İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə46/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   42   43   44   45   46   47   48   49   ...   119
islamda ushaq terbiyesinin esaslari

On səkkizinci fəsil 
                                                 
96
 Beyhəqi “Sünən”: 9/304. Hədis həsəndir. 


95 
 
Əqiq və qurbanlığın bir yerdə kəsilməsinin hökmü 
əl-Xalləl  “Qurbanlığın əqiqi əvəz etməsi haqqında olunan 
rəvayətlər babı”-da qeyd edir: “Bizə Abdu`l-Malik əl-Meymu-
ni xəbər verdi ki, o, Əbu Abdullahdan: “Uşaq üçün əqiqin əvə-
zində qurban kəsmək olarmı?” – deyə soruşub. Cavabında isə 
Əbu Abdullah bilmədiyini deyib və belə davam edib: “Bunun 
caizliyi  haqqında  bir  neçə  nəfər  görüş  bildirib”.  Mən:  “Onlar 
tabiindən  olanlardır?”  –  deyə  soruşdum.  O:  “bəli”,  dedi.  Ab-
du`l-Malik başqa bir yerdə bizə dedi ki, Əbu Abdullah tabiinin 
bir  çoxundan  belə  rəvayət  etmişdir:  “Əgər  qurban  bayramı 
günündə qurban kəsilərsə, əqiqin yerinə keçər”. Bundan başqa 
İsmə  ibn  İsam  bizə  Hənbəldən  xəbər  verdi  ki,  Əbu  Abdullah 
demişdir: “Ümid edirəm ki, əqiq kəsməyən şəxs üçün qurban 
bayramında qurban kəsməsi inşəAllah əqiqi əvəz edər”. 
İsmə ibn İsam başqa bir yerdə Hənbəl vasitəsi ilə bizə xəbər 
verdi ki, Əbu Abdullah demişdir: “Əgər uşaq üçün qurban kə-
silərsə,  bu  əqiqin  yerinə  keçər.  Bir  gün  Əbu  Abdullahın  bir 
qurbanlıq  aldığını,  onu  övladı  və  ailəsi  adına  kəsdiyini  gör-
düm. Bu zaman onun oğlu Abdullah kiçik idi. Düşünürəm ki, 
o bununla əqiqi və qurbanı bir yerdə cəm etdi. Əti payladı və 
ondan özü də  yedi”. 
Bizə  Abdullah  ibn  Əhməd  xəbər  verərək  dedi:  “Atamdan 
qurban bayramı günü əqiq kəsilməsinin hökmü barədə soruş-
dum ki, bu həm qurbanlıq və həm də əqiq olacaqmı? O dedi: 
“Bu,  sənin  onu  adlandırmağına    bağlı  olaraq  ya  əqiq,  ya  da 
qurbanlıq olacaq”. 
Beləliklə də Əbu Abdullahın bu məsələdə üç görüşünün ol-
duğu məlum olur. Birinci görüşə görə, bir qurban hər ikisinin 
yerinə  keçər.  Onun  ikinci  görüşü  kəsilən  qurbanın  yalnız 


96 
 
birinin yerinə keçməsidir. Əbu Abdullahın üçüncü görüşü isə 
bu haqda susub bir şey deməməsidir. 
Birinin digərinin yerinə keçməməsinin səbəbi budur ki, hər 
ikisinin kəsilmə səbəbi müxtəlifdir. Bir səbəblə kəsilən heyvan 
isə digərini əvəz etməz. 
Birinin  digərini  əvəz  edə  biləcəyi  görüşünə  gəldikdə  isə 
onun səbəbi budur ki, bir qurban kəsməklə məqsəd hasil olur. 
Övlad üçün qurban kəsmək əqiq kəsmək kimi məşrudur. Əgər 
müsəlman  qurban  kəsdiyi  zaman  həm  əqiq,  həm  də  qurban 
olsun deyə niyyət edərsə, bu, hər ikisinin yerinə keçər. Bu ey-
nilə  məsciddə  salam  namazı  ilə  iki  rükətli  sünnət  namazını 
eyni  niyyətlə  qıldığında  biri  digərini  əvəz  etdiyi  kimidir. 
Yaxud da təvafdan sonra fərz və ya sünnət namazı qılmasının 
iki rükət təvaf namazının yerinə keçməsi kimidir. Eyni zaman-
da həm təməttu
97
, həm də qıran
98
 həcci edən şəxs də qurbanlıq 
üçün bir qoyun kəsərsə, bu, hər ikisini əvəz edər. Ən doğrusu-
nu Allah 

 bilir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə