İslam Qəribli
406
Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi zərurət
ucbatından bir müddət Gəncədə fəaliyyət göstərməsi ilə əlaqədar
olaraq Cümhuriyyətin rəsmi orqanı olan “Azərbaycan” qəzeti də
Gəncədə nəşr olunmağa bəşlamış, paytaxt Bakıya köçürüləndən
sonra isə fəaliyyətini Bakıda davam etdirmişdir. Ceyhun bəy
Hacıbəyli və Şəfi bəy Rüstəmbəylinin müştərək redaktorluğu ilə
çıxan qəzetin ilk nömrəsi ( Ş. Rüstəmbəyli həm də qəzetin rus
variantının redaktoru idi) 1918-ci ilin sentyabr ayının 15-də içıq
üzü görmüş və qəzet dörd nömrəsi Gəncədə, qalan nömrələri
Bakıda çıxmaqla 1920-ci ilin 27 aprelinə, XI ordunun Bakını işğal
edib demokratik hakimiyyəti qəsb etməsinə qədər davamlı şəkildə
nəşr olunmuşdur. C. Hacıbəylinin Ə. Topçubaşovun rəhbərlik
etdiyi nümayəndə heyətinin tərkibində 1919-cu ilin yanvarında
Paris sülh konfransında iştirakı ilə bağlı olaraq sonrakı dövrdə
qəzet Üzeyir bəy Hacıbəylinin, bir neçə nömrəsi isə Xəlil
İbrahimin redaktorluğu ilə çıxmışdır.
Azərbaycanın Rusiya imperiyasının yüz ildən artıq davam
edən dırnaqarası himayədarlığından qurtularaq öz müstəqilliyini
elan etməsini sevinc və böyük ümidlərlə qarşılayan M. Hadi
“Həyat”, “Füyuzat”, “Tazə həyat”, “Tərəqqi”, “Səda” və s.
mətbuat orqanlarinda olduğu kimi, “Azərbaycan” qəzetinin
səhifələrində həm odlu-alovlu şeirləri, həm də kəsərli publisistik
yazıları ilə çəxış etmiş, duyğu və düşüncələrini mütəfəkkiranə
tərzdə oxucuları ilə bölüşmüşdür. İdealına, yəni millətə xidmət
amalına yaradıcılığının əvvəlindən sonuna qədər sadiq qalan M.
Hadinin bu qəzetdə çıxan ilk əsəri birinci nömrədə çap olunan
“Türkün nəğməsi” şeiri, son əsəri isə 2 may 1919-cu ildə, 170-ci
nömrədə dərc olunan “Kor soqqur” şeiridir.
Qeyd edək ki, bu məsələ, yəni M. Hadinin “Azərbaycan”
qəzetində dərc olunmuş əsərləri bu və ya digər dərəcədə bizdən
əvvəl
araşdırılmış,
Aybəniz
Əliyevanın(Gəngərli)
“Azərbaycan”(1918-1920) qəzetində ədəbiyyat məsələləri”
monoqrafiyasında(38; 44, 62, 64, 65, 67, 68, 70), Alxan
Bayramoğlunun
“Azərbaycan
Demokratik
Cümhuriyyəti
Məhəmməd Hadi və mətbuat
407
dövründə ədəbiyyat” kitabında (21; 33, 34, 36, 37, 39, 40, 42, 43,
44, 48, 49), Əflatun Saraclının “Azərbaycan yazıçıları
cümhuriyyət dönəmində” kitabında(431; 22, 25, 26, 27, 29, 30, 31,
32, 33, 34, 35, 38) əsərlərin bəziləri ideya-bəddi cəhətdən
nəzərdən keçirilmişdir. Alxan Bayramoğlu həm də kitabında M.
Hadinin on üç əsərinin mətnini vermişdir ki, bunların 11-i –
yeddisi şeir, dördü məqalə olmaqla M. Hadinin kitablarına
düşməyən əsərlərdir.
“O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox
əsərlər yazan, hayqıraraq xalqı birliyə, mübarizəyə çağıran M.
Hadi”nin (431, 21-22)oxuculara hər bəndin sonunda nəqarət kimi
təkrarlanan:
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düĢün, yoxsa bu qan həpsi hədərmi?,-
müraciəti ilə başlanan və bir marş, himn təsiri bağışlayan “Türkün
nəğməsi” şeiri həcmcə cəmi on doqquz misradan ibarət olsa da,
şair bu on doqquz misraya böyük bir kitaba sığacaq mənanı
sığışdırmağa müvəffəq olmuşdur( Şeirin birinci bəndinin səkkiz,
ikinci bəndinin doqquz misra kimi verilməsi redaksiya xətası da
ola bilər. Bizcə, birinci bənd də doqquz misradan ibarət olmuş,
çap prosesində mexaniki olaraq misraların biri unudulmuşdur.
Şeirin avtoqrafı əldə olunmadığından hansı misranın düşməsini
qəqiqləşdirmək mümkün deyil- İ. Q.).
Birinci Dünya müharibəsinin iştirakçısı olan və dağıdıcı,
bəşəriyyətə fəlakətlər gətirən müharibəni dönə-dönə lənətləyən,
müharibənin onda oyatdığı təəssüratlar barədə romantik
poeziyanın şah əsərlərindən biri hesab edilən “İnsanların tarixi
faciələri, yaxud əlvahi-intibah” poemasını yazan şair bu şeirində
müharibəyə yeni bir qiymət verir. Rusiya imperiyasının
dağılmasının birbaşa cahan savaşı və Rusiyanın bu müharibədə
uduzması ilə bağlı olduğu qənaətində olan müəllif ələ düşmüş
fürsətdən bəhrələnərək illər boyu arzusunda olduğu, uğrunda can
və qan verdiyi azadlığını elan etmiş milləti qazandığı hürriyyəti
qorumaq üçün birliyə və tarixin dərslərindən ibrət götürməyə
İslam Qəribli
408
şağırır. “M. Hadi daxildən gələn qürur və cəsarətlə bəyan edir
ki”(21, 33) türk qövmünün dörd ildə müharibə meydanlarında
axıtdığı qan və verdiyi can öz məfkurəsi, istiqlalı uğrunda
olmuşdur və bunlar nə hədər getməz, nə də unudulmaz. Zəfərini
qan ilə qazanan türk milləti nə dəhşət, od püskürən dövlətlərin
hədə-qorxulapından, nə də “dəsti-əcəldən”, ölüm və məhv məhv
olmaq təhlükəsindən zərrə qədər çəkinməz. Dünya təməlindən
tərsinə çevrilsə belə:
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək misli-əməldən(361, N 1).
Bu əməl isə türklərin hürr və azad yaşamaq eşqidir ki,
bunu da “xuni-şəhidan” və “himməti-türkan” ilə əldə etmək olar.
Artıq bu azadlıq əldə edilib və şairin qəti inamına görə başqa
millətlərdən daha yaxşı, daha firavan yaşamaq istəyən xalq (M.
Hadidə “Yüksək yaşamaq istər isən cümlə miləldən - İ. Q.)
qazandığı azadlığı qorumağı da bacarmalıdır.
M. Hadinin qəzetdə çap olunan ikinci şeiri “Zəfəri-
nəhayiyəyə doğru” əsəridir. “İlə” rədifli on bir beytlik bu şeir 5
oktyabr 1918-ci ildə Bakıda yazılmış, qəzetin yeddinci
nömrəsində “Əbdüssəlimzadə Məhəmməd Hadi” imzası ilə dərc
olunmuşdur (362, N 7) “Türkün nəğməsi” şeirində olduğu kimi,
bu əsərdə də əsas ideya türk millətinə olan böyük sevgi və
qazanılmış istiqlaliyyətin qorunması arzusudur. “Ordusu zəif,
uğrunda can verməyi özünə şərəf hesab edən əsgəri olmayan
dövlətin məhvi labüddür”,- ideyası ilə çıxış edən, “milli ordunu,
əsgərləri vətənin, milli dövlətçiliyin qarantı, keşikçisi olmağa
çağıran”(431, 29) şair yazır:
Əsgər olmaq bir Ģərəfdir türk üçün, islam üçün,
Əsgəriyyətlə yaĢar millət həyatı Ģan ilə.
Ən iĢıq bir ömür istərsək günəĢ altında biz,
Durmalı ədaya qarĢı qeyrəti-rəxĢan ilə(362, N 7).
Milli ordunun əsgərlərinə öyüd-nəsihət, çağırış kimi
düşünülən şeirdə Azərbaycan əsgərini türkün tarixi şöhrətindən
dərs almağa çağıran şair qeyd edir ki, türk oğlu əlindəki qılınc və
Dostları ilə paylaş: |