İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə6/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   34

İTLƏ OYNAMAQ


İslamda it nəcis sayılmış və zəruri hallardan başqa onu saxlamaq yasaq edilmişdir (Qeyd edək ki, İslamda itin dəyəri gözardına vurulmamışdır). Bu tip itlə oynamaq, fəqihlər tərəfindən də caiz hesab edilmir.

Hər hansı bir şəxs zəruri halda evdə it saxlamaq istəyərsə, itləri ilə yatan, onu öpən, bəzən bir insandan daha artıq ona dəyər verib ailə üzvlərindən hesab edən və onunla dərdlərini bölüşən bir sıra qərblilərin əksinə olaraq İslamın müvafiq göstərişlərinə uyğun olaraq, itin yaşayışının ev əhlindən uzaq olması üçün mənzilin bir tərəfində onun üçün ayrıca bir daxma hazırlamalıdır. İmam Sadiq (ə) buyurur: "Ov itini, səninlə onun arasında ayrıca bir qapı olmadığı surətdə evində saxlama"1 (yəni öz yaşayışını itin yaşayışı ilə qarışdırmamaq üçün ona ayrca bir koma düzəlt).

Bəzi qərb ailələrində it, ailə üzvlərindən biri sayılır. Onunla yaşayır, hətta onunla xörək yeyir, bir-biri ilə bir yorğanın altında yatır və hətta bir-birləri ilə iyrənc cinsi əlaqədə də olurlar. Son zamanlar bəzi şərq qərbpərəstləri itlə oynamağı və onu evdə saxlamağı sivilizasiya hesab edir və bəzən bu işi gördüklərinə görə fəxr də edirlər. Bu insanlar bir şeydən xəbərsizdirlər ki, bu iş eynilə nadanlıq, sivilizasiyasızlıq və mədəniyyətsizlikdir. Bəzi qərblilərin və qərbpərəstlərin nadanlığına varmaq üçün, itlə oynamaq və onunla oturub-durmaq vasitəsilə keçən xəstəliklərin kiçik bir hissəsinə işarə edirik.

İt xəstəlikləri


1. Dəri xəstəlikləri

"Qoturluq",2 "keçəllik" və digər dəri xəstəlikləri, eləcə də, müxtəlif növ bit, ağcaqanaq itdə çoxdur. İt, mikrobla dolu bədənini agzı ilə yalayır və müxtəlif mikroblar dilinə yığışır, daha sonra dilini kasaya, kuzəyə, pərdəyə və xalçaya və ya öz sahibinin bədəninə, əlinə sürtür və bu vasitəylə mikrobları ötürür. 3



2. Quduzluq

İtdə quduzluq xəstəliyi ilk günlərdə çox gizlidir, lakin az-az üzə çıxmağa başlayır. Mikrobun qarşısı alınmazsa, it ya pişik vasitəsiylə insan bədəninə daxil olub təqribən 40 gündən sonra insanı faciəli şəkildə öldürür.1


İt xəstə olduqda bilinir


İt, pişik kimi heyvanları evdə saxlayan şəxslər, bu heyvanlara son dərəcədə bağlılıqlarından dolayı, bu heyvanların onları xəstəliyə yoluxdurmasına əsla diqqət etmirlər. Bu məsələ səbəb olur ki, heyvanlar vasitəsilə yoluxaraq xəstəxanaya yollanmış infeksion xəstəliklərin daşıyıcılarının sayı artsın.

Demək olar ki, hamımızın tanıdığı yayılmış xəstəliklərdən biri də, quduzluqdur. Bu xəstəlik əksəriyyətin itin dişləməsi vasitəsilə keçiciliyi təsəvvürünün əleyhinə olaraq, bədənin təması vasitəsilə (ağız suyunun yara və ya şəxsin bədəninin selikli qişası ilə təması yolu ilə) ötürülür. Hətta bədənində yara olan şəxsin dərisini yalamaq da, quduzluq xəstəliyinə mübtəla edə bilər. Bu xəstəlik üzə çıxdığı surətdə, 100% öldürücüdür, çünki xəstəliyin amili beyin çürüməsinə səbəb olaraq, xəstəni sürətlə məhv edir.

Bir çoxları belə düşünürlər ki, heyvan quduzluğa düçar olduğu surətdə, onu bilmək, müəyyənləşdirmək mümkündür, çünki heyvan son dərəcə vəhşiləşir. Lakin bir çox hallarda, heyvan, sahibini təəccübləndirəcək qədər başıaşağı və müti olur və bu heyvanlarda da quduzluğa yoluxmaq ehtimalı vardır.2

"İransəlamət" xəbər agentliyinin verdiyi məlumata görə, Kanadanın Guelv İntaryo baytarlıq universitetinin alimlərinin araşdırmalarının nəticələrinə görə, xəstələrin halının yaxşılaşması məqsədilə itləri xəstəxanalara gətirmək, xəstəliyin yayılmasına səbəb olur.

Fransa xəbər agentliyinin yaydığı məlumatda isə deyilir ki, bu alimlərin, 18 növ xəstəliyi araşdırmaq üçün 102 it üzərində aparılmış təcrübələri isbatlamışdır ki, zahirən sağlam nəzərəçarpan itlərin 58% "Klosterdyum Difisil" bakteriyasını özündə daşıya bilər, digər hissəsi isə, başqa mikrobları o cümlədən, "Salmona", dərmanaqarşı "İkolay", "Pastorlaas" pipinin daşıyıcısıdırlar. Xəstəxana mikrobları jurnalında bu alimlərin tədqiqatlarının nəticələri göstərdi ki, itlər, xəstəxanalardan qaynaqlanmış müxtəlif çeşidli bakteriyaları xəstələrə ötürə bilirlər.1

3. İt solityoru


Kist Hidatik2 bir növ solityordan əmələ gəlir. Bu yastı qurddan törənən xəstəlik, "ekinokok" adlanır. İtdə bu xəstəliyin əlaməti başgicəllənməsidir.

İt gənəsi çobanlara, evlərində it saxlayan və itlə ünsiyyətdə olanlara hücum edir.

Bu qurd öncə bağırsağa daxil olur, sonradan qaraciyərə, ağciyərə, dəriyə, böyrəyə və s. daxil olması da mümkündür. Bu xəstəlik kəskin ağrılara səbəb olur, əgər cərrahlıq vasitəsilə sadalanan üzvlərdən onun kökü kəsilməzsə, ölümlə nəticələnir.3

4 - Vərəmin (tuperkulyozun) ötürülməsi


Fransanın görkəmli alimlərindən sayılan "Nokard" sübut etmişdir ki, tuperkulyoz xəstəliyi insandan itə və itdən insana çox keçir. O eləcə də isbatlamışdır ki, cavan şəhər itləri daha artıq vərəmə düçar olur və hava yolları və həzm borusu vasitəsilə mikrob bədənə daxil olur. Çünki it "daxma basilləri"ni yəni, zibillikdə olan vərəm mikrobunu yalayır. Əgər bir şəxsin evində it vərəmli olarsa, o məntəqə, hətta o şəhər üçün təhlükəlidir.1

ELMİ TƏDQİQ


İtin yaladığı və ya maye içdiyi qab, öncə təmiz torpaqla sürtülməli, daha sonra bir dəfə kürr ya axar suda və yaxud iki dəfə qəlil suda yuyulmaldır.

İtin yaradanı, mikrobu dəf etməyə göstəriş verərək buyurur: İtin mikrobunu yalnız, təmiz torpaq aradan apara bilər.

Bu xüsusda görkəmli alimlərdən birinin kəşfi oxunaqlıdır. Bu kəşf heç də səs-küysüz başa gəlmədi.

Bu kəşfin izahı, Fransanın Sentatin şəhərində çap edilən "Luşasor Fransa" adlı jurnalında dərc edlimişdir.

Kəşf bundan ibarət idi ki, itin qabı dili ilə yalayaraq mikroba bulaşdırdığı surətdə, bu mikrobun məhv edilməsinin yeganə yolu, qabı torpaqla sürtməkdir.2

QIZIL VƏ GÜMÜŞ


A) Qızıl və gümüş qablar:

Müctəhidlərin haramlığına dair fətva verdikləri əməllərdən biri də, qızıl və gümüş qablardan istifadə etməkdir.

Qızıl və gümüş qabların zərərləri haqda, aidiyyatı kitablarda1 söz açılmışdır. Biz isə, ruhi-psixoloji zərərlər arasından, yalnız cismi zərərlərə toxunacağıq.

Bu qabların başlıca zərəri, yeməklə qarışmasıdır. Misal olaraq, gümüş qaşığı yumurtanın sarısında yerləşdirsək, sürətlə oksidləşərək rəngi dəyişməyə başlayır; yəni yumurtanın sarısı gümüşlə reaksiyaya girir.2

Qızıl və gümüş qabların zərərlərinə misal olaraq göstərmək olar ki, gün ərzində C vitamininin bədənə çatması gərəkdir, qızıl və gümüş kimi ağır metallarda isə, istər xörək çiy şəklində olsun, istərsə də bişmiş, C vitamini məhv olur.3

B) Kişilərin qızıldan istifadə etməsi:

Qızıl üzük, boyunbağıdan istəfadə etmək kişilər üçün haram, qadınlar üçün isə caiz edilmişdir. Hazırda tibb elmi, qızıldan istifadənin kişilər üçün zərəli, qadınlar üçün isə faydalı olduğunu sübuta yetirmişdir.4

Bəlkə də bunun səbəbini belə izah etmək olar ki, qızıl bədəndə qan hazırlanmasına yardım edir və bildiyiniz kimi hər ay qadınların bədənindən bir miqdar qan xaric olur və bu qan hazırlanması isə, itirilmiş qanın əvəzləyicisidir. Halbuki kişidə belə deyildir,5 əslində kişi üçün qızılın istifadəsi ümumiyyətlə əlacsız xəstəliklərlə tamamlanır! Bu barədə ətraflı məlumat üçün oxucular, Harisonun yazdığı "Hemotoloji xəstəliklər" kitabına müraciət edə bilərlər.6





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə