İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə40/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   36   37   38   39   40   41   42   43   ...   88

91
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
müqavilələrini pozan bir sistem hesab edilər. Bundan əlavə, ölkədən ixrac edilən
məhsullara görə ödənilən ƏDV adətən geri qaytarılır.
Bəzi Avropa ölkələrində xarici investorlar və ixracatçılar ƏDV ödənişlərinin geri
alınması ilə əlaqədar böyük çətinliklərin olduğunu bildirirlər. Bəzən geri qaytarıl-
mayan ƏDV digər vergilər hesabına kompensasiya edilə bilər. Lakin çox vaxt vergi
ödəyicisi “digər vergilər hesabına kompensasiya edə bilmir, çünki ƏDV ödənişi digər
vergilərdən yüksəkdir”. Bəzi hallarda bu çətinliklər qanunvericilikdə ƏDV-nin geri
qaytarılmasının nəzərdə tutulmasına baxmayaraq, bu prosedurun praktik aspektlərini
ifadə edən heç bir qanun və ya normativ aktın olmamasından yaranır [3, 11].
Təbii ki, xarici investisiya cəlb etmək və onu ölkədə saxlamaq, həmçinin biznesini
inkişaf etdirmək arzusunda olan ölkələr ƏDV kompensasiyasını tez və dəqiq təmin
etmək üçün  müvafiq tədbirlər görməlidir.
Xüsusilə, vurğulanmalıdır ki, ölkəmizdə mütərəqqi və təkmil qanunvericilik sis-
teminin mövcudluğu analoji vəziyyətin  respublikamızda yaranması ehtimalını bir-
mənalı olaraq sıfıra endirir.
Respublikamızda son illərdə iqtisadi fəaliyyətin artırılması və sahibkarlığın di-
namik inkişafı məqsədilə vergi sistemində aşağıdakı dəyişikliklər edilib:
Müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən
proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən
35%-dən 20%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən 18%-dək azaldılması,
bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin
dərəcələrinin maksimum həddinin 55%-dən 30%-ə endirilməsi [5, 12].
Əlverişli biznes mühitinin formalaşması daxili investisiya ilə yanaşı, xarici ka -
pitalın da ölkəyə daxil olmasını şərtləndirir. Xarici kapital isə elmi-texniki tərəqqinin
yeni nailiyyətləri ilə yanaşı, qabaqcıl idàrəetmə təcrübəsini gətirir ki, bu da bütöv -
lü kdə iqtisadi inkişafa müsbət təsir edir. Buna görə də hər bir dövlət çalışır ki, biz-
nesin inkisafı üçün ölkədə əlverişli mühit formalaşsın. Ümumiyyətlə, qeyd edək ki,
biznes muhitinin qiymətləndirilməsində fərqli yanaşmalar movcuddur. Biznes mühi-
tini formalaşdıran, çoxsaylı özunəməxsus şərtlərin mövcudluğu yanaşmalardakı
müxtəlifliyə səbəb olur.
Biznes muhitini formalaşdıran amillərə ölkənin makro və mikro gostəriciləri
(siyasi sabitlik, inflyasiya, maliyyə, vergilər, qanunvericilik və s.) aid edilir.
Biznes muhitinin qiymətləndirilməsi üçün bu yanasma tam yararlı olmasa da,
faydasız  da  deyil.  Bu  baxımdan,  biznes  mühiti  ilə  bağlı  dünya  təcrübəsinin
öyrənilməsi və milli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasında
biznes mühitinin qiymətləndirilməsinin milli monitorinq sisteminin yaradılması
zəruridir.
Biznes mühitinin formalaşmasında vergi mexanizmlərinin rolunun artırılması is-
tiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı:
 vergi dərəcələrinin aşağı salınması, vergi güzəştlərinin azaldılması və eləcə də


92
P.Rzayev. Biznes mühitinin formalaşmasında vergi mexanizmlərinin rolu
vergi ödəyiciləri tərəfindən gəlirlərin düzgün göstərilməsi hesabına vergitutma
bazasının genişlənməsi;
 ümumi vergi daxilolmalarında vergitutma bazasının genislənməsi hesabına
birbaşa vergilərin xüsusi çəkisinin artırılması;
 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən real gəlirlərin
 şəffaflğının təmin edilməsi üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi
 vasitəsilə onlara real gəlirlərin göstərilməsi üçün əlverişli stimulların yaradıl-
ması.
Bu həm dövlətin iqtisadi-sosial sahədə fəaliyyətinin səmərəliliyinin artması, həm
vergi  sahəsinin  inkişafı  baxımından  beynəlxalq  standartlara  yaxınlaşması  üçün
zəruridir. Nəticədə fiziki səxslərin gəlirlərinin şəffaflığının artması təmin oluna
biləcək, bu isə öz növbəsində ölkədə müəssisələrin rəqabət qabiliyyətinin və gəlir-
lərin artmasına müsbət təsir göstərəcək.
Mənfəət  vergisi  üzrə  asağıdakı  əsas  prioritet  istiqamətlərin  nəzərə  alınması
məqsədə uyğun hesab edilə bilər:
 aşağı (vahid dərəcə saxlanılmaqla) vergi dərəcəsinin tətbiqi ilə vergitutma
bazasının genişləndirilməsi;
 müəssisələrin vergi yükünün azaldılması və bunun əsasında özəl biznesin
bütün sahələrinin daha da inkişaf etdirilməsi;
 vergi güzəştlərinin dövlətin sosial-iqtisadi proqramlarının strateji məqsədlərinə
uyğun, ancaq müvəqqəti və əldə edilmiş nəticələrə əsaslanaraq verilməsi;
 sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi və onun tətbiq sahəsinin
genişləndirilməsi.
Beynəlxalq təcrübəyə əsasən, kiçik biznes ucun muxtəlif ölkələrdə sadələşdirilmiş
vergi sistemi tətbiq olunur. Respublikamızda kiçik biznesin inkişafı üçun sadələş
dirilmiş vergi sisteminin tətbiqi davam etdirilməlidir ki, xususilə regionlarda kicik
biznes obyektləri rəqabət qabiliyyətli olsunlar və məşğulluq problemi tam həll ol-
unsun. Ancaq kicik biznes ucun nəzərdə tutulmus sadələsdirilmis vergi rejimindən
istifadə edərək bir sıra iqtisadi fəaliyyət növləri üzrə sadələşdirilmis vergi ödəyiciləri
kimi  qeydiyyata  durmaqla  vergidən  yayınma  halları  vergi  orqanlarının  xususi
nəzarətində olmalıdır. Bu baxımdan kiçik biznes müəssisələrini asağı vergi dərəcəsi
ilə vergiyə cəlb edərək uçota almaq qərarı həm iqtisadi fəaliyyət növü, həm dövriyyə,
həm də işçilərin sayı və xidmət sahəsi kimi parametrlər əsasında qəbul edilməsi
məqsədə uyğundur.
Sadələşdirilmiş  vergi  uzrə  sistemin  daha  da  təkmilləşdirilməsi  və  bu  sistem
çərçivəsində vergilərin dərəcələr üzrə diferensiasiya olunması məqsədə uyğundur. 
Ümumi olaraq sadələşdirilmiş vergilərin dövriyyə əsasında hesablanması, biznes
növündən və müəssisənin xüsusiyyətlərindən asılı olaraq müxtəlif vergi dərəcələri,
parametrlər və elastik əmsalların tətbiq olunması təkmilləşdirilməlidir. Eyni zamanda
bu sistem üzrə istifadə olunan parametrlərin və elastik əmsalların sadə olması, tez


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə