9
İsgəndər Atilla
molla olsa da, atası kimi, daha çox şeirə, musiqiyə və muğamata
həvəs göstərirdi. Məlahətli səsi və qəzəli yaxşı bilməsi onu
Naxçıvanda, Cənubi Azərbaycanda, İranda və Şirvanda adlı-sanlı
bir xanəndə kimi tanınmasına səbəb olmuş, tez-tez məclislərə
dəvət edilmişdi. Cavid yeri düşəndə deyərdi:
- Atamın məlahətli səsi vardı. Çox sevərdim ki, o, oxusun,
mən qulaq asım. Həmişə də təəssüflə deyərdim ki, ata, nə olardı o
səsindən bir balaca da mənə verəydin. O, gülümsəyərək deyərdi:
“Ay bala, səsimi böyük qardaşın Əhmədə vermişəm. Sənə
deyəsən məndən heç nə düşmədi.”
Dünyagörmüş qoca yanılırdı. Babasından və atasından
Cavidə çox şey düşmüşdü, şairlik ona irsən keçmişdi...
Cavid mollaxana təhsilindən sonra Məhəmməd Tağı
Sidqinin Naxçıvan şəhərində açdığı Məktəbi-tərbiyəyə ayaq basdı.
O, bu məktəbdə anadan sanki yenidən doğuldu. Gözləri
qarşısında dünyaya yeni pəncərə açıldı. Hüseynin ilk müəllimi
atası idisə, ikinci bəlkə də birinci ən böyük müəllimi görkəmli
pedaqoq və şair Sidqi oldu. Sidqinin köməyi və təhrikilə onun
təhsilə, biliyə, şeirə və sənətə marağı daha da artdı. Hüseyn
fədakar müəllim olan və şairlik sənətini ürəkdən sevən Sidqinin
çalışqan şagirdlərindən biri oldu. Biliklərə yiyələndikcə dünya
onun gözlərində daha da böyüdü, daha da genişləndi.
Haşiyə. Cavid mollaxanada oxuyarkən zəngin bir ailədən
çıxmış sırtıq bir uşaqla onunku düz gətirmirdi. O, hərdən
Hüseyni sancır, ona sataşırdı. İnadkar Hüseyn ondan “qisas”
almaq üçün fürsət gözləyirdi. Nəhayət, bir gün əlinə belə bir
fürsət düşür. O, xoşu gəlməyən uşağı məsciddə babasının
yanında görür və bədahətən bu misraları söyləyir:
- Getdim, gördüm məsciddə bir kişi,
Kürkü yırtılıb xarabdır işi.
Saqqalı ağarıb yovşana bənzər,
Sırtıq nəvəsi dovşana bənzər.
10
Əsrin şairi IX
Cavid Sidqinin məktəbində oxumasaydı, kim bilir onun
həyatı və taleyi necə olacaqdı? 13-14 yaşlarında Sidqinin
məktəbində oxumağa başlayan uşaq burada başqa cür tərbiyə
aldı. Bir şəxsiyyət və şair kimi formalaşmağa başladı. İlk şeirlərini
“Gülçin” təxəllüsü ilə dini mövzularda və Racinin təsiri altında
yazdı. Lakin sonralar Sidqinin təsiri və tərbiyəsi altında dəyişdi,
inkişaf etdi. Sidqi şagirdində şairlik istedadını görüb onunla
ayrıca məşğul oldu. Onu sənətdə və bədii yaradıcılıqda yeni yol
tutmağa həvəsləndirdi. Gülçin müəlliminin təsirilə dini
mövzularda deyil, farsca və türkcə klassik şeir üslubunda şeirlər
yazmağa başladı. Sonra şeirlərini müəlliminə verdi. Sidqi gənc
şairin şeirlərini diqqətlə oxudu, səhvlərini düzəltdi, ona
məsləhətlər verdi. Azərbaycan və Şərq klassiklərinin əsərlərini
oxumağı tövsiyə etdi. Ona şeir yazmaqda, şeirin texnologiyasına
yiyələnməkdə müəllimlik etdi. Bunlar öz gözəl bəhrəsini verdi.
“Gülçin” təxəllüsü “Salik” təxəllüsü ilə əvəz edildi.
*
Nə üçün “Gülçin” və nə üçün “Salik”? (Sonralar “Arif”
*
təxəllüsilə də şeirlər yazacaq.) Şair uşaqlıqdan gülləri, xüsusilə
qızılgülü çox sevirdi. “Qızılgül güllərin şahıdır” deyirdi. Yaşa
dolduqca qızılgülə qarşı sevgi və məhəbbəti artır, hətta ona
pərəstiş edirdi. Bir gün belə bir əhvalat baş verir. Molla
Abdullanın (O zamanlar Ordubadda və Naxçıvanda həyətlərdə
qızılgül əkmək geniş yayılmışdı.) həyətini qızılgül ətri
bürümüşdü. Hamı evdə oturmuşdu, şirin söhbət edirdi. Bu
zaman Hüseyn qucağı qırmızı güllərlə dolu otağa girdi və böyük
bacısı Fatiməyə dedi: “Bacı, bunlardan mənə mürəbbə bişir.”
Hamı onun sözünə güldü. Fatimə dedi: “Qardaş, bu güllərdən
mürəbbə bişirməzlər.”
Şair qızılgülü və ətirşahı çox sevirdi. Onların xoş iyindən
*
Gülçin – gül d
əstəsi bağlayan. Salik – bir yol ilə gedən, bir yolu təqib edən, bir
yol izl
əyən.
*
Arif – bil
ən, bilik sahibi...
11
İsgəndər Atilla
zövq alırdı. Qızılgül mürəbbəsilə çay içməyi xoşlayırdı. Qonaqlığa
gedərkən qızılgül ətrilə ətirlənirdi. Hədiyyənin üzərinə qızılgül
ətri qoyardı.
Salik – düz və bir yol ilə gedən, bir yol izləyən, Arif – bilən,
çox bilən adam, bilik sahibi və s. mənalarını bildirir. Həmin
təxəllüslərin hər biri ayrılıqda Cavidə yaraşır, onun bədii
yaradıcılıqda izlədiyi yola, tutduğu mövqeyə uyğun idi. O,
Urmiyadan Sidqiyə göndərdiyi bir məktubda “Düzgün yolu
izləyənlərə, Sizə və Sizinlə olanlara salam göndərirəm.” sözlərini
təsadüfən yazmamışdı.
Bir gün Hüseyn “Verdim o gün ki, zülfi-pərişanə gönlümü,
// Saldı nigar o zülfdə zindanə gönlümü” beytilə başlayan qəzəlini
yoldaşlarının yanında Sidqiyə oxuyur. Sidqi gənc şairi diqqətlə
dinlədikdən sonra deyir:
- Mən atan Molla Abdullanın yerinə olsaydım və Gülçin
kimi bir şair oğlum olsaydı, rövzəxanlığı buraxıb, xanəndəlik
edərdim. Racini yox, öz oğlumun şeirlərini oxuyardım.
Bu zaman şagirdlərdən biri deyir: “Müəllim, bu günlərdə
Hüseynin atasının səsi batmışdı. Mərsiyə oxuya bilmirdi.”
Sidqi onun replikasına yarıciddi-yarızarafat cavab verir:
- Bəlkə elə oğlunun səsi atasının səsini batırıb.
Hüseyn utana-utana, – mənim heç yaxşı səsim yoxdur, –
deyir.
Sidqi, – var, sənin çox yaxşı səsin var! Amma öz aramızdı,
rövzəxanların səsini batıran səsə oxşayır, – deyə qəti şəkildə
bildirir və əlavə edir: “Özünü gözlə, bu iki səs bir-birini batıran
səslərdir!..”
Bu, gerçəkdən belə idi və gələcəkdə də belə olacaq. Cavid öz
şeirləri və sənəti ilə aləmə səs salacaq. Onu molla olmağa sövq
edən atasının deyil, Sidqinin proqramı ilə oxuyacaq. Çağdaş
Azərbaycan poeziyasına orijinal və heç bir sənətkara bənzəməyən
dil və üslub gətirəcək. Ulu tanrının ona bəxş etdiyi fitri istedad,
ilham və əməyinin sayəsində XX əsr Azərbaycan ədəbiyyatının
Dostları ilə paylaş: |