Məhəmməd Hadi və mətbuat
379
adlı şeirini də “Bəsirət”də “Həyat səhifələrindən” başlığı altında
dərc etdirmişdir(336, N 23). Bakıda, sentyabr ayının 23-də
yazılmış və qəzetdə digər şeirlərində olduğu kimi
“Əbdülsəlimzadə Məhəmməd Hadi” imzası ilə çıxan bu şeirin on
iki beyti qəzetdən götürülərək M. Hadinin “Seçilmiş əsərləri”nə
daxil edilsə də(379, 256), on bir beyti nə səbəbdənsə
“unudulmuş”, kitablarına düşməmişdir. Bir korun aqibətinin
təsviri olan bu tamamilə realist üslubda olan şeiri şair bu
misralarla tamamlayır:
Korların gözlərində Ģəblər var,
Onların könlü giryələr yaradar(336, N 23).
****
Məhəmməd Hadi cəbhəyə gedənə qədər “İqbal” və
“Bəsirət” qəzetləri ilə yanaşı Salman bəy Tahirovun redaktorluğu
ilə Haşım bəy Vəzirovun “Elektrik “Səda” mətbəəsində çıxan
“Sədayi-həqq” qəzeti ilə də əməkdaşlıq etmiş və orada
“Əbdülsəlimzadə Məhəmməd Hadi” imzası ilə həcmcə o qədər də
iri olmayan bir neçə şeir dərc etdirmişdir. Bunlardan birincisi
“Aini-tacgüzari münasibətilə İranın cavan şahına” şeiridir(343, N
156). Kitablarının heç birinə düşməyən bu şeir Qacar sülaləsindən
olan sonuncu İran hökmdarı Əhmədəli şahın taxta çıxması
münasibətilə yazılmışdır. Bu şeir, əslində təbriknamə yox, bir
nəsihətnamədir. Əsərlərində İran mövzusuna geniş yer ayıran, bir
vaxtlar Şərqin ən abad ölkələrindən olan bu əsrarəngiz
məmləkətin hazırkı pərişan halına, İranda baş vermiş Məşrutə
hərəkatına, azadlıq mücadiləsinə silsilə əsrlər həsr edən şair bu
əsərində İranın təzəcə səltənət kürsüsünə oturan şahına:
Ey bir qədim mülkün Ģahi-növcavanı,
SolmuĢ o bağzarın, ey tazə bağçabanı!-
sözləri ilə müraciət edərək bildirir ki, bir zamanlar “hər
bağçasında min gül, hər guşəsində gülşən” ətir saçan, torpağı
mərifət günəşi ilə raplayan bu məmləkət cəhl və zülm əil ilə elə
bir hala gətirilib ki, aləm bir-birinə qarışmış, hər tərəf qan və qəm
İslam Qəribli
380
qoxuyur. Bəs nə etməli, İranı düşdüyü səfalətdən necə qurtarmalı?
“Dövlət işlərində elmin tələblərinə əməl etməsini vacib sayan”(11,
170) və bunu cavan şaha da məsləhət bilən şair qurtuluş yolunu
aşağıdakı kimi göstərir:
Ey Ģahi-təxti pira, ey Əhmədi-cavanbəxt,
Bir Ģairi-səmimi eylər sənə nəsihət.
Təhsilinə davam et, ey Ģahi-elmpərvər,
Ol kiĢvəri-cəhalət elm istər, irfan istər!
ġiranə qüvvət ilə parlat Ģu afitabı,
Təmirə fikrin olsun ol aləmi-xərabı(343, N 156).
14 iyun 1914-cü ildə Bakıda yazılan, “Əbdülsəlimzadə
Məhəmməd Hadi” imzası ilə “Ədəbiyyat” başlığı altında dərc
olunan “Müəmmayi-kainat” şeiri(344, N 163) qəzetdən götürülüb
M. Hadinin “Seçilmiş əsərləri”nə salınmışdır(379, 233). Kiçik
imla xətaları nəzərə alınmazsa, on beytlik bu şeirin qəzet mətni ilə
kitab mətni arasında fərq yoxdur. Lakin tərtibçilər doqquzuncu
beytin birinci misrasına M. Hadinin verdiyi izahatı unutmuş,
kitaba daxil etməmişlər. Həmin misraya verilən izahat belədir:
“Həzrət Fikrət diyor ki: - Həqq qəvinin, demək şəririndir, Ən cəli
hikmət: əzməyən əzilir!”. Qeyd edək ki, Tofiq Fikrətin bu
fikrindən M. Hadi “Qüvvət, həyat, ümid..” şeirinin on altıncı
beytində də izahat kimi istifadə etmişdir(316, N 671).
Mükəmməl şeir texnikasına və dərin fəlsəfi məzmuna malik
olan əsərində şairi düşündürən əsas məsələ ondan ibarətdir ki,
görəsən dünyanın işləri nədən əksliklər və ziddiyyətlər üzərində
qurulub? Səbəb nədir ki, xeyirlə şərin mübarizəsindən məğlub
olması vacib və zəruri olan şər qalib ayrılır? Vicdanı azların şan-
şərəf sahibi sayılması hansı məntiqə uyğundur?
Dünyanın işləri baş-ayaqdır. Bir qrup “parlayan evlərdə can
bəsləyir”, əksəriyyət isə “atəşi-fəqrə” yanır. “Ağlayır, sızlar biri,
min dərd, min alam ilə, Başqa bir şəxsin dodağı, üzləri
xəndanlıdır”. Haqq deyən, haqq söyləyən, haqq istəyənlər haqsız,
əlində imkanlar, qüvvətə malik olanlar çirkab içində üzsələr belə
haqlıdırlar. Nəhayət:
Məhəmməd Hadi və mətbuat
381
Daima məğlub olan həqdir əlində qüvvətin,
Çünki “qüvvət” ingilisli, “həqq” bir iranlıdır(379, 233)
M. Hadinin əsərlərinin çap olunduğu “Sədayi-həqq” qəzetu
Təbii ki, bənzətməsində tam haqlı olan şair ziddiyyətlərin
mənbəyini nə yaradanda, nə də təbiətin qanunlarında axtarmır. O
bilir və həm də bildirir ki, ədələtli qanunlarla idarə olunmayan
cəmiyyətlərdə həqiqətin riya, qüvvət önündə məğlub olması
qaçılmazdır. Bəs nə etməli? Sualın cavabını əsrlərində təkrar-
təkrar verən müəllif cavabı oxucuların öhdəsinə buraxır və heç
şübhəsiz ki, oxucu şairin nəyə işarə etdiyini, nə istədiyini çox
yaxşı anlayır.
M. Hadinin Birinci cahan savaşının ilk aylarında yazdığı və
“Sədayi-həqq” qəzetində dərc etdirdiyi şeirlərdən biri də iki
bəndlik “Ulduzlara doğru” şeiridir(345, N 170). M. Hadinin
“Seçilmiş əsərlri”nə daxil edilən bu şeir üçün(379, 286) belə bir
izah verilmişdir: “ “SƏ”də (M. Hadinin 1957-cı ildə Bakıda nəşr
olunmuş kitabı nəzərdə tutulur – İ. Q.) bu şerin yazılma tarixi
1914-cü il kimi göstərilir. Lakin onun həmin ildə harada nəşr
edildiyini müəyyənləşdirmək mümkün olmadı. 1923-cü ildə isə
Bakıda “Maarif və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc
edilmişdir”(381, 429). Həm qəzetdə, həm də “Maarif və
mədəniyyət” jurnalında iki bənddən ibarət olan şeir “Seçilmiş
Dostları ilə paylaş: |