12
Əsrin şairi IX
məşhur və qüdrətli şair və dramaturqu olacaq. XX əsr Azərbaycan
ədəbiyyatı tarixinə yeni və parlaq səhifələr yazacaq. Heç bir
qüvvə, heç bir tənqidçi onu öz mövqeyindən döndərə
bilməyəcək...
Bir neçə söz Firidun bəy Köçərli və Cavid haqqında. Cavid
Firidun bəylə 1912-1913-cü illərdə Tiflisdə tanış olur. O zamanlar
Qori Müəllimlər Seminariyasında çalışan Firidun bəy Tiflisdə işsiz
qalmış şairin bir məktəbdə işə düzəlməsinə kömək edir.
O zamanlar mətbuatda iki şair “Salik” imzası ilə çıxış edirdi.
Onlardan biri naxçıvanlı şair Cavid, digəri qazaxlı şair Kazım ağa
Salik idi. Cavid 1906-cı ildə “İrşad” qəzetinin 18 yanvar tarixli
nömrəsində “xeyirxahi-vətən: H.Rasizadə” qeydi ilə “Gönlüm
quşu geyib genə matəm libasını” misrası ilə başlayan “Növhə”
şeirini çap etdirir. Şeirin hansı “Salik”ə məxsus olmasını
öyrənmək üçün Muxtar bəy Nəsirbəyov qəzetə müraciət edir.
Beləliklə, ədəbi mübahisə yaranır. “A.F.” imzalı bir şəxsin etirazı
mübahisəni qızışdırır. Firidun bəy işə qarışır. Sübut edir ki, həmin
şeir qazaxlı şairə deyil, naxçıvanlı şair Rasizadə Salikə məxsus-
dur...
1
1.2. İlk şeirləri
Cavid ilk şeirlərini farsca yazmışdır. 10-12 yaşlarında şeir
yazmağa başlayan Hüseyn mollaxanadan Məşədi Tağı Sidqinin
məktəbinə keçdikdən sonra şeirə daha çox maraq göstərmiş və
farsca bir neçə qəzəl qələmə almışdır. Onun ilk qələm
təcrübələrini görkəmli cavidşünas Məmməd Cəfər Cəfərov ilk
dəfə tədqiqata cəlb etmişdir. Qəzəllərini Sidqinin arxivində aşkara
çıxaran cavidşünas alim bu haqda yazır: “...Bu ilk qələm
təcrübələrindən ikisi azərbaycanca və ikisi farsca yazılmış dörd
qəzəl hazırda Məhəmmədtağı Sidqinin arxivindədir. Bunlardan
1
Ətraflı bax: Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı tarixi, I cild, Bakı,
1978, s. 22-
23; “İrşad”, 9 fevral və 21 fevral 1908.
13
İsgəndər Atilla
farsca yazılmış qəzəldə şairin lirik qəhrəmanı gözəlliyə pərəstiş
edən, xəyalpərəst, sentimental bir gəncdir. O, Sənan kimi bir
xristian qızına aşiq olub, uğursuz məhəbbəti üçün iztirab keçirir,
özünü intihasız qəmlər əlində həlak olan, qəfəsə salınmış, qanadı
yanmış bir bülbülə bənzədir.”
1
Sidqinin arxivində mühafizə olunan şeirlərin üzərində onun
belə bir qeydi var: “Hüseyn Rasizadənin şeirlərindən.” Məmməd
Cəfər monoqrafiyada həmin şeirlərin farsca orijinalını, rus
qrafikasında translitrasiyasını, türkcə sətri tərcüməsini vermişdir.
Şeirləri Azərbaycan türkcəsinə kim tərcümə etmişdir? Bax, bu,
məlum olmur.
Sonralar Cavid əsərlərini tərtib edən və çapa hazırlayan
Turan Cavid həmin qəzəlləri müəllifin sovet dönəmində və
müstəqillik illərində nəşr etdirdiyi kitablara daxil etmişdir.
Qəzəllərin farscadan bədii tərcüməsi M.Soltan və İ.Cəfərpura
aiddir. Mən bədii və sətri tərcümələrlə bağlı bəzi paralellər
aparmaq istəyirəm.
Cavidin farsca “Dilimən bürd besəd eşvə Məsiha nəfəsi, //
Çe künəm nist dərin şərh məra dadrəsi!” beytini M.Soltan bu cür
tərcümə etmişdir:
Qəlbimi çaldı yarın nazla Məsiha nəfəsi,
Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.
*
M.Cəfər türkcə sətri tərcüməsini bu cür verir: “İsa nəfəsli bir
gözəl min işvə ilə mənim qəlbimi fəth etmişdir. Nə edim ki, bu
şəhərdə mənim bir dadərəsim yoxdur.”
Həmin gəzəlin sətri və bədii tərcüməsinin son beytinə nəzər
salaq.
M.Cəfər: “Başı bəlalı Gülçinə deyin ki, Məcnun olmaq
1
M
əmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960, s. 40.
*
Dadr
əs – dada çatan, fəryada yetişən; arxa, kömək.
14
Əsrin şairi IX
fikrinə düşmə, Sənin Leylanın kəcavəsindən zəng səsi gəlməz.”
M.Soltan:
- De yazıq Gülçinə, məcnunluğunu tərk etsin,
Çünki Leyli dəvəsindən kəsilib zəng səsi.
Hüseyn Rasizadənin farsca yazdığı ikinci qəzələ nəzər salaq.
M.Cəfər:
Bəzm həvaye eşq ruxe yar dər sərəst,
Dər surətəş çu surate Yusif müsəvvərəst.
M.Soltan:
Ruhumda yar üçün yeni sevda cəlalı var,
Hüsnündə gör onun necə Yusif cəmalı var.
M.Cəfər: “Yenə də yarın gözəl simasının sevdası
başımdadır. Onun üzü Yusifin üzündən gözəldir.”
Hər iki müəllifdə son beytlər belə tərcümə edilmişdir.
M.Cəfər: “Gülçin” üçün yarın visalı yanında behişt bir
heçdir. Bizim sevgilimiz behiştdəki hurilərdən qat-qat gözəldir.”
M.Soltan:
Gülçinə yar vəsli behiştdən də yaxşıdır,
Çox söyləmə ki, orada pərilər visalı var.
Tərcümələrdəki uğurlu və uğursuz cəhətlər göz önündədir.
Məncə, həmin qəzəllərin yenidən mükəmməl tərcüməsinə ehtiyac
var.
Şairin farsca yazdığı və “Olubdu qəlbimə hakim mənim
məlali-vətən” misrası ilə başlayan qəzəlinin orijinalı olma-
dığından mən İ.Cəfərpurun bədii tərcüməsi haqqında bir söz deyə
bilmərəm.