İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə44/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   40   41   42   43   44   45   46   47   ...   119
islamda ushaq terbiyesinin esaslari

On altıncı fəsil 
Əqiq  qurbanı  üçün  qoyunun  əvəzinə  dəvə,  inək  kimi 
heyvanları kəsmək məşrudur (şəriətlə icazəlidir), yoxsa yox? 
Bu məsələ ətrafında fəqihlər ixtilaf etmişlər. “Əqiqdə qoyu-
nun yerinə başqa bir şey kəsmək keçərlidirmi?” sualına müx-
təlif cavablar verilir. İbn Munzir demişdir: “Əqiqdə qoyundan 
başqa  bir  şeyin  kəsilməsində  ixtilaf  vardır”.  Ənəs  ibn  Malik-
dən 

 rəvayət olunub ki, o, öz övladı üçün dəvə kəsərdi. Əbu 
Bəkrə 

 də öz oğlu Abdu`r-Rahman 

 üçün dəvə kəsdi və onu 
Bəsrə  camaatına  yedizdirdi.  Sonra  Həsəndən 

  belə  dediyini 
rəvayət etdi: “Ənəs ibn Malik 

 öz övladı üçün dəvə kəsərdi. 
Sonra  Yəhya  ibn  Yəhyanın  bu  haqda  olan  hədisini  qeyd  etdi. 
Əbu  Bəkrənin  oğlu  Abdu`r-Rahman 

  doğuldu.  O,  Bəsrədə 
doğulan  ilk  uşaq    idi.  O  oğlu  üçün  dəvə  kəsdi  və  Bəsrə 
camaatına  yedizdirdi.  Onlardan  bəziləri  bunu  inkar  etdilər”. 
Sonra o, qeyd etdi: “Allah Rəsulu 

 oğlan üçün  iki, qız üçün 
isə bir qoyun kəsməyi əmr etmişdir. Bundan başqa bir şey kəs-
mək caiz deyildir”. 
Yusuf ibn Məhikdən rəvayət etdik ki, o, Munzir ibn Zubey-
rin  oğlu  dünyaya  gələndə  İbn  Əbu  Muleykə  ilə  birlikdə 


92 
 
Abdu`r-Rahman ibn Əbu Bəkrin qızı Hafsanın 
g
 yanına daxil 
oldu.  Ona:  “dəvə  kəsmirsənmi?”,  dedi.  O  dedi:  “Bundan 
Allah`a  sığınıram.  Bibim  deyirdi  ki,  oğlan  üçün  iki,  qız  üçün 
isə bir qoyun kəsilir”.
95
 İmam Malik demişdir: “Əqiq qurbanın-
da  qoyun  kəsmək  mənə  inək  və  dəvə    kəsməkdən  daha  xoş-
dur.  Qurban  bayramı  üçün  isə  inək  və  dəvə  kəsmək  mənə 
qoyun kəsməkdən daha xoşdur”. 
İbnu`l-Munzir  demişdir:  “Ola  bilsin  ki,  inək  və  dəvənin 
əqiq üçün uyğun olduğunu deyənlər Peyğəmbərin 

 bu sözü-
nə  arxalanırlar:  “Oğlan  ilə  birlikdə  onun  əqiqi  vardır.  Onun 
üçün qan axıdın”. Burada o nəyin qanının axıdılmasını isə de-
məmişdir.  Bu  xəbərin  zahirinə  görə  övlad  üçün  nə  kəsilərsə, 
yetərlidir”.  O  həmçinin  demişdir:  “Belə  deyilməsi  də  caizdir 
ki,  bu  hədis  ümumi  mənalıdır.  Peyğəmbərin 

  “Oğlan  üçün 
iki,  qız  üçün  isə  bir  qoyun  kəsilir”  sözü  isə  təfsilatı  ilə  qeyd 
olunub. Təfsilatlı bir sözü götürmək isə  ümumi anlamda  işlə-
nən sözü götürməkdən daha uyğundur”. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə