İslam Qəribli
332
düşkünlüyü yaradıb, onu xəstəyə çevirib. Nə qədər onu şad
etməyə, sevindirməyə çalışsalar da, o daha artıq dərəcədə
qəmlənir. Hazırkı vəziyyətində sıxıntlardan savayı bir şey
görməyən şair “əyyami-məsərrət”in yalnız keçmişdə ona
müyəssər olduğunu bildirsə də, keşmişə yox, yenə də gələcəyə can
atır, “Gərəkməz, geriyə eyləmə iqdam” sözləri ilə qəmli notlarla
başladığı əsəri tamamlayır.
Sözlə portret yaratmağın mahir ustası olan M. Hadinin
“Şair, hücreyi-iştiğalı və düşüncələri” şeiri birbaşa onun öz
tərcümeyi-halı ilə bağlıdır və buradakı şair obrazı elə M. Hadinin
özüdür. Kiçik, soyuq bir otaqda atəşin xəyallar ilə bir şair yaşayır.
Kirayənişin olduğu bu otaq onun həm iş, həm də yataq otağıdır.
Bir çamadan və əyin-baş paltarından başqa əşyası olmayan şairin
bir həmdəmi varsa, o da yazı stolu, bir neçə qəzet, qələm və bir
yığın bəyaz kağızdır. Əli alnında, xəyalı səmalarda cövlan eləyən,
yazdığı əsərləri ilə mərifət əhlinə “ədəb ziyafəti vermək istəyən”
şairin şəxsi vəziyyəti fənadır. Nə ev-eşik, nə də rahat dolanışığı
vardır. Fikri-zikri yazmaq, yaratmaq olan bu “zavallı şair uğraşır
xəyal ilə, Həqiqəti buraxıb oynayır zilal ilə”. Cahan həqiqətə, bu
isə xəyallara aşiqdir. Dynya nemətlərindən bir payı yox ikən, bu
bəxtsiz yenə xülyadan əl götürmür və şairin, əslində öz halını M.
Hadı bu cür qiymətləndirir: “Nə qəmlidir, nə ələmli, həyatın, ey
Ģair!”
M. Hadi şairə məsləhət görür ki:
Təxəyyülata qapılma, bir az da kəndinə bax,
Fərağat olmağa hala əlində yox bir otaq.
Cahana öyrədiyorsan ticarəti-sövda,
Bir az da öyrən özün, ey qünudeyi-xülya.
..Özün gəzib duruyorkən bir özgəyə möhtac,
Ġdareyi-bəĢəriyyət sənə deyil möhtac(379, 213-214).
Şair daha sonra bildirir ki, “şeirgahi-lahuti”, “o boşluğu
dolaşınca”, “dolu cahanı dolaş”maq, həyatdan dərs almaq, “kəsbi-
məaş” etmək lazımdır. Çünki:
Məhəmməd Hadi və mətbuat
333
Bu Ģeirlər həpsi sayeyi-xəyalətdir,
Həqiqi Ģeir nədir? Kəsbi-karə qeyrətdir!(379, 214)
Bu son qənaət artıq yaşı otuzu keçmiş, hələ də həyatda
özünə bir gün ağlamağa müvəffəq olayan şair-filosofun kədərli
etirafı idi.
“1908-ci ilin Türkiyə inqilabına böyük marağı və onun
ideallarına inamı İstanbul səfəri ilə nəticələnən”(73, 5) M. Hadi
Türkiyəyə gedəndən sonra da “Səda” qəzeti ilə əlaqələrini
kəsməmiş, qəzetin bir neçə nömrəsində əsərləri çap olunmuşdur ki,
həmin əsərlərdən biri də, böyük türk şairi Tövfiq Fikrətə həsr
etdiyi “Bir iştikayi-möhriq... Çeşmi-ədəb bu gün ədəbiyyata
ağlayır” şeiridir(301, N 60). Qəzetdə “Tənin” qəzeti
mühərrirlərindən Ə. M. Hadi” imzası ilə dərc olunan iyirmi bir
beytlik məsnəvi formalı bu şeir şairin kitablarına da
düşmüşdür(379, 215-216). Şeirin sonluğuna belə bir məlumat da
əlavə edilmişdir: “Osmanlı aləmi-ədəbiyyatına bir səmayi-novini-
etila açan və şəbabi-hazirəyə nəvvar və nazənin bir mənzumeyi-
təfəkkür izhar edən böyük şair Tofiq Fikrətə ithaf etdiyim şeirin
bir surətini də “Səda” qarelərinə təqdim ediyorum.
İstanbul, 5 mart, M. Hadi”(301, N 60).
T. Fikrətin həyat və yradıcılıq yolu ilə tanış olanlar yaxşı
bilirlər ki, o, 1910-cu ildə müdiri olduğu “Məktəbi-Sultani”dən
istefa verərək uzaqlaşmış, onu yenidən məktəb müdirliyinə
qaytarmağa cəhdlər osa da, şair bunları qəbul etməmiş və
İstanbulda amerikalıların açdığı “Robert kolleci”ndə pedaqoji
fəaliyyətini davam etdirmişdir. Bu illərdə hökumətin yeritdiyi
anti-milli siyasətlə barışmayıb bu siyasəti kəskin tənqid etdiyindən
böyük şairə qarşı təzyiq kompaniyası başlanmış, əsərlərinin
çapına belə yasaqlar qoyulmuş, iş o yerə çatmışdı ki, “Hökumət
dairələrində özünə yüksək rütbə almağa nail olmuş Faiq Ali
(həmin illərdə yaşamış, vaxtilə T. Fikrətə rəğbət bəsləyən türk
şairi- İ. Q.) T. Fikrəti təhqir edən şeir yazmış və şeirin axırını
“Qopsun cəni Fikrət deyə alqışlayan əllər!”- misrası ilə
qurtarmışdı”(56, 43).
İslam Qəribli
334
T. Fikrətə qarşı başlanan bu hərəkat Türkiyədə
tərəqqipərvər ziyalıların kıskin etirazına cəbəb olmuş, M. Hadi də
şairi müdafiə edənlərdən biri olmuşdu və yuxarıda adını
çəkdiyimiz şeir də, məhz bu niyyətlə yazılmış, nəşr üçün Bakıya,
“Səda” qəzetinə göndərilmişdi.
AMEA-nın müxbir üzvü Y. Qarayevin çox haqlı olaraq
qeyd etdiyi kimi, “Tofiq Fikrətin milli intibaha və mənəvi azadlığa
çağırış idealları Hadinin üsyankar romantikasına daxilən yaxın və
doğma idi”(73, 12) və elə bu səbəbdən də M. Hadi əsərində T.
Fikrətə məhəbbət və rəğbətini açıq şəkildə bildirmiş, onu intibah
və inqilab şairi adlandırmış, əsərlərini, xüsusilə “Rübabi-şikəstə”
və “Sis” mənzumələrini yüksək qiymətləndirmişdi.
Bu şeirndə müəllifi düşündürən digər bir məsələ ondan
ibarətdir ki, “ümmətin yeganə dühası”, “sənət göylərinin zinəti
olan” sənətkarın səsi eşidilmir, halbuki xalqın indi onun sözlərinə
daha artıq ehtiyacı var. Ona görə də T. Fikrətə xitabən o yazır:
Maziyə, zülmə, zülmətə üsyan edən qələm-
Xamən deyilmidir sənin, ey namı möhtərəm?
Al dəstinə o xameyi-səmsamvarını,
Saç aləmə bədayei-cənətĢüarını.
Bir ruhi-tazə bəxĢ edib əndami-sənətə,
Aç etila səması yenə fikri-millətə(379, 216).
M. Hadinin “Səda” qəzetində dərc olunan şeirləri
məzmun, forma və mündəricə etibarı ilə nə qədər müxtəlif olsa da,
onları əvvəlki şeirlərində olduğu kimi yenə də bir ideya birləşdirir:
VƏTƏN, MĠLLƏT və ĠNSAN SEVGĠSĠ
III. 8. NƏSR ƏSƏRLƏRĠ və ELMĠ-NƏZƏRĠ
MƏQALƏLƏRĠ
Məhəmməd Hadi Azərbaycandan Türkiyəyə gedənə qədər
“Səda” qəzetində çalışıb orada şeirlər çap etdirməklə yanaşı, nəsr
əsərləri, məqalə və elmi-publisistik əsərlərini də ardıcıl olaraq
Dostları ilə paylaş: |