində tət-
biqi (nümunə üçün, pambığın istehsalından başlayaraq pambıq geyim əşyalarının
sonuncu istehlakçıya satışına qədər bütün mərhələlər) ƏDV-dən büdcə daxil olm a -
larını azaltmır. İstehsal və bölgü zəncirinin hər hansı bir mərhələsində aşağı vergi
dərəcələrinin  tətbiqi  zamanı  bu  mərhələdə  fəaliyyət  göstərən  sahibkarın  ƏDV
ödəmələri azalır, lakin sonrakı mərhələni icra edən və standart vergi dərəcələri ilə
102
İ.Seyfullayev. İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti 


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə