İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə5/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   34

Sələmin tibbi, cismi zərərləri


A) "İslam və müasir tibb" kitabının yazarı doktor Əbdüləziz yazır: Borclu şəxsə borcunu verə bilmədiyi surətdə əsəb gərginliyindən doğan mənfi təsirlər üz gətirir.

Bu şəxslərdə müşahidə etdiyimiz bir sıra hallar şəkər xəstəliyi, yüksək qan təzyiqi, yarımiflic və ruhi çatışmamazlıqla bitən qanazlığı ilə sonlanmışdır. Çünki belə vəziyyətdə əsəb gərginliyi bədəndə Adrenalin maddəsini çoxaldaraq, qan təzyiqinin yaranmasına və "Bankeryas"ın ifrazına səbəb olur.2

B) Doktor Əbdüləziz eləcə də yazır: Kredit-girov müamiləsi (bir növ sələm) vasitəsilə yaranan ziyan, tibbi baxımdan çox kəskindir. Belə ki, sələmçi şəxslər adətən qısa zaman fasiləsində zəhmətsiz, xeyli sərvətə yiyələnirlər və təbii ki, bu tip varlanmaq, daha çox əsəb sisteminə öz mənfi təsirini bağışlayır; çünki insan baş vermiş hər hansı bir bəlanın tədricən aradan getməsi və ya axirət savabının ümidilə təskinlik tapa bilər. Bu isə, insanı həyatın təzyiqləri qarşısında qoruyan ilahi hikmətdir. Lakin ani tərəqqilərdən yaranan ruhi reaksiyalar, bir çox hallarda dözülməzdir, çünki şəxs onun məhv olmasını təsəvvür etmir. Əgər belə bir təsəvvür onda baş qaldırarsa, sevinci aradan gedəcəkdir. Ruhi-əsəbi xəstəliklərin bir çoxu bu növ hallardan baş qaldırır.

Lakin ticarət və əkinçilik kimi halal qazanclar isə, nəticənin çox olduğu təqdirdə belə, şiddətli ruhi-əsəbi korlanmayla nəticələnməyəcəkdir. Çünki sözügedən şəraitdə mənfəət və zərərin hasil olması tədrici şəkildədir. Gündəlik zərər və xeyiri gözləyən tacir və ya əkinçi, bu keçici və tədrici reaksiyalar vasitəsilə gələcək zərbələr qarşısında hazırlıq əldə edir.1

C) Doğrudur, borclu ehtiyac üzündən sələm verir, lakin bu heç vaxt ədalətsizliyi unutdurmayacaqdır. Hətta iş o yerə çatır ki, sələmçinin pəncəsinin sıxıntısını öz boğazında hiss edir, belə bir vaxtda yazıq borclunun bütün vücudu sələmçiyə lənət, qarğış göndərir və onun qanına susayır. Axı o gözləri ilə görür ki, canı bahasına tamamlanan gəliri, var-dövləti sələmçinin cibinə tökülür, bəzən borclu intihara da əl atır və bəzən narahatçılığın təsirindən amansızcasına borc sahibini qətlə yetirir və bəzən də bu problem ümumi böhran, partlayış və inqilab halına çevrilir.2

D) Sələm üçün qeyd edilə biləcək cismi ziyanlardan biri də, sələmçi şəxslərin xeyli hissəsinin bekar qalması və cismi fəaliyyətdən yayınmasıdır. Bu insanlar sələmin pulu ilə kifayətlənərək işləmirlər. Cismi fəaliyyətlərin dayandırılması və işsizlik özü bir çox xəstəliklərin mənşəyidir və hərəkətsizlikdən yaranan xəstəliklər haqda danışmağa lüzum yoxdur.


ÜZ QIRXMAQ


Üz qırxmaq məşhur fəqihlərin nəzərində düzgün hesab edilmir. Üz qırxmaqda icazəli hədd isə, xalqın baxarkən "fülankəsin saqqalı var" deməsidir. Üzü qırxarkən isə, maşınla və ya ülgüclə qırxmaq arasında heç bir fərq yoxdur.

Üz tükünün xeyirləri haqda həkimlərin söylədikləri


Tanınmış doktor "Finkor Corc" deyir: Saqqal bir çox xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin və selikli vəzlərin sağlamlığı.1

"Gigiyenik cəhətdən üzün qırxılması" kitabının müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması nəticəsində baş verir.

"Amerika tarixi" kitabının müəllifi "Səcan Maryoni" öz kitabında saqqalın xeyirləri və onu qırxmağın zərəri haqda söz açaraq yazmışdır ki, bəzi şəxslər üz tükünü xoşlamırlar, lakin onlar üz tükünün xeyirlərindən xəbərsizdirlər. Xüsusilə tanınmış təcrübəli həkim Viktor Corc bu qənaətdədir ki, saqqal xeyli faydaları özündə cəmləmişdir, şübhəsiz saqqal ağızı və ətrafını ona üz gətirə biləcək bəzi ağrılardan qoruyur. Eləcə də ağızyani istiqamətdə yarana biləcək artıq rütubətin qarşısını alır. Viktor Corcdan əlavə, başqa həkimlər də vurğulamışlar ki, qış fəslində dəmiryolu işçilərinin saqqalını qırxdıqdan sonra, onların bir çoxu şiddətli ağrılara, şişginliyə düçar oldular. Bu ağrılar xüsusilə ağız və boğaz selikinin axdığı vəzlərdə yaranır. Eləcə də deyilmişdir ki, başqa bir həkim müalicə edərkən, zökəm xəstəliyinə yoluxmuş şəxsləri saqqal saxlamağa əmr etdi, bununla hamı bu xəstəlikdən yaxa qurtardılar.1

Həkimlərin etiraf etdiyinə görə saqqalın xeyirlərindən biri də budur ki, uzun müddət saqqallarını qırxmayan şəxslərin dəriləri daha sağlam və təravətli qalır. Çünki hazırda isbat edilmişdir ki, tüklər havanın ötürülməsi üçün çox xırda dəliyə, nəfəsliyə malikdir. Bu nəfəslik vasitəsilə oksigeni dərinin altına ötürürlər. Məhz bu cəhətdən üzündə tük olan şəxslərin dəriləri daha təravətli qalaraq, asanlıqla qırışmır.


Saqqalın faydalarına dair yığıncaqların təşkili və məqalələr


Saqqalın faydaları və üz qırxmağın zərərləri bir çox həkimlərə gizli deyil. Belə ki, hər il dünyanın müxtlif nöqtələrində bu məsələ ilə bağlı məqalələr nəşr edilir. O cümlədən, 1911-ci ildə xarici ölkələrdə üz qırxmağın yayılması və bu işin zərərli olması səbəbindən, bir sıra avropa alim və həkimləri İngiltərədə saqqalın qırxılması ilə mübarizə cəmiyyəti yaradıldı və ümumi gigiyenanın qorunması və bu işin qarşısını almaq məqsədilə əsərlər nəşr edildi.2

ZİNA


Xeyli sayda zərərlərə malik olan böyük günahlardan biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir hissəsinə toxunmaqla kifayətlənəcəyik.

Zinanın cismi zərərləri


Zinanın acı nəticələrindən biri də, cinsi əlaqə yolu ilə yaranan zöhrəvi xəstəliklərin yayılması və ya insan ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı çətinliklərdir. Hətta bir qrup insanlar, bu xəstəliklərdən qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər.1

Qeyri-qanuni cinsi əlaqənin (zinanın) törətdiyi yoluxucu xəstəliklərdən bir sirası aşağıdakılardan ibarətdir:

1 – Sifilis

2 – Süzənək

3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik)

4 – QİÇS (SPİD, AİDS).



Zinanın gigiyenik cəhətdən evlənmə ilə hansi fərqi vardır?

Bir sıra şəxslər belə söyləyirlər ki, zinada olan xəstəliklər evlənməkdə də ola bilər, demək bu ikisi bir-biri ilə fərqlənmirlər.



Cavab:

Əvvəla: Zinayla məşğul olanlar, istər qız, istərsə də oğlan, adətən bir nəfərlə kifayətlənməyib, müxtəlif adamlarla cinsi əlaqə yaradırlar. Bu insanlardan heç olmasa biri infeksion xəstəliyə malikdir və ya bu əməlin təsiri altında tədricən infeksion xəstəliyə yoluxurlar. Bu da, xəstəliyin həmin şəxslə əlaqə yaradan insanlara ötürülməsinə səbəb olur. Eləcə də intim əlaqədə olan bu şəxslər kiçik mikroba malik ola bilərlər və bu mikroblar, xəstəliklər bir-biri ilə qovuşduğu surətdə qarşısıalınmaz bir xəstəliyə çevrilə bilər.

İkincisi: "Üzünömürlülüyün sirri" kitabında bu sualın cavabına dair yazılır: "Subaylıq dövründə (xüsusilə əməlin tam sərbəstlik və laqeydliyilə), cinsi münasibətlərdə ifratçılığın mümkünlüyü, özü bir çox cismi-ruhi xəstəliyin yaranmasının amilidir. Belə ki, evlənmə əlaqəsində ərlə arvad arasında ruhi ünsiyyət, ülfət və davamlı təmasda olmaq, cinsi meyldə bir növ müvazinət yaranmışdır. Evliliyin ilkin mərhələsində müəyyən ifratçılıqların yaranması mümkündür, sonrakı dövrlərdə isə cinsi meylin təbii ehtiyacından başqa cinsi ehtiras yaratmaq üçün (qeyri-qanuni münasibətlərdə olduğu kimi) maraq olmayacaqdır və nəticədə bu münasibətlərdə mötədilliyi qorumaq şansı, qeyri-qanuni əlaqələrdən daha çoxdur.

Bu baxımdandır ki, qərb ölkələrində cinsi psixoloji xəstəliklərin növləri həddən artıq və şərq ölkələri ilə, xüsusilə İslam ölkələri ilə (dini məhdudiyyətlər və qanuni həyat yoldaşına bağlı olmaq səbəbindən, qeyri-təbii və xəstəlik yaradıcı cinsi qıcıqlanmalara yer qalmır) müqayisədə günbəgün artmaqda olan böyük statistikaya malikdir. Uyğun cismi xəstəliklərin statistikasının artması da eyni səbəbdəndir. Çünki qərbdə növbənöv münasibətlərdən doğan ruhi qıcıqlanmalar və qeyri-qanuni əlaqələrin mümkünlüyündən qaynaqlanan ifratçılıq, cavanlar arasında yorğunluq və təhlükəli cismi və ruhi zəifliyə bais olur. Halbuki, yalnız həyat yoldaşına bağlı olduğu və münasibətlərin yeknəsəq olduğu şəkildə, bu tip ruhi təhriklər və çeşidliliyindən doğan cinsi həyəcanların faizi ( həssas olduğu üçün kişi üçün daha zərərli olan) sıfra enəcəkdir".1

Üçüncüsü: Adətən zina ilə məşğul olan şəxslər, cinsi əlaqəylə ilgili gigiyenik məlumata kifayət qədər malik deyillər. Bir tərəfdən də yalnız son dərəcə ləzzətin və şəhvətpərəstliyin fikrində olduqlarından, cinsi əlaqə gigiyenasını öyrənməyi ya bacarmır və ya istəmirlər. Bu şəxslər əsasən hansı yolla olursa-olsun ləzzət almaq istəyirlər. Bunlar İslamın qəbul etdiyi cinsi bir əlaqədə (evlənmədə) mövcud deyildir. Çünki ər-arvad arasındakı sevgi-məhəbbət onları təkcə şəhvətpərəstlik haqqında yox, bir-birinin sağlamlıqları haqqında da düşünməyə vadar edir. Bundan əlavə, ərlə arvad evlənməzdən öncə adətən uyğun kitablar və gigiyena mərkəzlərinin informasiyası vasitələrilə, lazımi cinsi biliklərə yiyələnirlər, halbuki adətən bu məlumatlar zinada yoxdur.

Dördüncüsü: Zinanın zərərləri yalnız onun cismi ziyanlarında təxsislənməyib, çox sayda ruhi, mənəvi, ictimai və s. ziyanları da vardır.

İmam Rza (ə) buyurub: "Zina, əhatə etdiyi fəsadlardan dolayı, o cümlədən: adam öldürmək, soy kökünün itməsi və ləkələnməsi, uşaq tərbiyəsinin tərk edilməsi, irs məsələsinin korlanması və bu kimi fəsadlar ucbatından haram edilmişdir".1




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə