İslam Qəribli
338
Dövlətli sandıqlarında saxladığı qızıllara, pula müraciət
edir, bildirir ki, həyat, insan yaşayışı sizin üstünüzdə qurulub.
Dövlətli üçün sərvət xaricində həyat yoxdur. Aşağıdakı sözlər
onun sərvətə münasibətini və öz xarakterini necə də əyani şəkildə
təcəssüm etdirir:
Ey zərli qanad quĢ! YaĢa ahən qəfəsinlə,
Ver cismimizə ruhi-məsərrət nəfəsinlə,
Əlhani-əməlsən, könlü oxĢa səsinlə,
Təkrar edəlim biz də o Ģeiri həvəsinlə:
Sərvət bizim, izzət bizim, iqbal bizimdir,
Gəl, gəl öpəyim, Ģahidi-amal bizimdir!(289, N 13)
Müəllif bir qədər conra ev sahibinin külfəti barədə
məlumat verir, oxucuları Hacının(dövlətlinin) qızları ilə tanış edir.
Qızlardan biri 9-10 yaşlarında məktəblidir və “qış günündə
aclıqdan, soyuqdan, çılpaqlıqdan tir-tir titrəyən yoxsul çocuqları
düşünməyən, düşünə bilməyən bu ərköyün çocuq atasına sarmaşıb
tazə paltarlar, şıq bəzəklər istəyirdi. Qaşı ilə, gözü ilə, baxışı ilə,
bütün ətvar və hərəkəti ilə atasının hissiyyati-pədəranəsini təhrikə
və qıdıqlamağa çalışırdı”. Təbii ki, atası onun istəyini yerinə
yetirməyə söz verir.
Bir az sonra vəziyyət dəyişir. Bacısı Sərvətin istəyinə nail
olduğunu görən yeddi yaşında olan Bəsimə - “qısqanclığını
gizlətməyi
bacarmayan
bu
sərbəst
məxluq
oturduğu
sandalyasından qalxaraq bir tərzi-münfəilanə ilə anasının yanına
qoşdu. Madəri-şəfqətküstərinin qoltuğuna qısıldı. Orada
qurdalanıyor, qurdalanıyordu. Hərarəti-infəal və iğbirar ilə
pörtmüş, qızarmış yanaqlarına tökülən bir neçə qətrə parlaq yaşlar
qönçə yarpaqlarına düşmüş jaləyə və yaxud yaqut arasına
yerləşdirilmiş almasparələrə bənzəyirdi”.
Müəllifin sözləri ilə desək: “Bəsimənin bu nazlı ağlayışı,
ana böyründə büzülüşü aclıqdan anasının böyründə ağlayan səfil
çocuqlarınkından deyildi, toxluqdan, nazü nemətin çoxluğundan
coşmuş tufanın mövcləri idi”.
Məhəmməd Hadi və mətbuat
339
Sərvət ata qucağında oynayır, Bəsimə ana boyründə
nazlanır. Müəllifi, böyük mütəfəkkir M. Hadini əslində nə Hacı,
nə ailəsi, nə də sərvəti düşündürür. Onu düşündürən bir qarın
çörəyə, üst-başını örtə biləcək bir əyin-başa möhtac olan
yetimlərdir. O yetimlər ki, nə onların nazını nəkən, nə də ağlar
isə gözünün yaşını silən, dindirən, güldürən və öpən yoxdur.
Kimdir bu yetimlər? Bunlar o adamlardır ki:
Diri ikən yatır məzarında!
Nərədə?
Vətənin bir xarabazarında!
Qarnı ac, titrəyir yatağında,
Yazılıb “kimsəsiz!” yanağında.
QuĢların aĢiyani-rahəti var,
Bu bəĢərdir, yuvası yox! Əsrar!
“Ey təbiət, qəribə halın var, Fərəhin birsə, min məlalın
var”, - deyən M. Hadi təbiətin işinə mat qalaraq yazır:
Bir əziz ilə bir səfil iki can,
Bir sifətdə, əvət iki insan.
Birinin cilvəgahı illiyyen,
Bəxti-kaĢanəsin edir təzyin.
Biri zillətgüzini-süfliyyət,
Buna ağlar dü dideyi-heyrət...( 289, N 15).
Məhəmməd Hadi publisistitasının dəyərli nümunələrindən
biri olan “Xürafat içində həqiqət” məqaləsi mütəfəkkirin inam və
şübhə, əzəm və səbat, ideala yetməyin yolları barədə dərin
düşüncələrinin məhsulu olmaq baxımından diqqəti cəlb edir(293,
N 6, 8, 10).
İri həcmli məaləsinin birinci bölümünü müqəddimə
adlandıran və təvazökarlıqla “hərçənd ki, böylə dərin və müşkül
məsələlərə girişmək bizim kimi məlumatsız və vüqufsuzların
vəzifəsi deyildir. Lakin ərbabi-məlumatın əfvinə məğrurən bu
meydanda xaməran olmaq cəsarətində bulunduq. Cəsarətimiz əfv
buyurulsun”(293, N 6), - deyən müəllif bildirir ki, sırf xürafatdan
başqa bir şey olmayan əsərlərdə bəzən elə təmsilata təsadüf edilir
ki, iç üzündə bir çox həqiqətlərin gizlənmiş olduğu görülür və
İslam Qəribli
340
həmin əsərlərdən xürafat donu soyundurulduqda həqiqət bütün
gözəlliyi və parlaqlığı ilə camalını, surətini göstərməyə başlayır.
M. Hadi qeyd edir ki, “xürafat xürafat olduğu kimi,
həqiqət də daima həqiqətdir” və həqiqətin xürafat donunda təqdim
olunması heç də həmişə müəlliflərin istəyinə uyğun olmamış,
əslində zaman, məkan və şəraitdən irəli gəlmiş, “keçmiş əsrlərin
hükəma, üdəba, şüəra və mühərriranı pək çox həqiqəti xəyal
surətində təsvir edərək parlaq mənaları əlfazın məzari-
mübhəmiyyətinə basdırmağa” məcbur olmuşlar(293, N 6).
M. Hadinin çox doğru qənaətinə görə bu, iki səbəbdən baş
vermişdir. Birincisi, cəmiyyətin əksər hissəsinin savadsız,
söyləniləcək dərin mənaları dərk etməkdə aciz olduqlarını
bildiklərindən “zamanın arif və hakimi olanlar düşüncələrini
avamın anlaya biləcəyi bir sayaqda söyləməyə məcbur
olmuşlardır. Avamın isə sözü zərbülməsəl ilə daha da gözəl dərk
edə biləcəyi aşikardır. Müqəddəs tanıdığımız kitabların da
mündəricat və möhtəviyyatı zürub və əmsaldan ibarət olduğu bu
nöqteyi-nəzərdən olsa gərək”(293, N 6). İkincisi, ən əsası isə
“hürriyyəti-kəlam və azadiyi-vicdanın ələddəvam ədüvvi-mübin
ola gələn ruhani və cismani müstəbidlərin iqlimi-vicdanə hakimi-
qahir kəsilmələri bais olmuşdur. Onların təkfir və təkdirindən,
hətta qətl və ehraq etmələrindən mühafizeyi-nəfs edə bilmək üçün
mənaları qarışıq əlfazın, həqiqətləri xürafatın, gözəli kəlimati-
müəmmaların
dərinliklərinə
basdırmışlar.
Müstəbidlərin
bəsirətləri kimi işıqsız, lövheyi-vicdanları qədər qaranlıqlara
buraxmışlardır. Sözü aydın və müəmmasız söyləyənlər isə
müstəbidlərin istibdad qılıncına qurban getmişlərdir”(293, N 6).
Bir neçə misalla qənaətlərini daha da qüvvətləndirən
müəllif məqalənin ikinci – fantastik hekayə təsiri bağışlayan
nağılvari hissəsini oxuculara təqdim edir və müəllifin əsas ideyası
da məhz bu hissədə öz bədii-fəlsəfi təcəssümünü tapır.
Öyrənirik ki, “bir şəhərdə iki arkadaş vardı”. Bunlar
uşaqlıqdan bir yerdə dostcasına böyümüş, “həddi-büluğa yetişən
gündən etibarən həyatın səhneyi-vəlvələdarına atılaraq təmini-
Dostları ilə paylaş: |