25
İsgəndər Atilla
taleyindən gileylənməyə başlayır. Bu hələ harasıdır?.. İrəlidə onu
nələr, ah, nələr gözləmirdi?.. Bunu yalnız Tanrı bilirdi!
- Hər halda mən öz taleyimdən şikayətlənməliyəm, - söy-
ləyən şair, şeirlərində və məktublarında bir şair-filosof kimi
düşünürdü və yazırdı: “...Baharın şənlikləri şoranlıq yerdə hasil,
səmərə verməz və od hər daşın üstündə dayanmaz. Hər şeyin
cövhərində qabiliyyət olmaq şərtdir...”
Gənc şair obrazlı düşünür, adi fikirlərini belə obrazlı şəkildə
ifadə edir və fəlsəfi cəhətdən mənalandırırdı. Gələcəkdə o, yaşa
dolduqca onun bu sahədəki istedadı, qabiliyyəti və bacarığı daha
da biçimlənəcək və inkişaf edəcək. Şair seçimli dil və üsluba malik
olacaq, şeirdə və sənətdə böyük uğurlar qazanacaq.
Şairin məktub və şeirlərindən açıq-aydın görünür ki, o,
vətəndən uzaq düşdüyü üçün darıxır, ruhən sıxılır və mənəvi
əzab çəkir. Müəllimindən “Uzaq düşmüş bir qəribə hər axşam və
səhər mərhəmət nəzəri salmasını” xahiş edir və yazır:
Könlünü könlüm kimi əgər etsən,
Məndəki möhnəti sən dərk edərsən.
Tox çörək qayğısı bilməz belə,
Ac yavan çörək yeyər çox həvəslə.
Bu misralardan görünür ki, şair Cənubi Azərbaycanda
yaşarkən günlərini böyük ehtiyac və sıxıntı içində keçirir, taleyin
ona bəxş etdiyi “hədiyyələrdən” əzab çəkirdi. Bu, hələ harasıdır?!.
O, gələcəkdə İstanbulda təhsil alarkən bundan daha dəhşətli
əzablar çəkəcək, dostu Abdulla Sur ilə günlərlə bir qarın çörəyə
möhtac qalacaq.
Təbrizdə və Urmiyada ehtiyac içində çabalayan şair, dost və
aşinalarından yoldaşlıq umur.
Dost-aşinalarımızdan ummuşduq biz yoldaşlıq,
Düzgün olmadı bu fikir, görünür ki, biz çaşdıq.
26
Əsrin şairi IX
Şair bu eyhamlı və gileyli sözləri yüksək mərtəbəli, hörmətli
böyüyü Məşədi Tağı Sidqiyə ünvanlayırdı. Onun məktub yazma-
masına, ona qarşı etinasızlığına, hətta mərhəmətsizliyinə təəccüb-
lənirdi. “Məktub yazmamağınıza səbəb nə ola bilər?” deyə öz-
özünə sual edirdi... Ancaq o bilmirdi ki, onun sevimli, qayğıkeş,
şən və gülərüzlü müəllimi 1904-cü ildə dünyadan köçmüşdü.
Şair bu ağır xəbəri eşitmişdi. Qəm dəryasına batmışdı.
Göyün qara buludları sanki onun üstünə çökmüşdü. O, özünü
saxlaya bilmədi. Özündən asılı olmayaraq göz yaşları gilə-gilə
qabağındakı kitabın üzərinə düşdü. Urmiyada, qərib bir ölkədə
mənəvi atası Sidqiyə yas saxladı. Uzun zaman özünə gələ
bilmədi. Kağızı qabağına çəkdi, qələmi əlinə aldı və fars dilində
bu sözləri yazdı: “Əz cahan rəft həzrəte Sidqi, // Səd həzaran
driğü əd əfsus.” (“Yüz minlərlə heyf və əfsuslar olsun ki, həzrət
Sidqi dünyadan getdi.” Tərcümə Əziz Şərifə aiddir.) Sonra şeiri
zərfə qoyub “Şərqi-Rus” qəzetinə göndərdi.
1
Şeir aşağıdakı
qeydlərlə qəzetdə çap edilmişdir. «Ədəbiyyat. Urmiyadan
məktub. Hər ruz mibərəd əz bustan goli, // Məcruh mikonəd dili
bıçarə bolboli.
2
(Məhəmmədtağı Sidqinin vəfatı münasibətilə) Ze
cahan rəft həzrəti Sidqi, // Səd həzaran driq, səd əfsus..»
3
Müəlliminin “ondan xəbərsiz” dünyadan köçüb getməsi
şairin ürəyini dağlayır. O, buna minlərcə təəssüf edir. Könlü
munisindən məhrum olan şair, müəllimini səməndər quşuna
bənzədir. Səməndər quşu kimi qeyrət oduna düşüb yanmağı şairi
də yandırır... Fəqət o, “gülüstandan bir gülün getməsindən”
təskinlik də tapır. Çünki Sidqi özündən sonra Naxçıvanın maarif
və mədəniyyət tarixində böyük iz qoyub getmişdi. Rus dövlətində
1
Şeir “Salik” təxəllüsilə “Şərqi-Rus” qəzetində 23 yanvar 1904-cü ildə çap
edilmişdir.
2
H
ər gün bu bostandan bir gül qoparılır, bülbülün ürəyi yaralanır. (Tərcümə
M.C
əfərə məxsusdur.)
3
H
əzrəti Sidqi dünyadan getdi, // Yüz minlərlə hayıf, yüz əfsus. (Tərcümə
Q.M
əmmədliyə aiddir.)
27
İsgəndər Atilla
(Cavid ilk dəfə Azərbaycanın rus dövlətinin əsarətində olması
mənasında, rus dövlətinin adını həmin şeirdə çəkmişdir. Məqalə-
lərində üzərinə yenidən qayıtmışdır...) böyük nöqtəyə çatdığını,
maarif işini yaydığını, xalqını qaranlıqdan çıxardığını, onun
gözünü açdığını, ona həyat verdiyini xüsusi qeyd etmişdir.
...Səməndər kimi qeyrət oduna düşüb yandı,
Rus dövlətində o, belə nöqtəyə çatdı.
Yazaraq nəşr etdiyi maarif yayımilə,
Həyat verdi xalqına, qaranlıqdan çıxartdı...
Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal,
Həyatdan məhrum olub, Fəna həbsində yatdı...
1
Yeri gəlmişkən deyim ki, bu şairin ilk şeir-nekroloqudur.
“Şərqi-Rus” qəzetində (20 yanvar 1904) “Urmiyadan məktub”
başlığı altında çap edilmişdir. Şair gələcəkdə Abdulla Sur və
Məşədi Qurbanəli Şərifov haqqında da nekroloqlar yazıb, mət-
buatda çap etdirəcəkdir.
1.5. İstanbuldan Qurbanəli Şərifova göndərdiyi
məktublardakı şeir parçaları haqqında bir-iki söz
Şair İstanbulda ali təhsil almaq və sərmayə toplamaq üçün
Urmiyada ticarətlə məşğul olur. 1904-cü ildə Naxçıvana qayıdır,
1905-ci ildə İstanbula gedir. Rza Tofiqin zəmanəti ilə İstanbul
Darülfünununun tarix və ədəbiyyat fakültəsinə daxil olur. Təhsil
aldığı illərdə Qurbanəli Şərifova səkkiz məktub yazır. 1909-cu ilə
qədər şeir və məktublarını müxtəlif imzalarla, o cümlədən
“Hüseyn Rasizadə”, “Hüseyn Rasizadə Naxçıvani”, “Hüseyn
Salik Rasizadə Naxçivani”, “H.Rasizadə” və s. imza və təxəl-
lüslərlə yazır və çap etdirir. 1909-cu ildə “Cavid” təxəllüsü götü-
1
Hüseyn Cavid. Əsərləri, dörd cilddə, IV cild, Bakı, 1985, s. 177-178. Təəssüf
ki, şeir şairin sonrakı nəşrlərinə salınmamış, kim tərəfindən tərcümə edilməsi
göst
ərilməmişdir.
Dostları ilə paylaş: |