İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə43/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   39   40   41   42   43   44   45   46   ...   119
islamda ushaq terbiyesinin esaslari

On beşinci fəsil 
Əqiq qurbanında ortaqlığın doğru olmaması 
Bir əqiq yalnız bir insan üçün kəsilə bilər. Bu, əqiqin həcdə 
və qurbanlıq bayramında kəsilən qurbanlığa müxalif olan tərə-
fidir. 
əl-Xalləl  özünün  “əl-Cami”  əsərinin  “Yeddi  nəfərin  adın-
dan  dəvə  kəsməyin  hökmü”  babında  yazır:  “Mənə  Abdu`l-
Malik  ibn  Abdu`l-Humeyd  xəbər  verdi  ki,  o,  “Əbu  Abdul-
lahdan  “Əqiq  üçün  dəvə  kəsilirmi?”  deyə  soruşub.  O  isə  de-
yib: “O dəvə kəsmişdir, elə deyilmi?”. O isə: “Əqiq münasibəti 
ilə yeddi nəfər adından dəvə kəsilə bilərmi?” – deyə soruşub. 
Əbu Abdullah: “Bu barədə bir şey eşitməmişəm” – deyə cavab 
verib”.  Abdu`l-Malik  ibn  Abdu`l-Humeyd  deyir:  “Mən  onun 
heç  vaxt  əqiqdə  yeddi  nəfərin  bir  dəvə  kəsməsinə  icazə 
verdiyini görmədim”. 
Mənim fikrimcə, əqiq qurbanının mənası övlad üçün fidyə 
olduğuna görə  bu fidyənin tam olması üçün axıdılan qanın da 
bir nəfər adından tam olması məşrudur. Həmçinin əgər bunda 
ortaqlıq səhih olsaydı  belə,  övlad üçün axıdılan qandan məq-
səd hasil olmazdı. Heç şübhəsiz ki, axıdılan qanın savabı, an-
caq  bir  nəfər  üçün  keçərlidir.  Digər  övladlar  üçün  isə  ancaq 
ətin paylanması savabı qala bilər. Əqiqdə məqsəd övlad üçün 
qan  axıtmaqdır.  Bunun  mənası  eynilə  qurbanlıqdakı  ortaqlıq-
da olduğu kimi əcrin tam olması deməkdir. Bundan fərqli ola-


91 
 
raq  qurbanlıqda  Peyğəmbərin 

  sünnəti,  tabe  olmaq  üçün 
daha haqlı və daha üstündür. O isə qurbanlıqda ortaq olmağı 
məşru qılmış, əqiqdə isə oğlan üçün iki müstəqil qan axıtmağı 
əmr  etmişdir.  Oğlan  üçün  kəsilən  iki  qoyunu  isə  bir  inək  ya-
xud da bir dəvə əvəz etməz. Ən doğrusunu bilən isə şübhəsiz 
ki, Allah`dır 



Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə