İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


Spirtli içkilər, zinadan daha pisdir



Yüklə 0,79 Mb.
səhifə11/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

Spirtli içkilər, zinadan daha pisdir


Möminlərin əmirinə (ə) dedilər: Siz buyurmusunuz ki, şərab, zina və oğurluqdan pisdir? O həzrət cavabında buyurdu: " Bəli, çünki zina edən, başqa bir günaha aludə olmaya bilər, oğurluq edən də həmçinin; lakin şərab içən məst olduqda, zina da edər, adam da öldürər və namazı da tərk edər".1

MUSİQİ

Musiqi nədir?


Musiqi barəsində çoxsaylı təriflər söylənilmişdir. Bu təriflərdən hər biri, mənfi və müsbət yönümlərə malikdir. Biz musiqi anlamının aydınlaşması üçün, iki təriflə kifayətlənirik:

1- Bir tərifə əsasən, musiqi – səslərin ürəkaçan formada tərkibidir. Bu baxımdan, günah məclislərilə münasib olarsa, haramdır.2

2- Musiqi – insanı, onun üçün vəsfəgəlməz bir aləmdə seyr etdirən səslərdən və tonlardan ibarətdir. Musiqi insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə gətirir və bəzi hallarda da, eşq və şəhvəti həyacana gətirir, insanı öz quluna çevirərək, onun əsəb sisteminə, düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir.3

Misal olaraq, Farabinin Seyf əd-Dövlənin qonaqlığındakı saz çalmasını göstərmək olar. Bir müddət hamı güldü, ritmi, tonu dəyişməklə ağlamağa başladılar və sonda digər bir avazı çalmaqla, bütün məclis əhli yuxuya daldı.

Bu kitabda söhbət açacağımız mövzu, birinci tərifdə toxunduğumuz haram musiqidir.

Sinir sisteminin fəaliyyəti


Musiqinin cismi zərərlərini bəyan etmək üçün, öncə bir müqəddiməyə işarə edirik.

Vegetativ sinir sistemi iki şöbəyə bölünür.

1. Simpatik şöbə

2. Parasimpatik şöbə


Simpatik sinir sistemi


32 cüt simpatik düyünə malikdir ki, sinə qəfəsinin və qarın boşluğunun arxa səthində onurğa sütunun iki tərəfində yerləşmişdir. Simpatik sinir bel tirinin əvvəlindən başlayıb, digər bədən üzvlərinə yayılır. Onun əsas vəzifəsi damarları daraltmaq, saf əzələləri genişləndirmək, göz bəbəyinin enləndirilməsi, ifrazatın qarşısını almaq, qan təzyiqini yüksəltmək, ürək döyüntülərini tezləşdirmək və s.-dən ibarətdir ki, insanın öz fəaliyyətində ayıq və fəal olmasına səbəb olur.

Parasimpatik sinir sistemi:


Sinir sisteminin bir şöbəsidir ki, simpatiklə birlikdə və çiyin-çiyinə bir sıra mühüm üzvlərə o cümlədən, ürək və böyrəyə daxil olaraq, simpatik əsəb sisteminin tam əksinə hərəkət edir. Bu sistemin insanda yaratdığı süstlük, tənbəllik, halsızlıq, yuxu, qəflət, səhv, unutqanlıq, qəm-qüssə və huşsuzluqdan ibarətdir. Saf əzələləri yığmaq, ifrazat yaratmaq, qan təzyiqini azaltmaq, göz bəbəyini kiçiltmək, ürək döyüntülərini yavaşıtmaq və s. onun vəzifəsidir.1

Aydındır ki, kənardan əsəb üzərində təhriklər başlayırsa, simpatik və parasimpatik sinir sistemi xarici təhriklər qədər öz müvazinətini itirərək aşağı və ya yuxarı gedir. Simpatik və parasimpatik sinir sistemində müvazinətsizlik yaradan xarici amillərdən biri də, aşağıdakı zərərləri özündə yerləşdirən musiqi dalğalarıdır.


Musiqinin cismi zərərləri


1. Sinir sisteminin zəifləməsi

Simpatik və parasimpatik sinir sistemi arasında müvazinətin pozulması nəticəsində bədəndə yaranan müvazinətsizlik, sinir sisteminin zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən, musiqiçilərin (musiqi bilicilərinin) 80%-i sinir sistemi zəifliyinə düçardırlar.

Kolumbiya universitetinin professoru doktor Velf Adler sübut etmişdir ki, ən gözəl və ən ürəkaçıcı musiqi sədaları, insanın sinir sistemi üzərinə ən acı təsirləri bağışlayır. Xüsusilə hava isti olarsa, bu mənfi təsir daha da çoxalır. Ərəbistan və İranın bəzi şəhərləri kimi isti yerlərdə son dərəcə mənfi təsirə malikdir.

Doktor Adler musiqinin zərərləri haqda geniş bir yazı nəşr etmiş və Amerikada minlərlə insan onun ardıcılı olaraq, musiqini özünə haram etmişdir. Bunlar, mütərəqqi dünyanın bədbəxtçiliklərindən biri sayılan sinir sistemi zəifliyinin qarşısını almaq və cəmiyyətin qurtuluşu üçün, geniş bir layihə hazırlayaq Amerika senatoruna təqdim etmiş və bütün növ ümumi konsertlərin qadağan edilməsini istəmişlər.2

Doktor Arnold Freydmani Nyuyork xəstəxanasının həkimi və başağrısı klinikasının baş həkimi, beyin dalğalarını təyinləşdirən elektron cihazların və minlərlə xəstə müraciətindən əldə etmiş təcrübəsinin köməyi ilə, sübuta yetirmişdir ki, psixoloji, zehni yorğunluqların və əsəbi başağrılarının əsas faktorlarından biri də, radio ilə yayımlanan musiqini dinləməkdir, xüsusilə də, diqqətlə dinləyənlər üçün.1

Doktor Aleksis Karlın sözü


"Ümumiyyətlə, musiqi və konsertə qulaq asmaq, əsəb sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o qədər kəskindir ki, dinləyicini heyrətlənmiş bir şəxsə çevirir və ondan alınan fövqəladə təsir həmin əsəb korlayıcı amilin nəticəsidir. Aydındır ki, bu cür korlayıcılar xeyli ziyanlara malikdir və gücləndiyi təqdirdə hətta şüur və dərrakəni də, ifrat musiqi sədalarının cazibəsinin köləsi edə bilər. Bu zaman şəxs yaxşı və pisi bir-birindən ayırd edə bilməyəcək və yaramaz işləri həyata keçirməkdən çəkinməyəcək və o halda onun acı sonunu düşünməyəcəkdir".2

2 – Dəlilik

Musiqinin xarici təhriklərinin sinir sistemi üzərində yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və düşüncə qüvvəsini əldən verir. Çünki, insanın düşüncə qüvvəsi musiqi təhrikediciləri arasında əsirə çevrilir və tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur. Sonda isə musiqi insanın ağlını sıradan çıxararaq, belə şəxslərdə dəlilik əlamətlərini üzə çıxarır.

İndi isə belə ruhi çatışmazlıqların bir neçə nümunəsinə diqqət yetirin.

1 - Velik Stunez musiqi qrupunun təm-təraqlı konserti əsnasında, bir kişi həyəcanın şiddətindən soyunaraq dəlicəsinə vokala tərəf yola düşdüyü zaman polis tərəfindən yaxalandı.

2 - Bir milyon əlli min nəfər bir konserti dinlədikdən sonra, musiqinin onlarda yaratdığı həyəcan nəticəsində qəflətən bir-birlərinin üzərinə tökülərək səbəbsiz bir-birlərini yaralamağa, zədələməyə başladılar. Hadisə yerinə polis yetişənədək bir neçə nəfər bıçaqlanma nəticəsində həyatını dəyişdi, neçə qıza təcavüz edildi və xeyli sayda insan yaralandı.1

3- Letil Rak ştatında bir cavan piyano öyrənirdi. Musiqi nəğmələri o cavanın ruhunda necə həyacan icad edirsə, heç bir səbəb olmadan öz yerindən qalxaraq on doqquz bıçaq zərbəsi ilə öz müəllimini öldürür.2

4- Musiqi dinləmək üçün Parisin meydanlarının birində toplaşmış cəmiyyət konsertdən sonra, necə həyəcana gəlmişdilərsə, vitrinləri sındıraraq mağazaları darmadağın etdilər və bir qrup yaralandı.3

5- Bethoven adlı məşhur musiqiçi 30 yaşında eşitmə qabiliyyətini bütünlüklə itirərək və sonda əsəb zəifliyindən dəli oldu.



3. Qan təzyiqi

Qan təzyiqini yaradan ən əsas amillərdən biri də, əsəb qıcıqlandırmaları və döyüntüləridir. Müasir dünyada çox yayılmış qan təzyiqinin səbəbləri haqda araşdırma aparan avropalı bir həkim, qan təzyiqi ölçən cihazı əlində açıb-bağlayır və eyni halda radionun düyməsini açıq saxlayırdı. O, müxtəlif musiqi proqramlarını dinlədikdən sonra, aşağıdakı nəticələri əldə edir:

A) Musiqi xoşagəlməz olduqda, qan təzyiqi artır və ruhun süstlüyü və narahatlığı ilə sonlanan sədaları eşitdikdə, qan təzyiqi həkimi vəhşiləşdirəcək həddə gətirib çıxarırdı.

B) Bir sıra musiqilər aramlaşdırıcı təsirə malik idilər və davam etdiyi müddətdə təzyiqi normal həddən aşağıya endirirdi (bu da təhlükəlidir).



4. Görmə qabiliyyətinin zəifləməsi

Qeyd etdik ki, simpatik və parasimpatik sinir sisteminin vəzifələrindən biri də, bəbəyi enəltmək və daraltmaqdır. Hansı ki, bu vəzifənin icrasındakı bacarıqsızlıq görmə qabiliyyətinin zəiflənməsində təsirə malikdir.1

Haram musiqiləri dinləmək nəticəsində bu xəstəliklərə düçar olmuş şəxslər heç də az deyil, amma yoluxduqları bir sıra xəstəliklərin musiqiyə qulaq asmaq nəticəsində olduğuna diqqət yetirmirlər. Biz yalnız bu xəstəliklərə düçar olmuşlardan bir neçə nümunəyə işarə etməklə kifayətlənirik.

Alman musiqiçisi Fredrik Hendel, italyan müğənnisi Mariya Alna, fransız müğənnisi Muris Ravel hər üçü görmə qabiliyyətini əldən verdilər.

İsveçrəli musiqiçi Bax duyğu pozuntusuna düçar oldu, və gözləri tutuldu.

5. Mədə

Pop musiqisini dinləyən bir qrup gənc üzərində aparılan araşdırmalarda, bu nəticəyə gəlindi ki, mədə şirəsinin və kolidrikin ifrazı pop musiqini dinləyərdə, digərlərindən daha çox azalmışdır.2



6. Ömrün qısalması

Musiqiçilərin, bəstəkarların və müğənnilərin çoxu təbii ömürlərinin yarısına da çatmamışlar. Musiqiçilərin ömürləri haqda aşağıda müşahidə etdiyiniz statistika, bu reallığı sübuta yetirir.

1. Məşhur musiqi ustadı Malbranı, 27 yaşında mahnı oxuyarkən infarkt vurmuşdur.

2. İtaliyalı mügənni Porqluzi, 26 yaşında

3. İtalyan müğənnisi Belini, 34 yaşında

4. Fransız müğənnisi Muris Jurber, 40 yaşında

5. Fransız müğənnisi Şusun, 30 yaşında

6. Fransız müğənnisi Nikladveqrini, 32 yaşında

7. Fransız müğənnisi Jar Bije, 37 yaşında

8. Alman müğənnisi Mendeles, 38 yaşında

9. Alman müğənnisi Hüqo Velf, 43 yaşında

10. Alman müğənnisi Maks Reger, 43 yaşında

11. İçveçrəli müğənni Muzart, 35 yaşında

12. İsveçrə müğənnisi Şubert, 31 yaşında

13. İsveçrə müğənnisi Laner, 42 yaşında

14. İran müğənnisi Həbib Səmai, 45 yaşında1

Qeyd edək ki, bu statistika yalnız bu şəxslərdə məhdudlaşmır, bu sadəcə xeyli sayda olan fərdlərin kiçik bir hissəsidir.

Bu göstərici bir və ya iki nəfər olsaydı, "müstəsna hal təşkil edir" deyə bilərdik. Ancaq mülahizə etdiyiniz kimi, statistik göztərici bir çox musiqiçilərin ömürlərinin az olmasını göztərir.



Bütün bu zərərlərlə, niyə biz musiqi dinlədiyimiz halda sağlamıq?

Sualın cavabında spirtli içkilər bölməsinə (Əgər bu qədər zərər varsa, niyə bəziləri şərab içməklə yanaşı sağlamdırlar?) müraciət edin. Eynilə burada da təkrarlanan bu cavabları sözün uzanmamasından dolayı gətirmirik.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə