28
Əsrin şairi IX
rür, məktub və şeirlərini “Hüseyn Cavid Rasizadə”, “Hüseyn
Cavid Naxçivani”, “H.Cavid”, “Hüseyn Cavid” imzaları ilə yazır.
Həmin ildə “Cavid” təxəllüsünü (mənası “əbədi” deməkdi)
birdəfəlik qəbul edir. Gələcəkdə oxucu və tamaşaçılar onu Cavid
kimi tanıyacaq, sevəcək, əsərlərini oxuyacaq, tamaşalarına baxa-
caqlar. Ailəsinə Cavidi soyadı kimi qəbul etmələrini məsləhət gö-
rəcək. Azərbaycanda onun ailəsini “Mişkinaz Cavid”, “Ərtoğrol
Cavid” və “Turan Cavid” kimi tanıyacaqlar.
Şairin Urmiyadan Məşədi Tağı Sidqiyə göndərdiyi mək-
tublar şeir parçaları ilə nə qədər zəngindirsə, Qurbanəli bəyə gön-
dərdiyi məktublarda bir o qədər yoxsuldur. Onun bir məktu-
bunda belə bir beyt var:
- Bu ölkədə ürəyim min yerə parçalanmış,
Hər biri min nazanin dilbər əlində qalmış.
Cavidin İstanbul həyatı çox sıxıntılı, çox ağır, böyük maddi
ehtiyaclar içində keçir. O doyunca yeyib-içə bilmir, hər cür maddi
sıxıntı və ehtiyaclarla üzləşir. Gələcəkdə bu haqda söz düşəndə
Mişkinaz xanıma deyəcək: “Gənclik illərində bir xoş gün
görməmişəm. Boyum çıxandan yarıac, yarıtox oxumuşam.
İstanbuldan qayıtdıqdan sonra məni yalnız və yalnız
yaradıcılıq məsələləri düşündürürdü. Yaratmaq, yaratmaq, yenə
də yaratmq istəyirdim. Bu sönməz eşq, həvəs həyatda çəkdiyim
bütün çətinliklərə qarşı məndə qüvvət yaradırdı.”
Yuxarıda misal gətirdiyim beytdən görün şair nələr, ah,
nələr çəkmişdir?!. Şairin ürəyinin min yerə parçalanmasında
başqa bir səbəb kiçik qardaşı Əlirzanın ona göndərdiyi
məktubdur. Məktubu əlinə alır, əlini yandırır, oxuyur, dilini
yandırır; ürəyini kabab edir, əhvalı iztirablarla dolub boşalır.
Əlirza oxumaq, təhsilini artırmaq istəyir. Amma bu ailədə
laqeydliklə və etirazla qarşılanır. Böyük qardaşı Şeyx Məhəmməd
onu nə təhsilə qoyur, nə də işə düzəldir. Şairin dərdi, problemləri
azmış kimi, biri də əlavə olunur. Istanbulda yaşamaq üçün pul
29
İsgəndər Atilla
tapmayan şairin qardaşının Naxçıvanda oxumaq həvəsinə
düşməsi onu “haldan çıxarır”. Şair “az qalır ki, qüssədən həlak
olsun”. Qurbanəli bəyə müraciət etməkdən başqa çarəsi qalmır.
Dərddən kabab olmuş ürəyinin yanğısını kağıza köçürür: “Bənim
ağam!.. Lakin siz bildiyiniz kibi, əgər o da [Əlirza da] mənimtək
oxumaq için qürbət vilayətə gedərsə, anamız hər ikimizin
fəraqından dözə bilməz. “Həyat” qəzeti kibi yaşarkən ölər...”
*
Hüseyn Cavid poeziyamızın Hamletidir.
Əli Sultanlı
1.6.1. Şeirləri Məmməd Cəfərin araşdırmalarında
1
1920-1930-cu illərdə Hənəfi Zeynallı,
Cəfər Cabbarlı, Əli Nazim, Abdulla Şaiq,
Salman Mümtaz, Əli Sultanlı və b.
Cavidin şeirləri haqqında müəyyən müla-
hizələr söyləmişlər. Şair həbs edildikdən
sonra onun əsərləri uzun illər tədqiqat-
lardan kənarda qaldı. Bəraət aldıqdan
sonra əsərlərinə diqqət və maraq artdı. İlk
dəfə M.Cəfər “Hüseyn Cavid” mono-
qrafiyasını yazıb nəşr etdirdi. Burada
şairin lirikasına ayrıca yer verdi. Mən belə
hesab edirəm ki, sovet dönəmində
Cavidin şeirlərinin sistemli, dərin, ətraflı və mükəmməl tədqiqatı
M.Cəfərə məxsusdur. İlk dəfə o, Məşədi Tağı Sidqi, Qurbanəli
Şərifov və Əziz Şərifin arxivini araşdırdı. Cavidin həyatı və
yaradıcılığını yazarkən həmin arxiv materiallarından istifadə etdi.
*
Cavidin Urmiya v
ə İstanbuldan farsca yazdığı məktubları Əziz Şərif və
İsmayıl Şəms tərcümə etmişlər. Məktubları tutuşdurduqda məlum olur ki,
onlarda kifay
ət qədər fərqlər, bəzi ixtisarlar var. Məktubların yenidən ciddi və
mük
əmməl tərcüməsinə ehtiyac var.
30
Əsrin şairi IX
Görkəmli alim bununla da kifayətlənmədi. Monoqrafiya üzərində
çalışarkən Cavidin şəxsi arxivinə də müraciət etdi. Onun tərtib
etdiyi suallara Mişkinaz Cavid və Turan Cavid cavab hazırladılar.
Mən Cavidin Bakıdakı ev muzeyində işlərkən Turan Cavid bir
əlyazmanı mənə göstərərək dedi: “Bu əlyazma Məmməd Cəfərə
məxsusdur. O burada Cavidin həyat və yaradıcılığına aid suallar
yazmışdı. Həmin suallara anamla mən cavab yazdıq.”
Həmin əlyazma Cavidin Bakıdakı ev muzeyində saxlanılır.
2
İlk öncə şairin qəzəllərindən söz açan M.Cəfər onun şeirləri
barəsində belə bir ümumi fikir yürürdür: “Cavidin ilk qələm
təcrübələrində kədər, qəm-qüssə əsas motivdir. Şeirlərindəki
kədər ictimai kədər səviyyəsinə yüksələ bilmir. Daha çox intim və
fərdi hisslərdən ibarətdir. Şeirlərində klassik məhəbbət lirikasının
qüvvətli təsiri hiss olunur.”
O, monoqrafiyada şairin İstanbulda qələmə aldığı şeirlərini
*
ayrıca nəzərdən keçirmişdir. Tədqiqatçıya görə, həmin şeirlər
“Üslub və bədii forma cəhətindən qismən yeni idi. Lakin
məzmunca bunlarda ciddi bir orijinallıq, yenilik görünmürdü. Bu
şeirlərin də çoxunun lirik qəhrəmanı zamanın ictimai-siyasi
həyatından uzaq düşmüş, öz məhdud, şəxsi, həm də mücərrəd
arzu və həsrətləri ilə əylənən, təbiətə və gözəlliyə məftun olmuş
sadəlöhv, xəyalpərvər, sentimental bir gənc idi...”
1
Bəri başdan deyim ki, monoqrafiya müəllifinin Hüseyn Cavid
irsinə sevgi və məhəbbəti, fikirlərindəki səmimiyyət aydın hiss
olunur. Lakin Cavid yaradıcılığına, ümumiyyətlə, sənət və ədəbiy-
yat məsələlərinə münasibətdə sovet hökuməti və kommunist
*
Şair orada bu şeirləri yazmış və müxtəlif qəzet və jurnallarda çap etdirmişdir:
“Növh
ə”, “Rəqs”, “Vərəmli qız”, “Çəkinmə, gül”, “Xuraman-xuraman”, “Uyuyor”,
“D
əniz pərisi”, “Şeir məftunu”, “Son baharda”, “Ah, yalnız sən!”, “Hali-
əsəfişimalımı təsvirdə bir ahi-məzlumanə”, “Yadi mazi”, “Bən istərim” və s.
1
M
əmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960, s. 43.
Dostları ilə paylaş: |