İslam Qəribli
412
M. Hadinin “Azərbaycan” qəzetində çıxan və kitablarına
düşməyən əsərlərindən biri də on iki beytlik “Məhtabi-şita”
şeiridir(370, 50). “Karpat xatirələrindən” silsiləsindən olan bu
şeirdə şair bir qış gecəsində dağın üstündən boylanan Ayın ərzi
işıqlandırmasını tərənnüm edir. Ən maraqlı cəhət budur ki,
müəllif bu əsərində türk aləmini yıxılmaz dağa, parlaq ayı isə türk
dünyasının gələcək azadlığı kimi mənalandırır və yazır:
Mahə baxıb dururkən gəldi Ģu söz dodağa,
Türk aləmi yıxılmaz, bənzər dedim bu dağa.
Bir gün qaçar qaranlıq, millət hilalı parlar,
Fatehlərin, Səlimin nuri-cəlalı parlar.
ġərqin yerində parlar mahi-zəfərnümamız,
Bir gün görər hilalı müzlim olan səmamız.
Bir gün gəlir Ģu yurda bir zümreyi-rəhamız,
Azad olur, əminəm bu ərzi-pürbəhamız.
Azadə bir həyata məzhər olur bu millət,
Əlbət ölür əsarət, əlbət ölür bu zillət(370, N 50).
M. Hadinin “Azərbaycan” qəzetində dərc olunan daha dörd
şeiri vardır ki, bunlar da şairin “Seçilmiş əsərləri”nə
salınmamışdır. Alxan Bayramoğlunun məlum kitabına saldığı və
haqqında müfəssəl məlumat verdiyi həmin şeirlər aşağıdakılardır:
“Şühədayi-hürriyyətimizin ərvahına ithaf”(371, N 147),
“Məfkureyi-aliyəmiz”(372, N 149, 150), “Əsgərlərimizə,
könüllülərimizə”(374,
163),
“Əsgərlərimizə,
köhüllüləri-
mizə”(375, 164). Bu şeirlərin M. Hadinin sovetlər dönəmində
çıxan kitablarına düşməməsinin başlıca səbəbi həmin əsərlərin
Azərbaycan Demokratik Cümhuriyyətinə və onun milli ordusuna
həsr olunması ilə bağlıdır.
Azərbaycanın istiqlalı uğrunda canından keçənlərin ruhuna
ithaf olunmuş səkkiz beytlik birinci şeirində M. Hadi qeyd edir ki,
sizin məzarınız qara torpaq deyil, millətin qəlbidir. Sizin
sayənizdə istiqbalını qazanan millət heç vaxt sizi unutmayacaq.
Siz cismən yoxluğa, ruhən əbədiyyətə qoşulmusunuz. Şair bildirir
ki:
Məhəmməd Hadi və mətbuat
413
Müəbbədən diridir namınız bu dünyada,
Sizin də ruhunuz uçsun behiĢti-əlada.
Çəkildiniz əbədi xüldzari-Rəhmanə,
BehiĢti-rəhmətə, yəni diyari-rəxĢanə.
O xununuzla açıldı bahari-hürriyyət,
Sizin də yurdunuz olsun behiĢti-ülviyyət(371, 147).
Milli hökuməti tərənnüm edən, “başdan-başa Azərbaycan
milli istiqlalını alqışlayan”(38, 64) iki hissəli “Məfkureyi-
aliyəmiz” şeirinin on beş beytlik birinci bölümü 1919-cu il aprel
ayının 2-də, səkkiz beytlik ikinci bölümü isə aprelin 3-də
yazılmışdır. Birinci bölümün beşinci beytindən sonra
nöqtələr(.........) qoyulmuş və hansı səbəbdənsə şeirin bir beyti
qəzetdə verilməmişdir. İkinci bölümün dördüncü:
Çıxsın dilərsə qarĢımıza həp məzarımız,
Qorxmaz məzardan bu dili-əzmkarımız,-
beytinə şair Əbdülhəqq Hamidin “Öylə bir əzm ilə çıxdım ki,
yola, QarĢıma çıxsa məzarım dönəməm” misralarını izah kimi
vermişdir.
“Ey türk dövləti, əya bəxti-növcavan”, - deyə milli hökuməti
vəsf edən M. Hadi inanır ki, cəmi on bir aylıq yaşı olan bu
dövlətin gələcəyi parlaq olacaq və bu dövlətin varlığı türk
dünyasında intibah günəşinin doğması ilə nəticələnəcək. Millətin
əldə etdiyi azadlığı qanı və canı bahasına da olsa qoruyacağına
inan şair şeirini bu misralarla tamamlayır:
Vicdani-millətə yazılıbdır bu ayəmiz,
Ən Ģanlı, ən Ģərəfli həyat iĢtə qayəmiz.
Məqsudə doğru qoĢmalı bixovf, bilməli,
Yıxmaq gərək təriqi tutan hər bir əngəli.
Zail olursa hail olanlar təriqdən,
Eylər Ģitab məqsudə hər zadeyi-vətən(372, N150).
M. Hadinin bir gün fasilə ilə qəzetdə “Əsgərlərimizə-
könüllülərimizə” adlı iki şeiri dərc olunmuşdur. “Millətin namusu
sizdən çox sücaət gözləyir” misrası ilə başlanan doqquz beytlik
birinci şeirdə “Azərbaycan dövlətinin milli ordu təşkil etməsini
İslam Qəribli
414
böyük sevinclə qarşılayn”(38, 66), millətin özgürlüyünün onun
ordusunadan, əsgərindən asılı olduğunu bildirən şair yazır:
Hifz üçün əğyar əlindən dilbəri-hürriyyəti,
Müstəqil olmuĢ vətən əzmü mətanət gözləyir.
..Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran,
Millətim sizdən böyük Ģanü Ģərafət gözləyir(374, 163).
Namiq Kamalın “ArĢ irəli, arĢ bizimdir fəlah, ArĢ, igidlər,
vətən indadına!” misralarının epiqraf kimi verildiyi doqquz
bəndlik və hər bəndin sonunda:
Amalımıza doğru Ģitaban olalım gəl,
Millətlə vətən rahinə qurban olalım gəl,-
beyti nəqarət kimi təkrarlanan ikinci şeir əsgər marşı kimi
yazılmışdır. Bu şeirdə də əvvəlki şeirdə olduğu kimi əsgərə, onun
vətən qarşısındakı xidmətlərinə yüksək qiymət verən şair
səkkizinci bənddə yazır:
Millət yaĢamaz yurdunu zəbt eyləsə düĢmən,
Gəldikdə xəzan fəsli sönər rövnəqi-gülĢən,
Ġstərsək əgər yurdumuz olsun da iĢıq, Ģən,
Göstərməliyiz düĢmənə bir cürəti-rövĢən,
Qurbani-vətən olmalı bir can ilə bir tən,
Ən ülvi səadət: - Vətən olsun mənə mədfən:
Amalımıza doğru Ģitaban olalım gəl,
Millətlə vətən rahinə qurban olalım gəl!(375, N 164).
M. Hadinin “Azərbaycan” qəzetində dərc olunan daha iki
şeiri var ki, bunlardan buri “Baharın ilhamları və ictimai
rəmzlər”(373, N 152, 155), digəri isə “Kor soqqur” adlanır(376,
N 170). Bu şeirlərin hər ikisi qəzetdən götürülərək mətnində heç
bir artırma-əksiltmə olmadan şairin “Seçilmiş əsərləri”nə daxil
edilmişdir(379, 324-325, 326-327). Birinci şeir mövzu və ideyaca
“Məfkureyi-aliyəmiz” şeirini xatırladır. Eyni zamanda bu şeirdə
qadın azadlığı məsələsinə də diqqət yetirilir və şair inanır ki,
müstəqilliyini qazanan gənc Azərbaycan dövləti “canlı ikən örtü
içində dəfn olunan” qadınlara da azadlıq verəcək, qadınlar
millətin və dövlətin tərəqqisinə öz töhfələrini baxş edəcəklər.
Dostları ilə paylaş: |