İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


SPİD (QİÇS)1 və homoseksualizm (ləvat)



Yüklə 0,79 Mb.
səhifə8/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

SPİD (QİÇS)1 və homoseksualizm (ləvat)


QİÇS xəstəliyinin keçici yollarından biri də, homoseksualizm və zinadır.

Amerikanın C.N.N kanalının, ölkənin səhiyyə nazirliyinin son araşdırmalarına istinadən bildirdiyinə görə, Amerikada hər 13 dəqiqədə bir nəfər QİÇS virusuna yoluxur.

Bu araşdırmalara əsasən, hazırda hər 100 amerikan kişisi və 800 qadınından biri QİÇS virusunun daşıyıcısıdır.

Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzindən bildirilir ki, 1997-ci ildə ölkəmizdə 13 nəfər QİÇS virusuna yoluxmuşdusa, hal-hazırda 587 nəfər bu xəstəliyə mübtəla olub. Həmin xəstəliyə tutulanların 80 faizi kişi, 20 faizi qadındır. Qanköçürmə zamanı virusla yoluxmanın bu xəstəliyin ölkədə yayılmasının başlıca səbəbi olduğu da qeyd edilən mərkəzin açıqlamaları arasındadır.

Bunu tam elə də demək olmaz. QİÇS-in açılışı Qazanılmış İmmun Çatışmamazlığı Sindromudur. Bu o deməkdir ki, insan, məhz, bu virusun hesabına bu və ya digər xəstəliyə qarşı immunitetini (davamlılığını) itirir və orqanizm o xəstəliklərə qarşı mübarizə aparmağa qadir olmadığı üçün insan ölür. Demək ki, istənilən halda bu virus günahkardır.

İnsanlığı ucuruma sürükləyən AİDS bütün dünyanın diqqət mərkəzindədir. Bəşəriyyət hələ də AİDS qarşısında acizdir. Son 20 il ərzində bu fəlakət bütün qitələri əhatə etmişdir. Hazırda 42 mln insan HİV daşıyıcısıdır. Hər 11 saniyə 1 nəfər, hər dəqiqə 25 yaşınadək 6 nəfər HİV ilə yoluxur. Hesablamalara görə planetin hər 100 nəfər sakinindən biri artıq HİV-ə yoluxmuşdur və 3-5 ildən sonra 20-29 yaşlı insanlar arasında ölümün əsas səbəbi AİDS olacaq. Dəhşət də elə bundadır ki, yoluxanların əksəriyyəti gəncdir və ömrün bahar çağında insan həyatına son qoyulur. AİDS nəticəsində 14 mln uşaq ailə sevgisindən məhrum olaraq yetim qalmışdır. Axı bu körpələrin günahı nədir?! Çox əfsuslar olsun ki, bu epidemiya Azərbaycandan da yan keçməyib. Rəsmi məlumatlara əsasən respublikamızda 680 nəfər HİV daşıyıcısı qeydə alınıb, amma təbii ki, real göstəricilər bu rəqəmdən qat-qat yüksəkdir və bütün bunlar narahatçılıq üçün kifayət edir (mütərcim).

QİÇS xəstəliyi insan bədəninə daxil olduqdan sonra, ikidən səkkiz ilədək bir dövrədən sonra xəstənin qoruyucu sistemini işdən salaraq, onun bədənini infeksion xəstəliklər qarşısında müdafiəsiz edir və sonda, əsasən cinsi azadlıq yolu ilə yoluxmuş bu virusun qurbanları, xəstəliklərin ağırlığından həlak olurlar.1.

Məlum araşdırmaya görə, Amerikada homoseksualizmin mərkəzi kimi şöhrət qazanmış Kaliforniya ştatının San Fransisko şəhəri, QİÇS virusunun daşıyanların ən yüksək faizini təşkil edir.1


AYBAŞI DÖVRÜNDƏ YAXINLIQ ETMƏK


"Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin!"2

Quranın bu ayəsinə əsasən, haram olan əməllərdən biri də, aybaşı zamanı qadınlarla yaxınlıq etməkdir. Bu əməl ruhi ziyanları ilə yanaşı, cismi zərərlərə də malikdir. Onlardan bəzilərinə işarə edirik.

Qadınlar arasında yayılan xəstəliklərdən biri də, uşaqlıq boynu xərçəngidir.3 Bu xəstəlik Amerikada əhəmiyyəti baxımından, qadın xərçəngləri arasında ikinci yeri tutur. Əldə olan sənədlərə əsasən, bu rəqəm avropa ölkələrində də eynilədir.

Xərçəngin heç bir növü qarşısında toxunulmazlığa malik olmayan yəhudi qadınlarında, kürək xərçəngi adlanan bu xərçəng müşahidə edilməmişdir (çünki yəhudilər aybaşı zamanı qadını çirkin sayır və onlardan uzaqlıq edirlər, xristianlar isə, heyz zamanı hətta onlarla yaxınlıq da edirlər. Bu arada İslam dini, ortaq xətti tutur və yəhudilər kimi ümumiyyətlə qadını çirkin deyil, yalnız aybaşı zamanı onlarla yaxınlıq etməyi haram bilir).

Bu xərçənglərin yaranma səbəblərindən biri də, elə aybaşı dövrü qadınlarla cinsi əlaqədə olmaqdır. Başqa bir səbəbi isə kişilərin sünnət edilməməsidir (aidiyyatı bölmədə bu barədə qısa söz açılacaq).1

Kaliforniya universitetinin ustadı professor Donald Smit deyir: "Kəskin artirit yaxınlıqdan sonra yaranır və əsasən qadının aybaşı zamanı onunla yaxınlıq etmiş şəxslərdə görünür; çünki aybaşı zamanı vajenin flor mikrobu çox olur".

( Aybaşı zamanı vajen mikrobları başqa zamanlardan daha artıq olur).2

CƏMDƏK (LEŞ)


İslam dinində günah sayılan əməllərdən biri də, leş yeməkdir. Bu əməl bəzən heyvanın şəri üsulla kəsilmədiyi və bəzən də ümumiyyətlə heyvanın kəsilmədiyi zamanı baş verir. İslami baxımdansa hər ikisi leş sayılır.

Bu əməlin gigiyenik zərəri, biri leşdə yığılmış qana görədir (qan yemək bölməsində bu barədə danışıldı), digəri isə, həzm sisteminin leşdən sağlam qan hazırlaya bilməməsinə görədir.

İmam Sadiq (ə) leş ətinin zərərləri haqda buyurur: "Leş yeyən şəxsin bədəni zəifləyər, əzginləşər, enerjisi azalar, nəsli kəsilər, bu işi davamlı olaraq həyata keçirən şəxs, infarkt və ani ölümlə dünyadan köçər".3

ALKOQOLLU İÇKİLƏR4


Böyük günahlardan biri də, alkoqollu (spirtli) içkiləri içməkdir. İndisə İslam dininin elmi əzəmətinin bir güşəsinə varmaq üçün, spirtli içkiləri içməyin bir sıra cismi zərərlərini açıqlayırıq.

1. Alkoqolun beyin və əsəb sisteminə olan zərəri

Alkoqolun başlıca və qısa müddətli təsiri mərkəzi əsəb sisteminədir. Alkoqollu içkilərin istifadəsi öncə bir növ rahatlıq, aldadıcı və ifrat azadlıqla nəticələnir. Lakin bir müddətdən sonra, öz real təsirlərini, o cümlədən: əzələlərin hərəkətində harmoniyasızlıq, qərara gəlmədə pozğunluq, hərəkət və məharət işlərinin zədələnməsi, gec reaksiya və burun və zehni fəaliyyətlər, kobudluq, anlaşılmaz danışmaq, çox danışmaq, əşyaları və insanları iki görmək və idrarın çoxalması kimi mənfi təsirlərini üzə çıxaracaqdır.



2- Spirtin sümüklərə olan zərəri

Bir qrup tədiqatçının araşdırması göstərmişdir ki, spirtli içkilər, sümüklərin zəifləməsi və sınmasına səbəb olur. Sınmız sümüklər uzun müddət ərzində çətinliklə sağalırlar.

Həkimlərin bildirdiklərinə əsasən, spirtli içkilər sümük toxumalarının işininə maneəçilik törədərək, neçə il ərzində sümüklərin zədələnməsinə cəbəb olur. Eləcə də spirtli içkilərin istifadəsi tandonların çəkilməsinə səbəb olur.1

3- Böyrək

İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək xəstəliyinə düçar olmuş xəstələrin 87.5 %-i spirtli içkilərin səbəbilədir. Spirtli içkilər sidiyin miqdarini da çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların və kipriklərin iltihabına səbəb olur.1



4- Boyun

Spirtin, xüsusilə pivənin istifadəsi nəticəsində bəzən boyun piyi çoxalaraq cərrahlıq əməliyyatına ehtiyaclı olur.2



5- Spirtli içkilərin qaraciyərə zərəri

Kəskin surətdə spirtli içkilərə qurşanan şəxslər, yüksək dərəcədə böyrək və qaraciyərdə problemin təhlükəsi astanasındadırlar. "MOONSHİNE" sizin böyrəkləriniz üçün son dərəcə zərərli ola bilər, çünki onun ehtiva etdiyi qurğuşun, böyrəkləri zəhərləyə bilər.3

Qaraciyərin əsas işlərindən biri də, daxil olmuş zəhərli maddələri ayırmaq və zərərsizləşdirməkdir. Lakin təəssüf ki, spirtin zəhəri qarşısında acizdir və sonda spirt öz təhrik qüvvəsini qaraciyər üzərində həyata keçirir.4

6- Spirtli içkilərin qan dövranına zərəri

Mütəxəssislərin dediyinə əsasən, spirt tərkib hissəsini, mahiyyətini dəyişmədən, qana daxil olaraq, qan dövranı sistemini problemlə üzləşdirir. Mikroblar qarşısında müdafiəçi əsgər rolunu oynayan ağ qan cisimciklərini aradan aparır, dəmir tərkibini təşkil edən qan hemoqlobinini məhv edərək, bədəni son dərəcə qanazlığı təhlükəsi ilə üzləşdirir.



7- Spirtli içkilər, qidanın həzmində pozğunluğun amili

Spirt qida maddələrini bərkləşdirir, belə ki əti bir az spirt içərisinə atsaq, aşılanmış dəri kimi olar. Belə olduğu təqdirdə, mədənin başına hansı bəlanın gəldiyi məlumdur. Bundan əlavə spirt, mədə südlərini azaldararaq, xarab edir və qida üzərində təsirediciliyinin qarşısını alır, beləcə həzm olunmamış qida mədə üzərində qalır. Spirt həmçinin iştahanı da azaldır.1



8- Spirtli içkilər, ruhi xəstəliyin (dəliliyin) səbəbidir.

Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə əsasən, Amerikada ailənin yeddi üzvü ata-anasının şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər. Nyuyorkun tanınmış həkimlərindən sayılan doktor Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı spirtli içkilər səbəbilədir.

1902-ci ildə İngiltərədə götürülən statistikaya əsasən, spirtli içkilər səbəbilə dəliliyə, ruhi xəstəliyə düçar olan insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir.

İngiltərədə alimlərin araşdırmaları isbatlamışdır ki, təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır.2

İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi: çünki şərab, fəsad (cinayət) gətirir, şərab içənlərin əqlini alt-üst edir, onları Allah-taalanı inkar etməyə, onun ve Rəsulunun adından yalan danışmağa, töhmət vurmağa vadar edir, eləcə də cinayətkarlıq və ölüm hadisələri şərab içənlər tərəfindən həyata keçirilir".3




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə