İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Sual 13. Xasiyyətnamə nümunələri yazın



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

Sual 13. Xasiyyətnamə nümunələri yazın. 
 
Azərbaycan Dövlət İqtisad Universitetinin 
«Azərbaycan 
dili» 
kafedrasının 
baş 
müəllimi, 
filologiya elmləri namizədi, azərbaycanlı,
evli, 1960-cı ildə anadan olmuş Həsən 
Məmməd oğlu Zakirov barədə 
 
 
XASİYYƏTNAMƏ


16 
Həsən Məmməd oğlu Zakirov 1990-1993-cü illərdə Bakı Dövlət 
Universitetində aspiranturanın əyani şöbəsində oxumuşdur. 1993-cü ildən ADİU-
nun “Azərbaycan dili” kafedrasında müəllim vəzifəsində çalışır. 1994-cü ildə 
«Dilimizin zənginləşmə yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə 
etmiş, 1997-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə keçirilmişdir

Həsən Zakirov mühazirələrini yüksək metodiki və elmi səviyyədə aparır. 
Elmi-tədqiqat plan işlərini həmişə vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. O, 
Azərbaycan dilinin aktual problemləri ilə bağlı vaxtaşırı respublika və Müstəqil 
Dövlətlər Birliyi məkanında məruzələrlə çıxış edir, mətbuat səhifələrində maraqlı 
məqalələr çap etdirir. H.Zakirov universitetin ictimai işlərində də fəal iştirak edir. 
Qısa müddət ərzində tələbə və müəllim kollektivinin rəğbətini qazanan H.Zakirov 
həm də Universitet Həmkarlar Komitəsinin sədr müavinidir.
Xasiyyətnamə «Elm» cəmiyyətinə təqdim edilmək üçün verilir. 
Kafedra müdiri:
Həmkarlar komitəsinin sədri:
 «Fidan» EİB-də təmir sexinin təmirçisi
azərbaycanlı, orta təhsilli, bitərəf, 1970-ci 
ildə anadan olmuş Vəli Həmid oğlu Əliyev 
barədə
İSTEHSALAT XASİYYƏTNAMƏSİ 
Vəli Həmid oğlu Əliyev 1988-ci ildən indiyədək «Fidan» EİB-də təmir
sexində işləyir. 
İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərmişdir. 
Peşəsini çox sevir. Bir sıra səmərələşdirici təkliflərin müəllifidir. 
Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə alınaraq xarici ölkələrə, 
xüsusilə Türkiyəyə işləmək üçün ezam edilmişdir. 
Vicdanlı və keyfiyyətli işinə görə mükafatlandırılmışdır. 
V. Əliyev birliyin ictimai həyatında fəal iştirak edir. 
İş yoldaşları arasında hörmət qazanmışdır. 


17 
Xoşrəftar, təvazökar, insandır. 
İstehsalat xasiyyətnaməsi «Fidan» EİB Həmkarlar Komitəsinin iclasında 
müzakirə və təsdiq edilmişdir. 
Xasiyyətnamə tələb olunan yerə təqdim edilmək üçün verilir. 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə