18
Əsrin şairi IX
bir neçəsini İstanbul, bir neçəsini Bakı və Tiflis mətbuatında çap
etdirmişdir. Həmin şeirlərdən biri farsca “Salik” təxəllüsilə
yazdığı və “Olubdu qəlbimə hakim mənim məlali-vətən” misrası
ilə başlayan qəzəlidir. Şair həmin qəzəli Qurbanəli Şərifzadəyə
yazdığı məktublarından birinə əlavə etmişdir. Əziz Şərifin
yazdığına görə, atası həmin şeiri məktubdan qayçı ilə kəsib
saxlamış, məktubu isə məhv etmişdir. Səbəbi məlum deyildir.
Görünür, şairin özü məktubu ondan məhv etməsini xahiş
etmişdir. Bu mülahizəni irəli sürməyimə əsasım var. Çünki şairin
sonrakı məktublarından birində belə bir qeydi var: “Yalnız özü-
nüz oxuyacaqsınız.” O illərdə böyük mənəvi və maddi sıxıntı və
çətinliklərlə üzləşən şair, çox ehtimal ki, məktubda yazdıqlarının
gizli qalmasını istəmişdi.
Ə.Şərif fars dilində yazılmış şeirin tərcüməsini “Keçmiş
günlərdən” kitabında vermişdir. Şeiri Azərbaycan türkcəsinə
İ.Cəfərpur tərcümə etmişdir. O yazmışdır: “Cavid Nəsimidən
tutmuş Seyid Əzim Şirvani və Sabirə qədər, farsca şeir
yazmaqdan çəkinməmişdir. Bir şair olaraq, klassik formada və
əruzla şeirlər qələmə almışdır. İstanbuldan qayıtdıqdan sonra o,
əruz vəznində yazsa da, yeni-yeni formalara və mövzulara
müraciət etmişdir. Məsələn, “Vətən” şeiri şair Hüseyn Salik ilə
şair Hüseyn Cavid arasındakı fərqi apaçıq göstərməklə bərabər,
Cavid yaradıcılığında İstanbul təlim və tərbiyəsinin də rol və əhə-
miyyətini aydınlaşdırır.”
Ə.Şərif haqlıdır. Cavid öz şeirlərilə çağdaş Azərbaycan
poeziyasına yeni dil və üslub, bədii düşüncə tərzi gətirirdi.
Türkiyə türkcəsilə Azərbaycan türkcəsini bir-birinə daha da
yaxınlaşdırır, ümumtürk ədəbi dilinin əsasını qoyurdu...
Onlar Tiflisdə yaşarkən şeir, sənət və ədəbiyyatdan tez-tez
söhbətlər açır, Azərbaycan, Türkiyə, rus və Qərbi Avropa
sənətkarlarının əsərlərini bir yerdə mütaliə və müzakirə edirdilər.
Bir gün Ə.Şərif şairin 1913-cü ildə Tiflisdə nəşr edilmiş
“Keçmiş günlər” şeirlər kitabından bir neçə şeirini, o cümlədən
19
İsgəndər Atilla
“Məsud və Şəfiqə” şeirini Əbdülqafar Səmədovun
*
yanında oxu-
yur. Şeirləri oxuyub qurtardıqdan sonra Ə.Səmədov deyir: “Bu
şeirlərdə bir fikir varsa da, gözəllik yoxdur.” Ə.Şərif etiraz edərək
bildirir: “Bu şeirlərdə fikir də var, gözəllik də!” Onların
dialoqlarını oxucuların nəzərinə çatdırıram.
Ə.Səmədov: - Şeir yalnız xarici formadır, söz gözəlliyidir.
Buna görə də əyləncə kimi bir şeydir. Heç bir dərin mənanı şeirin
dar çərçivəsində ifadə etmək olmaz.
Ə.Şərif: - Şeirdə hər bir dərin, ən dərin və məzmunlu fikri
ifadə etmək mümkündür. Bunun üçün yalnız həqiqi şair olmaq
tələb edilir...
Cavid “İştə bir divanədən bir xatirə” adlı məşhur fəlsəfi
şeirini 1914-cü ildə Tiflisdə yazmışdır. Şeirin ilk dinləyiciləri şairin
dostları Əziz Şərif və Rza Təhmasib olmuşlar. Həmin ilin 9
yanvarında o, R.Təhmasiblə şairin Tiflisin Şeytanbazar məhəllə-
sində kirayə tutduğu evə gəlirlər. Bu zaman şair həmin şeiri
yazırdı. Ərəb əlifbası ilə dəftərin eni-uzunu şeirlə dolmuşdu.
Ə.Şərif xahiş edir ki, şair üzərində işlədiyi şeirdən bir parça
oxusun. Şair böyük həvəs və həyəcanla oxumağa başlayır. O, oxu-
duqca sanki gözlərindən qığılcım yağır, səsi gurlayırdı. Şeir oxu-
nub qurtardıqdan sonra Ə.Şərif fikrini dostları ilə bölüşdürür və
təəssüratlarını bu cür izah edir: “İlahi! Şeir nə qədər qüdrətli
olarmış?!. Hüseyn, sən oxuduqca sanki daxmanın divarları ara-
lanıb bizdən uzaqlaşırdı. Başımızın üstündən asılan səqf harayasa
qalxıb yüksəlirdi. Qaranlıq və papiros tüstüsü ilə dolu daxma
nurla dolur, qəribə bir aləmə çevrilirdi. Şeir – gözəl, ahəngdar və
mənalı şeirlər misra-misra axır, qulaqlarımızı oxşayırdı.”
Şeir dostları yamanca tutmuşdu. Ə.Şərifin sözlərilə desəm,
*
Ə.Səmədov M.Ə.Sabir və A.Səhhətin yaxın dostu olmuşdu. Şamaxılı tacir
Əbdülrəhim Səmədovun oğlu idi. O, Kaxetiya dəmir yolu tikintisində öz kapitalı
il
ə yol çəkdirirdi. Ə.Şərifin atası isə onun vəkili kimi tikintini aparır, işləri idarə
edirdi.
20
Əsrin şairi IX
onlar lal olmuş kimi mat və məbhut oturmuşdular. Dostların
qəlbində izaha gəlməz hisslər təlatümə gəlmişdi. Hisslər dəniz tək
qaynayıb coşurdu. Danışmağa söz tapa bilmirdilər. Həmin gün
onlar üçün şeir bayramına çevrilmişdi. Üç dost və həmyerli şeir
bayramını Əziz bəyin bibisi oğlu İbrahim Nəsirbəyovun
Naxçıvandan göndərdiyi bazar halvası ilə qeyd etdilər.
Ə.Şərif şairin “Rəqs” şeiri barəsində belə yazır: «Nahardan
sonra [11 mart 1914] Hüseyn [Cavid] gəldi və “Rəqs” adlı şeiri
dərc edilmiş qəzet nömrəsini gətirdi.
*
Şeiri mənə özü oxudu. Yaxşı
şeirdir. Mən şeiri təriflədim...»
Qurbanəli Şərifzadə Cavid şeirlərinin məftunu idi. Şairin
bədii yaradıcılıqda qazandığı hər bir uğura sevinir, onu öz uğuru
hesab edirdi. Bu səbəbsiz deyildi. Əvvəla, Cavidi Məşədi Tağı
Sidqinin məktəbində oxumağa o, təşviq etmişdi. Təhsilini İstan-
bulda davam etdirməyi məsləhət görmüşdü. Üstəlik ali təhsil
almasına maddi yardım göstərmişdi. O, dostunun yaradıcılığını
izləyir, şeirlərini oxuyub zövq alır və tez-tez “Cavid, doğrudan
da, Cavid!” deyirdi.
Günlərin bir günü şairin “Dəniz tamaşası” şeiri onun əlinə
keçir. O, oxuyur və böyük ləzzət alır. Oğlu Əzizə məktubunda
bunları yazır: “Möhtərəm bəradərim Cavid həzrətlərinin
məktubunu kəmali-məsərrətlə oxudum. Məndən o həzrətə və şair
dostlarımıza salam olsun.” “Bahar şəbnəmləri”ndən bir yarpaq
“Dəniz tamaşası”nı “İqbal”dan kəsib yanımda saxlayıram.
**
Məcalım olan vaxt mütaliə edib həzz alıram. Güman edirəm ki,
belə nəzm yazılmayıbdır və yazmayıblar. Mənə çox xoş gəlir.”
1
Ə.Şərif atasının məktubunu oxuyub qurtardıqdan sonra
gündəliyində bu sözləri yazır: «“Dəniz tamaşası”, doğrudan da,
Cavidin ən gözəl şeirlərindəndir.»
*
Şeir “İqbal” qəzetinin 25 mart 1914-cü il tarixli nömrəsində dərc edilmişdir.
**
Şeir “İqbal” qəzetinin 7 oktyabr 1914-cü il tarixli nömrəsində çap edilmişdir.
1
Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 109.
Dostları ilə paylaş: |