İslamda Uşaq Tərbiyəsinin Əsasları


xud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə15/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   11   12   13   14   15   16   17   18   ...   119
islamda ushaq terbiyesinin esaslari

xud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də 
sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir. 
(Şura 49-50)  
Allah 

  ərlə  arvadın  halını  dörd  yerə  bölür  ki,  bu  da  yu-
xarıda qeyd olunmuşdur.
31
 Daha sonra isə onlara təqdir etdiyi 
övladın  Allah 

  tərəfindən  göndərilən  bir  hədiyyə  olduğunu 
bildirir. Allah`ın 

 ona bəxş etdiyi hədiyyədən razı qalmayaraq 
ondan  üz  çevirmək,  Onun  qəzəbinə  səbəb  olmaq  üçün      ye-
tərlidir.  Allah 

 ayədə ilk olaraq qız uşaqlarını qeyd etmişdir. 
Bəzi  alimlər  bunun  səbəbini  açıqlayarkən  deyirlər  ki,  bu,  qız 
uşaqlarına dəstək üçündür, çünki bəzi valideynlərə qız uşağını 
qəbul etmək ağır gəlir. Başqa bir qrup alimlər isə bunu “Allah 

  onları  öncə  zikr  etməklə  onu  bildirir  ki,  qız  uşağı  övlad 
payının  ən  gözəlidir”  kimi  izah  etmişlər.  Ayənin  ümumi 
mənasında  isə Allah 

 valideynlərin  istədiyini deyil məhz Öz 
istədiyini  etdiyini  bizlərə  çatdırır.  Çünki,  valideynlər  əksər 
hallarda  oğlan  uşağının  doğulmasını  istəyirlər.  Həmçinin 
Allah 

  ayədə  bizə  xəbər  verir  ki,  O,  istədiyini  yaradandır  və 
Öz “istəyini” də ilkin olaraq zikr etmişdir. 
Mənim  görüşümə  görə  isə,  burada  başqa  incə  detallar  da 
vardır.  Allah 

  cahiliyyə  dövrünün  ərəbləri  tərəfindən  önəm-
sənməyən, hətta diri-diri basdırılan qız uşaqlarını üstün olaraq 
burada birinci zikr etmişdir. Yəni insanlara görə önəmli olma-
yan  bir  şey  Allah 

  qatında  daha  vacibdir.  Digər  tərəfdən, 
Allah 

  “qızlar”  ismini  qeyri  müəyyənlik  halında,  “oğlanlar”ı 
                                                 
31
 Ayədə qeyd olunan dörd hala işarə olunur. Yəni Allah 

 onlara ya oğlan , 
ya qız, ya hər ikisindən verər, ya da ovlad verməz. 


29 
 
isə ismin müəyyənlik halında zikr etmişdir. Bununla da Allah 

  övladın  qız  olmasını  nöqsan  sayanlar  üçün  onu  ayənin 
əvvəlinə  keçirtməklə  qız  uşaqlarına  dəstəyini  bildirmişdir. 
Oğlan uşaqlarının daha sonra qeyd olunmasını isə onları ismin 
müəyyənlik  halında  zikr  etməklə  aralarında  olan  bərabərliyi 
təmin  etmişdir.  Belə  ki,  ərəb  dilində  sözün  ismin  müəyyənlik 
halında  istifadə  olunması  həmin  məfhumun  şəninin 
yüksəldilməsini ifadə edir. Allah 

 sanki bununla hər iki payı 
– oğlan və qızı – istədiyinə  istədiyi şəkildə bəxş edər deyə bu-
yurur. Allah 

 hər ikisini bir yerdə qeyd etdiyi zaman isə oğlan 
uşaqlarını əvvələ keçirmişdir. Bu isə öz növbəsində hər birinin 
haqqını  özünə  vermək  üçündür.  Həqiqətən  də  buradakı 
hikməti ən doğru bilən Allah`dır 


Burada əsas məqsəd qız uşaqlarının dünyaya gəlməsinə qə-
zəblənməyi  Allah`ın 

  tənqid  etdiyini  və  bunun  cahiliyyə 
dövrünün ərəblərinə aid olan bir xüsusiyyət olduğunu göstər-
məkdən ibarətdir. Allah 

 buyurur: 
  دَوۡسُم ۥُهُهۡجَو هلَظ َٰىَثنُأۡلٱِب مُهُدَحَأ َرَشُب اَذِإَو
ٗ
ٗ
ميِظَك َوُهَو ا
ٗ
ٗ
 
٥٨
 
ُس نِم ِمۡوَقۡلٱ َنِم َٰىَرََٰوَتَي
 ۡمَأ ٍنوُه َٰىَلَع ۥُهُكِسۡمُيَأ ِۚٓۦِهِب َرَشُب اَم ِءٓو
 َنوُمُكۡحَي اَم َءٓاَس َلََأ ِِۗباَرُّتلٱ يِف ۥُهُّسُدَي
٥٩
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə