İslamda qadin hüquq sistemi Kİtab haqqinda


Sәbәb vә amillәrin araşdırılması



Yüklə 0,71 Mb.
səhifə26/34
tarix12.10.2018
ölçüsü0,71 Mb.
#73443
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

Sәbәb vә amillәrin araşdırılması


Əvvəldə deyilmiş olan səbəbləri tarixi cəhətdən çoxlu sayda zövcələrin yaranması mənşə və mənbəyi hesab etmək mümkündür. Amma məlum olduğu kimi, həmin səbəblərdən bəziləri, həqiqətdə, səbəb hesab edilmir və əbəs yerə çoxarvadlılıq məsələsinin yaranması ilə bağlı göstərilən səbəblər sırasında qeyd olunmuşdur. Misal üçün, ab-hava və təbii mühiti göstərə bilərik.

Bu məsələləri geridə qoyduğumuz zaman, üç növ səbəblə üzləşirik:

Birinci növ: Kişilərin digər qadınlara üz gətirməsində təsirli olmayan və kişiyə bu məsələdə icazə verilməyən və təkcə qüdrət, zülm və sitəm yönlərinə malik səbəblər. Öncəki bəhslərdə diqqətinizə çatdırdığımız iqtisadi səbəblər bu qəbildən olan

səh:305


səbəblərdəndir. Aydın məsələdir ki, uşaqların satılması kimi mövzular bəşər vəhşiliyi və zülmünün bir nümunəsidir və bu məqsədlə zövcələrin sayının artırılması həmin işin özü kimi, qeyri-qanuni və şəri olmayan bir işdir.

İkinci növ: Bu növdən olan səbəblərdə qanuni və hüquqi cəhətləri müşahidə etmək və kişi və ya cəmiyyətə bu baxımdan icazə verildiyini söyləmək olar. Əgər qadın cinsi qabiliyyətə malik olmayan və yaisədirsə, yaxud kişi övlada ehtiyac duyur və hansısa bir qəbilə və ya tayfa da əhali sayını artırmaq istəyirsə, onda, çoxarvadlılığa icazə verilir. Ümumi halda, kişi və qadını cinsi məsələlər və ya övlad dünyaya gətirməklə bağlı fərqli mövqelərdə olmasına şərait yaradan təbii səbəblərin qanuni şəkildə zövcələrin sayını artırmaq üçün icazə funksiyasını daşıdığını deyə bilərik.

Amma əvvəlki səbəblərin arasında qədim və indiki zamanda olmasını fərz edə biləcəyimiz üçüncü növdən olan səbəblər də vardır. Həmin səbəblərin zövcələrin sayının artırılması ilə əlaqədar kişi və ya cəmiyyət üçün bir icazə və ya qadın üçün bir haqq və kişi, yaxud da cəmiyyətin öhdəsi və üzərinə düşə bilən bir təklif və məsuliyyət olduğunu təsəvvür edin. Bu səbəb qadınların kişilərdən sayca çoxluq təşkil etməsidir.

Siz evliliyə hazır olan qadınların sayca evlənmək qabiliyyətinə malik olan kişilərdən çox olmasını və yalnız qanuni və rəsmi formada bir qadına sahib olmanın mümkünlüyünü düşünsəniz, görəcəksiniz ki, belə olan təqdirdə, bir dəstə qadın evlənmək və ailəyə sahib olmaq imtiyazlarından məhrum olacaq. Bu zaman bir neçə zövcəyə malik olmaq məhrum qadınların “haqqı” və onlarla evlənmək isə kişilər üzərində “vəzifə” və “məsuliyyət”ə çevriləcək.

Evlənmək hüququ bəşərin ən təbii olan hüquqlardandır. İnsanlardan heç birini bu haqdan hansısa bir adla məhrum etmək olmaz. Evlənmək və izdivac haqqı hər bir fərd üçün cəmiyyətdə meydana gələrək yaranır. Cəmiyyət müəyyən bir dəstənin evlilikdən məhrum olması ilə nəticələnən bir işi həyata keçirə bilməz. İnsanların cəmiyyətdə yemək, məskən, təlim və tərbiyə

səh:306


və azadlıq adlı haqları onların əsas və ilkin hüquqlarından hesab edildiyi və heç bir halda onların əllərindən alına bilmədiyi kimi, evlilik haqqı da təbii haqlardan sayılır və evlənmə qabiliyyətli qadınların sayca evlənmək istəyən kişilərdən çox olması məsələsi evliliyi bir zövcə ilə məhdudlaşdıran qanunlarla ziddiyyət təşkil edir və bəşərin təbii hüquqları ilə müxalifdir. Deməli, bu qanunlar bəşərin təbii haqqlarına ziddir. Bunlar keçmişlə əlaqədar olan məsələlərdəndir.

Hazırkı zamanla bağlı nə deyə bilərik? Bizim dövrümüzdə zövcələrin sayının çox olmasına icazə verən və onu qadının haqqı olaraq rəsmi şəkildə tanıyan səbəblər mövcudur, ya yox? Bu səbəblərin mövcud olduğunu fərz etdiyimiz zaman, əvvəlki (birinci) zövcənin haqqı barəsində nə deyə bilərik?


Çoxarvadlı olduqda әvvәlki (birinci) zövcәnin haqqı


Bir neçə ərə sahib olmağın müvəffəqiyyətsizliyə düçar olması və çoxarvadlılığıın nə üçün yaranması səbəbini nəzərinizə çatdırdıq. Belə məsələlərin meydana gəlməsində müxtəlif və cürbəcür səbəblərin təsirli olduğunu aydınlaşdırdıq. Həmin səbəblərdən bəzisi kişi cinsinin hökmranlıq etməsi və zülmündən qaynaqlanmış, bəzisi də kişi və qadın arasındakı nəsil artırılması, həmçinin, çoxlu sayda övlad dünyaya gətirməklə bağlı olan qabiliyyətlər və s. məsələlərin təbii xüsusiyətlərindəki fərqlərə əsaslanaraq kişi üçün çoxlu sayda zövcəyə sahib olmaq məsələsinə icazə verilməsi kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, işin içində həmişə tarix boyu xüsusi digər amillər də təsirli olaraq çoxarvadlılığı qadın üçün bir “haqq” və kişi üçün “vəzifə” və “məsuliyyət” olmasına gətirib çıxarmışdır. Həmin məsələyə evlilik qabiliyyəti olan qadınların evlənməyə hazır kişilərdən sayca nisbi çoxluğu bais olmuşdur.

Biz ixtisarı gözləmək məqsədi ilə kişilərin sayca çox zövcəyə sahib olmasında təsirli ola və onlara haqq verə biləcək digər səbəblər barədə bəhs etməkdən daşınırıq. Çoxarvadlılığın təbəqələr arasında bərabər şəkildə nəzərdə tutulan bir haqq kimi yaranıb-yarana bilməməsi barədə söhbət açmaq istəyirik. İddiamızı sübuta

səh:307


yetirmək üçün iki müqəddimənin aydın olması zəruridir: Birincisi, dəqiq statistik məlumat və rəqəmlərə əsaslanaraq evlənməyə hazır olan qadınların evlənmək istəyən kişilərdən sayca çoxluq təşkil etməsi məsələsi ilə bağlı olan müqəddimə.

İkincisi, belə bir məsələ qarşıya çıxarsa, onun məhrum (ərə malik olmayan) qadınlar üçün bir “haqq” və evli kişi və qadınlar üzərində bir “vəzifə” olması ilə əlaqədar olan müqəddimə.

Birinci baxımdan, xoşbəxtlikdən dünya ölkələrində bir neçə ildən bir əhalinin siyahıya alınması həyata keçirilir deyə, həmin zəminədə bugünkü dünyada nisbətən düzgün və dəqiq statistik məlumat və rəqəmlər mövcuddur.

İnkişaf etmiş ölkələrdə dəqiq şəkildə həyata keçirilən əhalinin siyahıya alınması zamanı təkcə kişi və qadın cinsinin say nisbəti deyil, həmçinin, onların müxtəlif yaşlardakı sayı da əldə edilir. Məsələn, iyirmi yaşdan tutmuş, iyirmi dörd yaşa qədər oğlanlar və qızların nə qədər olduğu müəyyən edilə bilir. Eyni zamanda, digər yaşlarda olanların da statistik məlumatları öyrənilir. Birləşmiş Millətlər Təşkilatı nəzərdə tutduğu cəmiyyətin siyahıya alınması ilə bağlı proqram əsasında bu statistik məlumatları nəşr edir və indiyə qədər haradasa, on altı dəfə həmin statistik məlumatlar nəşr edilmişdir. Sonuncu dəfə Birləşmiş Millətlər Təşkilatının nəşr etdirdiyi məlumatlar 1964-cü illərin məlumatıdır və 1965-ci ildə nəşr edilmişdir.

Əlbəttə, əvvəlcədən qeyd etmək lazımdır ki, təkcə bir ölkədəki kişi və qadın cinsi barədə əldə edilən statistik məlumatlar bizim iddiamızı sübuta yetirməyə kifayət etməz. Bu sahədə faydalı və bilinməsi lazım olan məsələ evlənməyə hazır olan kişi və qadınların bir-birinə nisbətdəki say fərqidir. Bir qayda olaraq, evlənməyə hazır və yetişkin olan kişi və qadın cinsinin ölkədəki qadın və kişi cinsinin ümumi sayına olan nisbəti arasında müəyyən fərqlər mövcuddur. Bunun iki səbəbi var:

Birincisi, qızların həddi-büluğ və yetkinlik yaşına çatması dövrü kişilərin yetkinliyə çatma dövründən tez baş verir. Həmin səbəbdən, dünyadakı hüquq sistemində qadınların qanuni evlilik yaşı kişilərin qanuni evlilik yaşından aşağıdır və adətən,

səh:308

dünyanın hər bir yerində kişi və qadın arasında həyata keçirilən evliliklərin əksəriyyətində kişilər qadınlardan orta həddə beş yaş böyük olurlar.



İkinci səbəb əsas və mühüm olan səbəblərdəndir. Dünyanın əksər ölkələrində qız uşaqları oğlan uşaqlarından az doğulur və bəzən də oğlan uşaqlarının qız uşaqlarından çox dünyaya gəlməsi müşahidə edilməsinə baxmayaraq, kişi cinsinin qadınlardan daha çox tələf olaraq aradan getməsi nəticəsində baş verən evliliklər zamanı kişi və qadın arasındakı say mizanı pozulur.

Bəzi vaxtlarda bu, özünü açıq-aşkar şəkildə göstərir və evliliyə hazır və yetkin olan qadınların sayı böyük miqyasda evliliyə hazır olan kişilərin sayından artıqlıq təşkil edir. Bəzən də, hansısa bir ölkədəki kişilərin sayının qadınların sayı ilə bərabər və yaxud da onlardan çox olması mümkün olan məsələdir. Amma əksər hallarda evliliyə hazır olan təbəqələr - yəni qanuni evlilik yaşına çatmış qadın cinsi ilə kişi cinsi - arasında say baxımından bunun fərq təşkil etdiyi müşahidə olunmuşdur. Bu mətləb Birləşmiş Millətlər Təşkilatının 1964-cü ilə aid siyahıya alma ilə bağlı nəşr etdirdiyi statistik məlumatlarda tamamilə aydın və aşkar şəkildə görülməkdədir.

Məsələn, bu statistik məlumatlara əsasən, Koreya Respublikasındakı ümumi əhalinin sayı iyirmi altı milyon iki yüz yetmiş yeddi min altı yüz otuz beş nəfərdən ibarətdir. Həmin əhalidən on üç milyon yüz qırx beş min iki yüz səksən doqquzu kişi və on üç milyon yüz otuz iki min üç yüz qırx altısı isə qadındır. Kişilər on iki min doqquz yüz qırx üç nəfər olmaqla qadınlardan çoxdurlar. Bu fərqlilik bir yaşından az və bir yaşdan dörd yaş, beş yaşdan doqquz yaş, on iki yaşdan on dörd yaş və on beş yaşdan on doqquz yaşa qədər olan uşaqlar arasında özünü büruzə verməkdədir.

Statistik rəqəm və göstəricilər bütün bu yaşlardakı kişi cinsinin qadın cinsindən çox olmasını nişan verir. Amma iyirmi yaşdan iyirmi dörd yaşa qədər bu göstəricilər dəyişməyə başlayır. Bu yaşdakı bütün kişilərin sayı bir milyon səksən üç min üç yüz altmış dörd nəfər və qadınların sayı bir milyon yüz

səh:309

on min əlli bir nəfərdir. Bu yaşdan yuxarı olan və kişi ilə qadın üçün qanuni evlilik yaşı sayılan həddə qadınların say nisbəti dəyişərək kişilərdən üstünlük təşkil edir.



Bununla belə, Koreya Respublikasında ümumi əhali arasında istisna olan bir hal var və o, kişilərin sayının qadınlardan daha çox olmasıdır. Amma əksər ölkələrdə təkcə evlilik yaşına çatmış qadınların sayca kişilərdən çoxluq təşkil etməsi deyil, ümumi əhali arasında da qadınların kişilərdən çox olduğu nəzərə çarpır. Məsələn, keçmiş Sovet Sosialist Respublikalar İttifaqında (SSRİ) ümumi əhali sayı iki yüz on altı milyon yüz bir min idi və onun doxsan yeddi milyon səkkiz yüz qırx minini kişi və yüz on səkkiz milyon iki yüz altmış bir minini isə qadınlar təşkil edirdi. Eyni zamanda, bu fərqlilik özünü həm qanuni evlilik yaşlarında, həm də ondan qabaq, yəni iyirmi-iyirmi dörd, iyirmi beş-iyirmi doqquz, otuz-otuz dörd, səksən-səksən dörd yaşlarda göstərirdi.

Fransa, İngiltərə, Qərbi Almaniya, Şərqi Almaniya, Çexslovakiya, Ruminya, Macarıstan, Amerika, Yaponiya və s kimi ölkələrdə də əhali arasındakı fərqlər bu qaydadadır. Qərbi və Şərqi Berlin kimi bəzi məntəqələrdə kişi və qadın arasındakı say fərqi aşkarcasına bilinməkdədir. Hindistanda, hətta, qanuni evlilik yaşında belə, kişilərin sayı qadınlardan çoxluq təşkil edir və bu fərq sadəcə əlli və ondan yuxarı olan yaşda əksinə dəyişir. Bunun səbəbi Hindistanda mövcud olan qədim bir adətlə bağlıdır və onlar əri ölən qadını aradan aparırmışlar.

Əvvəlki illərdə İranda əhalinin siyahıya alınması ilə İranın istisnalıq təşkil edən ölkələr sırasına daxil olduğu və ümumi əhali arasında kişilərin sayının qadınların sayından çox olduğu təsbit edilmişdir. İrandakı əhalinin sayı həmin statistik məlumatlara əsasən, iyirmi beş milyon yeddi yüz səksən bir min doxsan nəfərdir və onun on üç milyon üç yüz otuz yeddi min üç yüz otuz dörd nəfərini kişilər və on iki milyon dörd yüz qırx üç min beş yüz yetmiş altı nəfərini isə qadınlar təşkil edir. Kişilər qadınlardan səkkiz yüz doxsan üç min beş yüz yetmiş səkkiz nəfər çoxdurlar.

Mən həmin vaxtlarda zövcələrin sayının çox olması barədə

səh:310

bəhs edən bəzi yazıçıların “çoxarvadlılığa tərəfdarlıq edən şəxslərin əksinə olaraq ölkəmizdə kişilərin sayı çoxdur, deməli, biz bu qanunu ləğv etməliyik” - deyə yazdıqlarının şahidiyəm və onların belə düşünməsindən çox təəccüb edirdim.



Birincisi, çoxarvadlılıq məsələsi təkcə İrana aid deyil, ikincisi, bu məsələdə bizim üçün faydalı olan bəhs evlilik yaşına çatmış kişilərin sayca izdivac yaşına çatmış və yetkin qadınlarla bərabər, yoxsa, onlardan çox olması ilə bağlı statistik məlumatların ələ gətirilməsidir. Əhalinin say məsələsində kişi cinsinin qadınların sayından çox olması bizim nəzərdə tutulan mövzu üçün kifayət etmir. Çünki Koreya Respublikası və digər ölkələrdəki əhali arasında kişi cinsinin qadın cinsindən çox olmasını bildirmişdik, amma məsələ burasındadır ki, evliliyə hazır və yetkin olan fərdlər arasında qadınlar çoxluq təşkil edir. İran və başqa ölkələrdəki bu statistik göstəricilərə etimad edilməsi məsələsini bir kənara qoyaq. Məsələn, İrandakı qadınların oğlan uşağı dünyaya gətirməsi ilə bağlı göstərdikləri jesti nəzərə alaq. Onlar əhalini siyahıya alan məmurlara yalandan qız uşaqlarını dünyaya gətirmədiklərini deməyə hazır olmasalar və əksinə, oğlan yerinə qız doğulduğunu desələr, bu, bizim həmin göstəricilər olan etimadımızı aradan qaldırmağa kifayət edər. Ölkədəki bəzi məsələrdən İrandakı evlilik yaşına çatmış qadın cinsinin kişilərdən çox olmasını qətiyyətlə deməyə əsas verir və şəhər, kənd və əyalətlərdə sayca zövcələrin çoxluq təşkil etməsi səbəbi ilə heç kim bu ölkədə qadın çatışmamazlığını hiss etməmiş və qadın qara bazara çıxmamışdır (məcazi mənada). Əksinə, həmişə bu sahədə tələbat və ehtiyaclar ödənilmişdir. Qızlar, dul qadın və ya ərindən ayrılmağa məcbur olanlar həmişə subay kişilərdən sayca kifayət qədər artıq olmuşlar. Evlənmək istəyən hər hansı bir kişi, hətta, görkəm baxımından eybəcər və fəqir olsalar da belə, zövcəsiz qalmamışdır. Amma ərlərini itirmək məcburiyyətində qalan qadınlar sayca çoxluq təşkil etmişdir. Bu hadisə və cərəyanlar statistik göstəricilərdən də tutarlı və qəti olan sübutlardır.

Eşli Montaqo “Qadın - ən üstün cins (varlıq)” adlı kitabında

səh:311

qadının gözəllik və özünə diqqət etməyə olan meylinin ictimai amillərdən qaynaqlandığını demək üçün boş və əbəs yerə təlaş etdikdən sonra, bu həqiqətə etiraf edir və deyir: “Dünyanın bütün yerində evlənməyə hazır və yetkin olan qadınlar kişilərdən sayca üstünlük təşkil edirlər.”



1950-ci illərə aid statistik göstəricilər Amerikadakı evliliyə hazır olan qadınların bir milyon yüz otuz min nəfər olmaqla kişilərdən çoxluq təşkil etdiyini nişan vermişdir (“Günün qadını” jurnalının altmış doqquzuncu sayı, səhifə yetmiş bir).

Bertrand Rassel “Evlilik və əxlaq” adlı kitabının yetmiş beşinci səhifəsində əhalinin sayı ilə bağlı olan fəsildə belə yazır: “İndiki İngiltərədə iki milyondan artıq qadın kişilərdən sayca üstünlük təşkil edir və onlar ürfi adət və ənənələrə əsasən gərək subay qalsınlar. Bu, onlar üçün böyük məhrumiyyətdir.”

Bir neçə il bundan öncə, İrandakı qəzetlərin birində Almaniyadak subay qadınların ikinci dünya müharibəsindəki kişilərin tələfat və itkisi səbəbi ilə ailə həyatı qurmadıqları və ev-eşik sahibi olmadıqlarından, Alman hökumətinə müraciət edərək bir zövcəyə sahib olmaqla bağlı qanunun ləğv edilməsini və çoxlu sayda zövcəyə sahib olmağa icazə verilməsini rəsmi şəkildə tələb etdiklərini oxumuşduq. Almaniya hökuməti Əl-Əhzər islami universitetə müraciət edərək bu məsələnin formul və qaydasını onlardan öyrənmək istəmişdi. Əlbəttə, sonradan kilsənin bu məsələyə qarşı ciddi müxalifət göstərdiyi də məlum oldu. Çoxarvadlılıq məsələsinin Şərq və İslama aid bir xüsusiyyət olduğu üçün, kilsələr açıq-aşkar şəkildə fahişəliyin yayılması və qadınların qanuni surətdə ailə sahibi olmaqdan məhrum qalmasına üstünlük verirdi.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə