Məhəmməd Hadi və mətbuat
403
toylarına hazırlıq başlanmış, təəsüf ki, qəfil müharibə onların
arzularını alt-üst etmişdir.
Qadın azadlığı və azad sevginin təbliğinə şeir, poema,
hekayə və məqalələrində geniş yer ayıran M. Hadi qadının dili ilə
aşağıdakı sözləri əslində azərbaycanlı ata-anlara, gənclərə
ünvanlayır: “İntixab ediləcək damadı pədər və madər deyil,
onunla dirilik yoldaşı və baş yoldaşı olacaq olan qız özü görməli,
təbiət və xasiyyətini bilməli, ruh və qəlbinə tamamilə nüfuz
etməli, məhəbbətin bütün mənası ilə sevməli, ondan sonra
intixabkərdəsinə dəsti-izdivac və imtizacını uzatmalıdır”(338, N
47).
M. Hadi ailə qurmaq, evlənmək barədə idealını qadının dili
ilə bu şəkildə elan edir: “ Qadın satlıq heyvan deyil ki, onu erkək
tərəfindən gürban (görücü – elçi), nə bilim nəçi intixab etmiş
olsun. İnsanın görücü, intixab edicisi də könlüdür. Böylə də
olmalıdır. İştə həqiqi və təbii ailə səadəti bu həqiqətin içində
mündəricdir”(338, N 47).
Mariyanın əhvalının təsviri olan bu əsərlə, göründüyü
kimi, M. Hadi ürəyində bəslənən, həmişə onulla yol yoldaşı olan
məsələyə münasibət bildirmiş, hekayəni “Bəsirət” qəzetində dərc
etdirməklə azərbaycanlı valideynlərə “inkişaf etmiş ölkələrdən
ibrət götürün, övladlarınızın sevib-sevilmək kimi ən ali hüququnu
onların əlindən almayın, ürəklərinə zor etməyin, qızlarınızı öz
əllərinizlə qırx arşın quyunun dibinə atmayın” sifarişini
göndərmişdir.
****
Yuxarda qısaca şəkildə qeyd etdiklərimizdən aydın olur ki,
müharibə meydanında olarkən yazdığı əsərlərində M. Щади
дцнйаны бцрцмцш дящшятлярдян ня гядяр наращат вя
щяйяъанлы олса да, ruhdan düşmür, адятян инсаны ишыглы,
йцксяк амаллар уьрунда мцбаризяйя сясляйир.
IV. 3. MÜHARĠBƏDƏN SONRAKI YARADICILIĞI.
İslam Qəribli
404
M. HADĠ və “AZƏRBAYCAN” QƏZETĠ
Məqamı çatdığından bir məsələni qeyd edək ki, müharibə
illərində yazdığı, Bakıya gəldikdən sonra təkmilləşdirdiyi və bir
neçə parçası“Açıq söz”(Bax: “Açıq söz” qəzeti, 21 yanvar 1916-cı
il, N 391) və “Bəsirət” qəzetlərində(Bax: “Bəsirət” qəzeti, 15, 17
dekabr 1918-ci il, N 199, 201) çap olunan məşhur “İnsanların
tarixi faciələri, yaxud əlvahi-intibah” poeması barədə ayrıca
tədqiqat işi aparıb monoqrafiya şəklində dərc etdirdiyimizdən, bu
məsələnin üstündən keçirik(Ətraflı bax: 79, 2- 118).
1918-ci ilin ortalarında Bakıya qayıdan M. Hadi mətbuatla
əlaqələrini bərpa edir, əsərləri daha çox “Bəsirət” və
“Azərbaycan” qəzerlərində dərc olunmağa başlayır. 1918-1919-cu
illərdə M. Hadinin “Bəsirət” qəzetində “Ayrılıq dəqiqələri -
əsgərlər hərbə gedərkən”, “Bədbəxt kor çocuq”(339, N 200),
“Vaxtın səsi və həyatın sözü”(340, N 205), “Şeir inciləri”( 341,
N 225), “Qəmərə”(342, N 227) adlı şeirləri dərc olunmuş və bu
əsərlər onun “Seçilmiş əsərləri”nə də daxil edilmişdir(379;
313,314, 311-312, 323, 328-329).
Birinci şeirdə əsgərlərin yola salınma mərasimi, qəmli bir
izdiham, anaların göz yaşları və s. bu kimi problemlərə toxunulur.
Altında yazılma yeri kimi “Bakı” sözü qeyd olunmuş bu
шеiриндя эюзляри аьлар, сималары сольун адамларын
вязиййятини, кечирдикляри сарсынтылары сейр едян шаир
йазыр:
Гямли bir издищам ъушаъуш,
Охунур çöhrəлярдя айейи- щцзн.
Дилляри налядир, дил хамуш,
Парлайыр эюзляриндя сайейи- щцзн (379, 313).
Шеiрдя тясвир олунан ясэярлярин дя, онлары йола
саланларын да црякляри сяксякяли, чющряляри тутгун,
щаллары пяришандыр. Çünki onlar başa düşürlər ki, müharibəyə
getmək gedər-gəlməzə gediş kimi bir şeydir. Bəxtin gətirdisə, geri
Məhəmməd Hadi və mətbuat
405
– ailə üzvlərinin yanına qayıda biləcək, gətirmədisə bir güllənin
badına gedəcək, vaxtsız solan gül kimi həyata əlvida deyəcəksən.
ADR-in rəsmi orqanı olan “Azərbaycan” qəzeti
İkinci şeirdə M. Hadi cəbhədə - Karpatda olduğu zaman
şahidi olduğu hadisəni bir xatirə kimi qələmə almış, elə
sərlövhədən sonra da “Karpat xatirələrindən” qeydini vermişdir.
Dünyaya gəldiyi iki il olsa da, gözləri kor olduğundan gündüzləri
də gecə kimi keçən bir tifilin əhvalını təsvir edən şair oxucularına
bildirir ki, insan ömrünü anadan gəlmə kor olan bu bədbəxt çocuq
kimi keçirməməli, dünyaya açıq gözlə baxmalı, yaxşını pisdən
seçməyi bacarmalıdır. Çünki:
Gözsüzlər ilə gözlülər olmaz ki bərabər,
Zindəylə bərabər ola bilməz ki, ölənlər.
ġəhrayi-həyatı görəməz kor olan insan,
Kor olmayalım, istər isək ömri-dirəxĢan(379, 314).
“Elmin, hünərin, mərifətin varsa, buyur gəl, Yoxsa, bu həyat
aləminə olma bir əngəl” misraları ilə başlanan “Vaxtın səsi və
həyatın sözü” şeiri sənətkarın insanın cəmiyyətdə mövqe
qazanması üçün hansı vasitələrə əl atmalı olduğu barədə
düşüncələrini ümumiləşdirirsə, “Şeir inciləri”ndə qadın və onun
gözəlliyi barədə düşüncələrin, “Qəmərə” şeirində isə şairin olum-
ölüm, toy-matəm, qaranlıq-işıq , azadlıq-əsarət xüsusunda fəlsəfi
qənaətlərinin şahidi oluruq.
****
Dostları ilə paylaş: |