İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə42/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   38   39   40   41   42   43   44   45   ...   119
islamda ushaq terbiyesinin esaslari

On dördüncü fəsil 
Əqiq qurbanının kəsim yaşı 
əl-Xalləl    özünün  “əl-Cami”  kitabının  “İnsan  üçün  əqiqdə 
müstəhəb olan şey” babında yazır: “Bundan sonra o, Əbu Tali-
bin bununla bağlı məsələlərini qeyd etmişdir. O, Əbu Abdulla-
ha əqiq haqqında belə sual verdi: “Əqiq üçün bir dişi qoyun və 
böyük  həcmli quzu yetərlidirmi?”. Cavabında o dedi: “Erkək 
daha  xeyirlidir”.  Digər  bir  rəvayətdə  isə  “Erkəyi  və  dişisi  də 
eynidir” deyə bildirilir. Əgər dişi bir qoyun olarsa, bunda heç 


89 
 
bir  problem  yoxdur.  Dedim  ki:  “Bəs  quzu  necə?”.  O  dedi: 
“Yaşlı  olması  daha  xeyirlidir”.  Peyğəmbər 

  buyurmuşdur: 
“Kimin övladı doğularsa, qurban kəsmək istəsə, kəssin”. Bura-
da dəlil budur ki, qurbanda  keçərli olan şərtlər əqiqdə də ey-
nidir. Yəni qurban bayramında kəsilən də, həcdə kəsilən qur-
banlıq  da  eynidir.  Bir  sözlə,  əqiqin  hökmü  istər  vacib,  istərsə 
də  müstəhəb  olsun  paylamaqda,  yeməkdə,  yaşda,  Allah`a 

 
yaxınlaşmaqda  qurbanın  hökmü  ilə  eynidir.  Çünki,  o,  tam  və 
mükəmməl bir şəkildə məşru qılınmışdır. Buna görə də oğlan 
üçün  iki  bir  birinə  bənzər,  biri  digərindən  üstün  olmayan 
qoyun  məşrudur.  Onların  yaşının  əmr  olunmuş  qurbanlıq 
üçün  kəsilən  heyvanlarla  eyni  olması  lazımdır.  Buna  görə  də 
bütün hökmlərdə əqiq, qurbana aid hökmlərə tabedir. 
Əbu Amr ibn Abdu`l-Bərr demişdir: “Alimlər icma etmişlər 
ki,  qurbanlıq  üçün  kəsilməsi  icazəli  olan  səkkiz  sinif  heyvan 
cütündən başqa əqiqdə digər şeyləri kəsmək caiz deyildir. Bu 
icmaya  sözü  şaz  sayılan  və  xilaf  hesab  edilməyəndən  başqa 
kimsə  müxalif  olmamışdır.  İmam  Malikin  “əl-Muvatta”  kita-
bında Rabi ibn Abdu`r-Rahmandan, onun da Muhəmməd ibn 
İbrahim  ət-Teymidən  rəvayət  etdiyi  “Atamı  belə  deyərkən 
eşitdim: “Bir  sərçə olsa belə əqiq kəsmək müstəhəbdir”  görü-
şünə  gəlincə  isə  bu,  mübaliğə və  yaxud minimum həddi gös-
tərmək üçün  söylənmiş bir sözdür. Bu rəvayət Allah Rəsulu-
nun 

  Ömərə 

  olan  “Onu  bir  dirhəmə  belə  sənə  satsa,  gö-
türmə!”
93
 sözünə bənzəyir. Həmçinin cariyə haqqındakı “Əgər 
zina  edərsə,  bir  ip  qarşılığında  olsa  belə  onu  satın”
94
  sözü  də 
buna misal ola bilər. 
                                                 
93
 Buxari: 1490, Müslim: 1621, Əbu Davud, Tirmizi, Nisai. 
94
 Buxari: 2152,  Müslim: 1703, Əbu Davud. 


90 
 
İmam  Malik  demişdir:  “Əqiq  qurbanı  bayram  qurbanı  ilə 
eyni dərəcədədir. Onun gözünün kor olması, çox arıq olması, 
şikəst və xəstə olması caiz deyildir. Əqiqin ətindən və  dərisin-
dən bir şey satılmaz, sümüyü sındırılmaz. Kəsənin ailə üzvləri 
də ondan yeyər, həm də ondan sədəqə olaraq pay verərlər”. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə