İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə45/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   41   42   43   44   45   46   47   48   ...   119
islamda ushaq terbiyesinin esaslari

On yeddinci fəsil 
Əqiq qurbanının ətinin sərf olunmasının açıqlanması 
əl-Xəllal  özünün  “əl-Cami”  kitabının  “Əqiqin  paylanacağı 
və hədiyyə ediləcəyi yerlər” babında yazır: “Bizə Abdullah ibn 
Əhməd atasının belə dediyini xəbər verdi: “Əqiq yeyilir və on-
dan  hədiyyə  verilir”.  Həmçinin  bizə  İsmə  ibn  İsam  Hənbəlin 
ona belə dediyini  xəbər vermişdir:  “O, Əbu Abdullaha əqiqlə 
necə  rəftar  edilməsi  ilə  bağlı  sual  verdi.  O  isə:  “Necə  istə-
yirsən”  –  deyə  cavab  verdi.  Hənbəl  demişdir:  “İbn  Sirin  belə 
deyərdi:  “İstədiyini  et”.  Ona  deyildi:  “Onu  kəsənin  ailəsi  on-
                                                 
95
 Beyhaqi “Sünən”: 9/301. Hədis səhihdir. 


93 
 
dan yeyərmi?”. O dedi: “Bəli, ancaq hamısını yeməz. Həm ye-
yər, həm də yedizdirər”. Həmçinin o Əsrəmin də rəvayətində 
eyni sözü demişdir. 
İmam Əhməd Əbu Harisin və oğlu Salehin rəvayətində de-
mişdir:  “Həm  özü  yeyər,  həm  də  qonşularına  yedizdirər”. 
Oğlu Abdullah dedi: “Əqiq necə bölünür?” O dedi: “Necə istə-
yirsənsə, o cür”. 
əl-Meymuni demişdir: “Əbu Abdullahdan: “Əqiqdən sahi-
bi yeyə bilərmi?” – deyə soruşdum. O dedi: “Bəli, ondan yeyi-
lir”. Ona: “Nə qədəri yeyilər?” – deyə sual verdim. Cavabında: 
“Bilmirəm, ancaq qurbanlığa gəldikdə isə, o barədə İbn Məsud 
və  İbn  Ömərin 

  hədisi  vardır”,  dedi.  Sonra  mənə  dedi  ki, 
əqiqdən yeyilir. Bu barədə: “adi qurbanlığa bənzəyirmi?” – de-
yə soruşdum. O dedi: “Bəli, ondan yeyilir”. 
əl-Meymuni  Əbu  Abdullahın  belə  söylədiyini  demişdir: 
“Qurbanın  üçdə  biri  qonşulara  hədiyyə  edilir”.  “Qonşuların 
kasıb olanlarınamı?” – deyə soruşdum. O dedi: “Bəli, qonşula-
rın  kasıb  olanlarına”.  Mən  soruşdum:  “Əqiq  də  onunla  eyni 
hökmdədirmi?”.  O  dedi:  “Bəli,  kim  onu  qurbana  bənzədərsə 
haqdan uzaq deyil”. 
əl-Xalləl  demişdir:  “Bizə  Muhəmməd  ibn  Əli  və  Əsrəm 
xəbər  verdi  ki,  Əbu  Abdullaha  əqiq  barəsində:  “qurbanlıqda 
olduğu kimi ondan bir şey saxlanılarmı?” – deyə sual verilən-
də o: “bilmirəm” – deyə cavab verdi. 
Mənsur  bizə  Cəfərin  onlara  belə  rəvayət  etdiyini  xəbər 
verdi:  “Əbu  Abdullaha  əqiq  barəsində:  “Ondan  uşağı  doğuz-
duran  qadına  pay  verilirmi?”  –  deyə  sual  verildiyini  eşitdim. 
Cavabında o: “bəli”, dedi. Mənə Abdu`l-Malik xəbər verdi ki, 
o, Əbu Abdullahın  belə dediyini eşidib: “Ondan uşağı doğuz-


94 
 
duran  qadına  pay  verilir”.  Rəvayət  olunur  ki,  Peyğəmbər 

 
Hüseyn 

 üçün əqiq kəsəndə onun ətindən uşağı doğuzduran 
qadına da pay göndərmişdi. 
əl-Xalləl demişdir: “Cəfər ibn Muhəmməd dedi ki, Peyğəm-
bər 

  onlara  əqiqin  bir  budunu  uşağı  doğuzduran  qadına 
göndərməyi əmr etmişdir”. 
əl-Beyhəqinin Cəfər ibn Muhəmməddən 

, onun atasından, 
onun  da  babasından,  babasının  isə  Əlidən 

  rəvayət  etdiyinə 
görə,  Allah  Rəsulu 

  Fatiməyə 
g
  əmr  edərək  belə  dedi: 
“Hüseynin 

 saçını çək və onun ağırlığında gümüşdən sədəqə 
ver. Uşağı doğuzduran qadına isə əqiqin bir budunu göndər”. 
Humeydi Hüseyn ibn Zeyddən, o Cəfər ibn Muhəmməddən, o 
da  atasından  Əlinin 

  uşağı  doğuzduran  qadına  əqiqin  bir 
budunu göndərdiyini rəvayət etmişlər.
96
 
Alimlər  toy  yeməyində  olduğu  kimi  bunda  da  insanların 
yeməyə  dəvət  edilməsi  və  yaxud  da  dəvət  edilmədən  sadəcə 
pay  göndərilməsi  məsələsində  ixtilaf  ediblər.  Əbu  Amr  ibn 
Abdu`l-Bərr  bu  barədə  demişdir:  “İmam  Malikin  sözü  budur 
ki, onun sümükləri sındırılaraq, ondan qonşulara yedizdirilir. 
Toy  yeməyində  olduğu  kimi  insanlar  dəvət  edilmir”.  Ancaq 
mən İmam Malikdən savayı bunu (əqiqdən qonaqlıq verilmə-
sini)  məkruh  görən  başqa  birisini  tanımıram.  Ən  doğrusunu 
Allah 

 bilir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə