15
İsgəndər Atilla
1.3. İlk oxucuların şairin şeirləri haqqında
fikir və təəssüratları
Görkəmli ədəbiyyatşünas Əziz Şərif Hüseyn Cavidə aid
(1912-1914-cü illər) gündəliyini otuz yeddinci ilin od-alov-
larından, repressiyalardan, amansız sovet rejimindən qoruyub
saxlamaqla, həm öz dostu qarşısında vicdani və vətəndaşlıq
borcunu yerinə yetirmiş, həm də böyük bir qəhrəmanlıq etmişdi.
Atasının arxivində Cavidə aid məktubları qoruyub saxlaması və
1977-ci ildə oxucu və araşdırıcıların ixtiyarına verməsi Əziz bəyin
Cavidin ruhu qarşısında ehtiram və xidmətinin parlaq nümunəsi
sayılmalıdır. O, Cavidin İstanbul həyatından danışarkən, yeri
gəldikcə, şeirləri, dil və üslubu haqqında fikir söyləmiş, bəzi
qaranlıq məqamlara aydınlıq gətirmiş və demişdir: “İstər “Ana”
kitabındakı mülahizə, istərsə də “Keçmiş günlər”dəki qeyd Hüseyn
Cavidin Azərbaycan şeirinə bir yenilik, özünəməxsus bir üslub
gətirdiyini göstərir ki, bütün yaradıcılığı boyu bu üslub əsərdən-əsərə
inkişaf edərək, “Hüseyn Cavid” üslubuna çevrilmişdir”.
Ə.Şərif Cavidi uşaqlıq illərindən tanıyırdı. 1912-1914-cü
illərdə Tiflisdə gimnaziyada oxuyarkən şairlə daha yaxın
münasibətdə olur. Onun yaradıcılığının Tiflis mərhələsini “İlk
yüksəlmə dövrü” hesab edir və yazırdı: “...[Cavid] yazdığı lirik
şeirlərlə ədəbi ictimaiyyətin və oxucuların diqqətini cəlb edir, ona
geniş şöhrət qazandırmış əsərlərini, xüsusilə “Şeyx Sənan”
dramını hazırlayırdı.”
1
Cavid şeirlərinin ilk oxucularından biri olan Qulam Məm-
mədlinin təəssüratları da maraqlıdır. O yazır: “Onun şeirlərini
oxuyurduq. Lakin bu şeirlərin əsl mənasını başa düşmürdük.
Açıq deyək, dili, dərin məzmunu, fəlsəfəsi bizim kimi kəmsəvad,
məktəb və müəllim görməmiş gənclərin şüuruna çatacaq şeirlər
1
Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977, s. 32.
16
Əsrin şairi IX
deyildi...”
1
Ə.Şərifin, Q.Məmmədlinin, bir qədər sonra söz açacağım
Q.Şərifovun fikirləri həm o dövr, həm də bu gün üçün çox əhə-
miyyətlidir. Onların fikirləri bir daha təsdiq edir ki, şeirə, sənətə
qədəm basan şair ilk günlərdən oxucuların diqqətini cəlb
etmişdir. Şairin dərin və fəlsəfi məzmunlu şeirlərinin məktəb,
müəllim və təhsil görməmiş oxucular tərəfindən çətin başa
düşülməsi təbii idi.
Ə.Şərif gündəliyində daha çox şairin “Salik” təxəllüsü ilə
qələmə aldığı şeirlərinə münasibət bildirmişdir. Məhəmməd Tağı
Sidqinin vəfatı münasibətilə farsca yazdığı və “Şərqi-Rus”
qəzetində çap etdirdiyi şeirin ilk beytini türkcəyə tərcümə etmiş və
yazmışdır:
- Hüseynin Salik təxəllüsü ilə yazılmış şeirləri bu günə kimi
toplanmamışdır, bəlkə bu gündən sonra da toplanmağı asan
olmaya, ancaq bu şeirlərdən birinin ilk iki beyti hələ uşaq vaxt-
larından mənim yadımda qalmışdır.
Müəllif şairin “Gönlüm quşu geyib yenə matəm libasını”
misrası ilə başlayan “Növhə” şeirini nəzərdə tutmuş və onun
dörd misrasını oxucuların diqqətinə çatdıraraq yazmışdır: «Şeir
Hüseyn Salik təxəllüsü ilə [Orucov qardaşlarının təqvimində] çap
edilmişdir. Yadımdadır ki, sonralar bir dəfə mən həmin şeiri
Hüseyn Cavidə əzbərdən oxuyub Hüseyn Salikin kim olduğunu
soruşanda, dostum nədənsə utana-utana “mənəm” deyə cavab
vermişdi.»
Onun fikrincə, şairin gəncliyində qələmə aldığı bu kimi
şeirləri o qədər əhəmiyyətli olmasa da, böyük şairin hansı yol,
hansı təcrübə, hansı axtarış və tapıntılarla tərəqqi və inkişaf
etdiyini göstərən amillərdən biridir. O, sözünə davam edərək
yazır: “Həmin şeir geniş şöhrət tapmışdı. Qrammafon valına
1
Qulam M
əmmədli. Cavidlə tanışlığım. Cavidi xatırlarkən kitabında. (Tərtibçi
İ.Atilla), Bakı, 2012, s. 528.
17
İsgəndər Atilla
yazılmış, hansısa xanındənin oxuduğu muğam üçün şeirin
beytləri seçilmişdi. Orucov qardaşlarının Bakıda hər il nəşr
etdikləri təqvimlərdən birində çap edilmişdi.”
Kim ola bilərdi həmin müğənni? Mən onun ya Cabbar
Qaryağdıoğlu, yaxud da Seyid Şuşinski olduğunu ehtimal
edirəm. Çünki bu görkəmli muğam ustalarının hər ikisi Cavidin
şeirlərini çox sevirdi...
1912-ci ildə Tiflisdə şeytanbazar məhəlləsində Cəlil Məm-
mədquluzadənin təşəbbüsü ilə Azərbaycan mədəniyyəti ocağı
açılmışdı. Orada musiqi, şeir, sənət məclisləri təşkil edilirdi.
Məclislərdə Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Hüseyn
Ərəblinski, Seyid Şuşinski, Mustafa Mərdanov və b. görkəmli
Azərbaycan ziyalıları, musiqiçiləri və xanəndələri iştirak edirdilər.
Çox güman ki, Cavid də həmin məclislərdə iştirak etmişdi. Onun
həmin sənətkarla tanışlığı 1912-1913-cü illərə təsadüf edir. Onlar
şairin yaradıcılıq və şəxsiyyətinə xüsusi hörmətlə yanaşır,
şeirlərini çox sevirdilər. S.Şuşinski şairin qəzəllərini muğamat
üstündə oxumaqdan böyük zövq alırdı.
Şairin “Salik” təxəllüsilə yazdığı şeirləri axtarıb tapmaq
gerçəkdən dünən də, bu gün də müşkül məsələ olaraq qalır.
Ə.Şərifdən sonra bu işlə Qulam Məmmədli, Abbas Zamanov, o
cümlədən mən məşğul olmuşuq. Şairin xüsusilə İran mətbuatında
çap etdirdiyi şeirlər oxuculara bu gün də naməlum olaraq qalır.
Bir gün Abbas müəllimə dedim: “Sizin Cənubi Azərbaycanla
yaxşı əlaqələriniz var. Xahiş edirəm ki, Cavidin şeirlərinin axtarı-
lıb tapılmasına kömək edəsiniz.” O dedi: “Maraqlanmışam, heç
bir şey əldə edə bilməmişəm. Həmid Məmmədzadədən* xahiş
etmişəm ki, o da maraqlansın.”
∗
Cavid İstanbulda təhsil alarkən 14-15 şeir yazmışdır. Onların
*H.M
əmmədzadə əslən təbrizli idi. Bakıda yaşayırdı. Fars dilini gözəl bilirdi.
M
ənim hazırladığım “Cavidi xatırlarkən...” kitabının redaktorlarından biri idi.
1977-
ci il İran inqilabının qələbəsindən sonra Təbrizə köçdü.
Dostları ilə paylaş: |