İslam Qəribli
400
məqsədi ilə göndərmiş” və qəzet də onun arzusuna rəğmən əsəri
dərc etmişdir.
M. Hadinin qeydlərindən anlaşılır ki, “Stanislavdan
ayrılaraq Çertkov bələdəsinə varid olduqları gecə” o Həsən adlı
yoldaşının vasitəsi ilə Rapaport adlı bir yəhudi və onun ailəsi ilə
tanış olmuşdur və bu məktubu da oradan, onun evindən yazır. M.
Hadinin tərcümeyi-halı ilə cıx şəkildə bağlı olduğundan haqqında
söhbət gedən yazının bir neçə cümləsini burada olduğu kimi
verməyi məqsədə uyğun hesab edirik: “Stanislavdan çıxdığımız
günün üçüncü günü idi. Haman gün qırx beş kilometrdən ziyadə
yol gəlmişdik. Martın doqquzuncu gününün axşamı idi. Günəşin
qürubundan saat yarım keçmişdi. Göy pək saf, ulduzlar pırıl-pırıl
parlayırdı. Qəmər bir tərzi-dilfiribdə tülu etmişdi. Böylə bir
zamanda Çertkov bələdəsinə daxil olmuşduq”(337, N 43).
Yazının sonrakı hissələrindən öyrənirik ki, düşdükləri yer
çox namünasib olduğundan M. Hadi, Həsən və onların dəstəsində
tərcüməçi vəzifəsini daşıyan Əbdülsəlam adlı yoldaşları ilə
gecələmək üçün münasib bir yer axtarmaqdan ötrü şəhərə çıxmış
və təsadüfən bu ailə ilə tanış olmuşlar.
Tanışlıq səhnəsini M. Hadi aşağıdakı kimi təsvir edir: “Bir
kaşaneyi-qiymətdarın qarşısından keçərkən qapı ağzında durmuş
olan siyah saqqallı gənc bir adam və şişman bir qadın gördük.
Bələdənin nabələdi olduğumuz üçün mehmanxananın nərədə
olduğunu şəxsi-məzkurədən sorduq. Müşarileyh də hansı millətə
mənsub olduğumuzu sordu. Məlumat verdik. Milliyyətimizi
öyrəndikdən sonra gərək erkək, gərək qadın qayət şən və
mehriban bir çöhrə göstərərək dedilər ki, “Tənəzzül buyurulursa,
xanə sizindir. Buyurunuz. Sözümüzü qəbul edəcək olursunuz bizi
son dərəcə məhzuz mə minnətdar etmiş olursunuz! Buyurunuz,
müsyolar, buyurunuz!”(337, N 43).
Ev sahiblərinin sözünü qəbul edib onların qonağı olan M.
Hadi və yoldaşları onlardan mehribanlıq və qonaqpərvərlik görür.
Amma M. Hadini mütəssir edən təkcə bu ailənin qonaqpərvərliyi
və insaniyyəti deyil. Müəllifin təsvirində bu ailə əsl ziyalı ailəsi,
Məhəmməd Hadi və mətbuat
401
evləri isə bir elm xəzinəsidir. Elə bir ailə və xəzinə ki, M. Hadi
həmişə onun arzusunda olmuşdur.
Söhbət əsnasında M. Hadinin qələm əhli, şair və kitab
həvəslisi olduğunu öyrənən ailə üzvlərinin ona rəğbəti daha da
artır və bundan sonra ev sahibləri qonaqlarını kitabxanaya dəvət
editlər. Kitabxana nə kitabxana: “Adətən bir kitab mağazası...
Bilamübaliğə deyə bilərəm ki, bu darül-kütubda otuz min
manatlıq kütub və asari-müfidə mövcud bulunurdu. Bu cümlədən
olmaq üzrə Talmut, Tövrat, Musanın böyük-böyük mücəlləd
cilidlənmiş müxtəlif təsvirləri də vardı. Bundan başqa hökmiyyat,
ədəbiyyat, ictimaiyyat, iqtisadiyyat, ehsasiyyat, təvarix və
siyasiyyatdan bahis asari-mücəlləd və müxəlləd bu kütubxanada
yaşayıb durarlardı”(337, N 43).
Kitablar öz yerində. Ailə üzvlərinin hamısı oxumuş, ziyalı,
“tərbiyə görmüş mədəni insanlardır. Hər biri üç-dörd lisanə vaqif
və vaqifə. Hələ on beşinci bahari-həyati-şəbabında yaşayan və
olduqca gözəl bir duşizə almanca, fransızca, rusca, polyakca və
yəhudicə təkəllüm edirdi. Bu dilbər düxtər gecələri müsahibat və
ədəbiyyat məclisimizin bir üzvü, üzvi-lətifi-qiymətdarı idi”(337,
N 43).
Ailənin bu cür formalaşması isə, heç şübhəsiz ki, ailə
başçısından asılıdır və M. Hadi onu aşağıdakı cümlələrlə təqdim
edir: “Ailənin böyük pədəri İzrail (İsrail) ciddən ayaqlı və canlı bir
kütubxana. Ülumun bir çox şöbələrindən olduqca haizməlumat bir
ixtiyari-bəxtiyar... Bu ixtiyar yəhudinin məlumati-məktəbəsinə
heyran olmamaq əldən gəlməzdi. Qoca İzrail məlumatı ilə bərabər
fəsahətdar bir diplomat, bir mühərrir, bir əllameyi- bila
əmmamə”(337, N 43).
Göründüyü kimi, bu xatirə-məqaləsində də M. Hadi
yaradıcılıq ənənəsinə sadiq qalaraq elm, maarif və mədəniyyətin
insanların həyatında oynadığı rolu qabarıq şəkildə nəzərə
çarpdırmışdır və çox sevdiyi, əsərlərində bir neçə dəfə müxtəlif
formalarda istifadə etdiyi Həzrət Əlinin “Valideynlərini itirənlər
yetim deyil, yetim o adamdır ki, mərifət və ədəbi olmaya”
İslam Qəribli
402
mənasını verən aşağıdakı kəlamını bir daha işlətmək zərurəti
qarşısında qalmışdır:
Leys əl-yetim yetima mən mat vələdəh,
Bəl əl-yetim ələləm vəl adəb(337, N 43).
M. Hadinin “Karpat xatiratımdan: Gözəl Mariya düşünürdü”
adlı digər bir xatirə - hekayəsi qəzetin 30 may 1915-ci il 47-ci
nömrəsində dərc olunmuşdur(338, N 47). Bu əsərində müəllif
Helvetski qəsəbəsində üç-dördq gecə qonağı olduğu bir ailədə onu
mütəssir edən bir məsələni qələmə almış, sevgi və qadın azadlığı
məsələsi ilə bağlı düşüncələrini oxucuların nəzərinə çatdırmışdır.
Əhvalatın bir ailə çərçivəsində baş verdiyi , məsələnin
ümumbəşəri mahiyyət daşıdığı hekayənin qəhrəmanı Mariya adlı
“təxminən on səkkiz cavanlıq baharında bulunan dolğun bədənli,
ala gözlü, cazib və təfəkkür baxışlı, uzun və sarı saçlı” gənc bir
qızdır. Alnını, yanaqlarını, bir cüt ala və cazibəli gözlərini “daima
və daima zilali-məlal öpüb duran”, ürəyi gözlərindən oxunan “bu
sevimli gözəl düşünüyor, düşünüyor, müttəsil düşünüyordu”.
Bir işlə məşğul olduğu, yaxud məşğuliyyəti olmadığı
zamanlarda daima düşüncələrə dalan bu qızın dərdi nədir? Uzun
saatlar bu sualın cavabını axtaran müəllif qonşuluqda yaşayan,
qızın bibisi olan orta yaşlı bir qadından bunun səbəbini öyrənməyə
müvəffəq olur. Qadın bildirir ki, dörd ay bundan əvvəl bu qızı özü
kimi “yaraşıqlı bir gəncə namizəd etmişdilər”. Bu gün-sabah
toyları olacaqdı və bu gənclər bəxtiyarlığın nə olacaqlarını
anlayacaqdılar. Əfsus ki, müharibə başlandı və qızın nişanlısı olan
gənc də “silah altında çağırılaraq müharibə meydanına göndərildi.
Şimdiyəcən gənc bəy hərb atəşi, qız da firqət və həsrət odu içində
yaşıyorlar. İştə duşizeyi-hicranzadənin səbəbi-həzini şu söyləmiş
olduğum keyfiyyətdir”(338, 47).
Qadın sonra o şeyi bildirir ki, M. Hadi həmişə onun
arzusunda olaraq onu təbliğ etmişdir. Qız oğlanı, oğlan da qızı
görüb bir-birlərini tanıyandan və hər ikisi bu izdivaca razı
olduğunu bildirəndən sonra onların nişan mərasimi keçirilmiş və
Dostları ilə paylaş: |