İslamda Uşaq Tərbiyəsinin Əsasları


Onlardan  birinə  qızı  olması  ilə  müjdə  verildikdə  hikkə-



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə16/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   12   13   14   15   16   17   18   19   ...   119
islamda ushaq terbiyesinin esaslari

Onlardan  birinə  qızı  olması  ilə  müjdə  verildikdə  hikkə-
sindən  üzü  qapqara  qaralır.  Verilən  bəd  xəbər  ucbatından 
camaatdan  gizlənir.  (Bilmir  nə  etsin,)  körpəni  rüsvayçılıq 
içində  saxlasınmı,  yoxsa  onu  torpağa  gömsünmü?  Onların 
verdikləri qərar necə də pisdir! 
(Nəhl 58, 59)  
Başqa bir ayədə isə Allah 

 buyrur: 


30 
 
ََٰمۡحهرلِل  َبَرَض  اَمِب  مُهُدَحَأ  َرَشُب  اَذِإَو
ِن
 
 َثَم
لٗ
ٗ
هلَظ  ا
 
 ۥُهُهۡجَو
  دَوۡسُم
ٗ
ٗ
 ٌميِظَك َوُهَو ا
١٧
 
Onlardan  birinə,  Mərhəmətli  (Allah`a)  aid  etdikləri  (qız 
uşağı)  ilə  müjdə  verilsə,  qəzəbindən  üzü  qapqara  qaralar.  
(Zuxruf 17) 
Həmin  dövrdə  bəzi  rəyçilər  bir  kişinin  halını  bu  cür  yoz-
muşlar:  “O  deyir:  “Üzüm  sanki  qapqaradır”.  Biri  ondan  so-
ruşur: “Sənin yoldaşın  hamilədirmi?” O da “bəli” deyə cavab 
verir. Soruşan adam deyir: “Sənin qızın olacaq”. 
Müslim  “Səhih”  əsərində  Ənəs  ibn  Malikdən 

  Peyğəm-
bərin 

 belə buyurduğunu rəvayət etmişdir: “Kim iki qız uşa-
ğını həddi-büluğa çatana kimi böyüdüb boya-başa çatdırsa, qi-
yamət  günü  mən  və  o  belə  olarıq”.  Bunu  deyərkən  o  iki 
barmağını qoşalaşdırdı.
32
 
Aişə 
g
 anamızın belə dediyi rəvayət olunur: “Bir qadın iki 
qızı ilə birlikdə yanıma gəldi və məndən yeməyə bir şey istədi. 
Bu zaman isə məndə yalnız bir xurma var idi və mən xurmanı 
ona verdim. O da xurmanı alıb qızları arasında böldü. Özü isə 
ondan yemədi. Bundan sonra o, qızları ilə birlikdə çıxıb getdi. 
Az  bir  müddət  sonra  Peyğəmbər 

  içəri  daxil  oldu.  Mən  o 
qadının əhvalatını ona danışdım. Peyğəmbər 

 buyurdu: “Hər 
kim  qız  uşaqları  səbəbilə  bir  sıxıntıya  düşər  və  belə  bir 
zamanda  da  onlara  yaxşı  baxarsa,  bu  uşaqlar  onu  Cəhənnəm 
                                                 
32
 Müslim: 2631, Tirmizi: 1917. 


31 
 
odundan  qoruyan  bir  qalxan  olar”.    Hədisi  Müslim  və  İmam 
Əhməd rəvayət etmişlər.
33
 
Həmçinin  Əbu  Səid  əl-Xudrinin 

  rəvayət  etdiyi  hədisdə 
Peyğəmbər 

 buyurmuşdur: “Kimin üç qızı və ya üç bacısı, ya 
da  iki  qızı  və  ya  iki  bacısı  olarsa  və  onlara  münasibətdə 
Allah`dan 

  qorxub,  onlara  yaxşılıq  edərsə,  o,  Cənnətə  daxil 
olar”.
34
 
əl-Humeydi başqa bir  yolla  Əbu Səiddən 

, o da Peyğəm-
bərdən 

 belə buyurduğunu rəvayət etmişdir: “Kimin üç qızı 
və ya üç bacısı, ya da iki qızı və ya iki bacısı olar, onlarla yaxşı 
davranar,  onlara  səbr  edər  və  onların  haqqında  Allah`dan 

 
qorxarsa, o, Cənnətə daxil olar”.
35
 
Əbu Hüreyrə 

 Peyğəmbərin 

 belə buyurduğunu rəvayət 
etmişlər:  “Kimin  üç  qızı  olar,  onları  himayə  edər  və  məşəq-
qətlərinə səbr edərsə o, Cənnətə daxil olar”.
36
 
Başqa bir rəvayətdə isə deyilir: “Bir nəfər dedi: “Ey Alla`hın 
Rəsulu, bəs iki qızı olsa necə?” Peyğəmbər 

 buyurdu: “İki qızı 
olsa  da”.  O  bir  də  soruşdu:  “Bəs  bir  qızı  olsa  necə?”. 
Peyğəmbər 

: “Bir qızı da olsa” deyərək cavab verdi”.
37
 
                                                 
33
 Buxari: 1418, Müslim: 2629, İmam Əhməd “əl-Musnəd” kitabı. 
34
 “əl-Musnəd”: 3/42. 
35
  Hümeydi:  738,  Əbu  Davud:  5148,  Tirmizi:  1913,  Buxari  “Ədəbu`l-Muf-
rad”: 79,  İbn Hibban: 2044. 
36
 İmam Əhməd “əl-Musnəd”: 2/29. Hədisin başqa şahidləri də var. 
37
  İmam  Əhməd  “əl-Musnəd”:  2/27.  Hədisin  sənədindəki  ən-Nəhhas  ibn 
Qahm zəif  ravi hesab olunur. 


32 
 
Beyhaqi  Avf  ibn  Malikə 

  gedib  çıxan  sənədlə  Peyğəmbə-
rin 

 belə buyurduğunu rəvayət etmişdir: “Kimin üç qızı olub 
evləndirənə və ya ölənə kimi onlara baxarsa, onlar həmin şəxs 
üçün Cəhənnəm atəşinə qarşı bir sipər olar”.
38
 
Avf  ibn  Malik  əl-Əşcai 

  Peyğəmbərin 

  belə  buyurdu-
ğunu  demişdir:  “Üç  qızı  olub  onları  evləndirənə  kimi  və  ya 
ölənə  kimi  baxan  elə  bir  bəndə  yoxdur  ki,  onlar  Cəhənnəm 
atəşinə qarşı o kəs üçün sipər olmasınlar”. Bu zaman bir qadın 
soruşdu:  “Ey  Allah`ın  Rəsulu,  bəs  iki  qız  necə?”  O  dedi:  “İki 
qızı da”.
39
 
Avf ibn Malik 

 Peyğəmbərin 

 belə buyurduğunu rəvayət 
etmişdir “Mən və yanaqları qızarıb qaralmış
40
 qadın Cənnətdə 
beləyik”. (başqa bir rəvayətdə “o orta və şəhadət barmaqlarını 
bir-birinə birləşdirdi” kimi nəql olunur ki, bu da yaxınlıq ifadə 
edir)”.
41
 
İbn  Abbas 

  Peyğəmbərin 

  belə  buyurduğunu  rəvayət 
etmişdir:  “İki  qızı  olub  onlara  yaxşılıq  edən  və  onlarla  gözəl 
yoldaşlıq edən elə bir müsəlman yoxdur ki,qızları onu Cənnə-
tə daxil etməsin”.
42
 
                                                 
38
 Hədisin sənədindəki ən-Nəhhas ibn Qahm zəif  ravi hesab olunur. 
39
 Hədisin sənədindəki ən-Nəhhas ibn Qahm zəif  ravi hesab olunur. 
40
 Yanağı qızarmış, yəni əri öldükdən sonra  yetim qalan uşaqlarına baxma-
sı və onlara qayğı göstərməsi səbəbi ilə özünə baxmağa vaxt tapmayan və 
buna  görə  də  dərisinin  rəngi  qaralan,  zəif  düşən  qadın  anlamındadır. 
(Lisənu`l-Arab lüğəti) 
41
 İmam Əhməd “əl-Musnəd”: 2/335, Əbu Davud: 5149. Hədisin sənədində 
zəif ravi vardır. 
42
 İbn Məcəədəb bölümündə: 3670 İbn Hibban hədisin səhih olduğunu de-
mişdir. “Məvərid”: 2043. 


33 
 
Abdu`r-Razzəq  rəvayət  edir  ki,  İbnu`l-Munkədir  Peyğəm-
bərin 

 belə dediyini rəvayət etmişdir: “Hər kimin üç qızı və 
ya üç bacısı olsa və onlara qarşı yaxşı rəftar edib, onları yaxşı 
saxlayıb  evləndirərsə  Cənnətə  daxil  olar”.  “Bəs  iki  qızı  olsa 
necə?” – deyə soruşdular. O dedi: “İkisi də olsa (Cənnətə daxil 
olar)”. Bizə elə gəldi ki, onlar “Bəs bir qızı olsa necə?” deyə so-
ruşsaydılar Peyğəmbər 

 yenə eyni cavabı verərdi”. Bu hədis 
mürsəldir.
43
 
Uqbə  ibn  Amir  əl-Cuhəni  Peyğəmbərin 

  belə  buyurdu-
ğunu  rəvayət  etmişdir:  “Kimin  üç  qızı  olub  onlara  səbr  edər, 
onları yedizdirib, içizdirər və təzə paltarlardan geyindirərsə, o 
qızlar onun üçün Cəhənnəm atəşinə qarşı bir sipər olar”.
44
 
Allah 

 qadınlar haqqında buyurmuşdur: 
وُمُتۡهِرَك نِإَف ِِۚفوُرۡعَمۡلٱِب هنُهوُرِشاَعَو
 هنُه
َف 
َأ َٰٓىَسَع
 ْاوُهَرۡكَت ن
 ۡيَش
  ٗ
ٗ
رۡيَخ ِهيِف ُهلِّلّٱ َلَعۡجَيَو ا
ٗ
ٗ
ريِثَك ا
ٗ
ٗ
 ا
١٩
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə