İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə41/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   37   38   39   40   41   42   43   44   ...   119
islamda ushaq terbiyesinin esaslari

On üçüncü fəsil 
Əqiq  qurbanlığının  sümüklərinin  sındırılmasının  mək-
ruh olması 
əl-Xalləl  özünün  “əl-Cami”  kitabının  “Əqiqin  sümüyünü 
qırmaq  və  onu  tikələrə  ayırmağın  məkruh  olması  babı”nda 
yazır:  “Mənə  Abdulmalik  ibn  əl-Humeyd  Əbu  Abdullahın 
əqiq haqqında belə deyərkən eşitdiyini xəbər verdi: “Sümüyü 
sındırılmır,  lakin  hər  bir  sümüyü  oynağından  qoparılır.  Sü-
müklərindən heç bir şey sındırılmır”. 
Abdullah ibn Əhməd xəbər verir ki, atasından: “Əqiq qur-
banı  ilə necə rəftar edilir?” – deyə soruşdu. Atası isə cavabın-
da: “Sümükləri sındırılmadan üzvləri parçalanır” – dedi. Daha 
sonra  o,  Salehdən,  Hənbəldən,  Fadl  ibn  Ziyaddan,  Əbu`l-
Harisdən  və  Əbu  Talibdən  Əbu  Abdullahın  əqiq  barəsində 


86 
 
belə  dediyini  rəvayət  etmişdir:  “Əti  sümüyündən  ayrılaraq 
çıxarılır  və  sümükləri  sındırılmır,  sonra  da  tikələrə  bölünərək 
heç bir şeylə qarışdırılmadan duz və su ilə bişirilir”. 
Əbu Davudun “Mərasil” kitabında Cəfər ibn Muhəmməd-
dən  onun  da  atasından  rəvayət  etdiyinə  görə,  Peyğəmbər 

 
Fatimənin 
g
 Həsən və Hüseyn 

 üçün kəsdiyi əqiq barəsində 
belə  buyurmuşdur:  “Ondan  qabda  pay  göndərin.  Yeyin  və 
yedizdirin. Sümüyünü qırmayın!”.
91
 
Beyhaqi Ummu Kərzdən Peyğəmbərin 

 belə buyurduğu-
nu  rəvayət  edir:  “Oğlan  uşağı  üçün  iki  bir  birinə  bənzər,  qız 
üçün isə bir qoyun kəsilir”. 
Rəvayətə  əsasən,  Əta  belə  deyərdi:  “Əqiqin  əti  hissələrə 
bölünərək sümüyü qırılmadan parçalanır”. Zənn edirəm ki, o, 
bişirilir  də  demişdir.  Bunu  İbn  Cüreyc  Ətadan  rəvayət  etmiş-
dir. O dedi: “Üzvləri parçalanaraq bölünür, su və duzla bişiri-
lərək qonşulara paylanır”. 
Bu  barədə  Cabir  ibn  Abdullahın  sözünü  İbn  Munzir  Əta-
dan, o Əbu Kərzdən,  o Ummu Kərzdən,  o isə Aişədən 
g
 rə-
vayət etmişdir. O ikisi söylədilər ki, Abdu`r-Rahman ibn Əbu 
Bəkrin 

 ailəsindən bir qadın belə dedi: “Abdu`r-Rahmanın 

 
zövcəsi  doğduğu  zaman  biz  bir  dəvə  kəsdik.  Aişə 
g
  dedi: 
“Xeyr,  əksinə,  sünnət  olan  iki  bir-birinə  bənzər  qoyunun  kə-
silməsidir.  Oğlan  uşağı  üçün  bu  ikisi,  qız  üçün  isə  bir  qoyun 
kəsilir və onun sümüyü sındırılmır. Həm özün yeyərsən, həm 
yedizdirərsən,  həm  də  paylayarsan.  Bu,  uşağın  doğumunun 
                                                 
91
  Beyhəqi  “Sünənu`l-Kubra”:  9/302.  İsnadı  kəsikdir  tam  deyil.  Lakin  Bey-
həqiyə görə onun əvvəlinin bənzər rəvayəti vardır. İrəlidə gələcəkdir. 


87 
 
yeddinci  günündə  olur.  Əgər  edə  bilməzsənsə,  o  zaman  on 
dördüncü  günündə,  onu  da  edə  bilməzsənsə,  iyirmi  birinci 
günündə edə bilərsən”.
92
 
İbnu`l-Munzir  İmam  Şafiinin  belə  dediyini  nəql  etmişdir: 
“Əqiq vacib sünnətdir. Qurbanlıq heyvanda olduğu kimi əqiq-
də  də  heyvanın  eyibli  və  nöqsanlı    olmamasına  diqqət  etmək 
lazımdır. Onun əti və dərisi satılmaz, sümüyü sındırılmaz. On-
dan həm ailə üzvləri yeyər, həm də pay verilər. Uşağın başına 
isə onun qanından heç bir şey sürtülməz”.  Əbu Ömər demiş-
dir: “Malikin görüşü də eynilə Şafiinin görüşü kimidir. Ancaq 
Şafiidən fərqli olaraq o, belə demişdir: “Onun sümüyü sıdırılır 
və  bişirilərək  qonşulara  yedizdirilir.  Toy  yeməyində  olduğu 
kimi onu yemək üçün insanlar dəvət edilmir”. 
İbn  Şihab  demişdir:  “Sümüyünün  sındırılmasında  heç  bir 
problem yoxdur. Bu, Malikin görüşüdür”.  
Sümüyünün  sındırılması  görüşündə  olanlar  bildirirlər  ki, 
buna  mane  olacaq  səhih  bir  dəlil  yoxdur.  Həmçinin  məkruh 
olduğuna  dair  sünnətdən  bir  sübut  da  yoxdur  ki,  ona  istinad 
etmək vacib olsun. İnsanların adəti də sümüyün qırılması yö-
nündədir. Bunda onu rahat yeməyin və tam bir faydanın hasil 
olması  məsləhəti  vardır.  Buna  mane  ola  biləcək  hər  hansı  bir 
məsləhət isə yoxdur. Sümüyü sındırmağı məkruh görənlər isə 
bizim  səhabə  və  tabiindən  qeyd  etdiyimiz  əsərlərə  və  Əbu 
Davudun  rəvayət  etdiyi  “mürsəl”  hədisə  əsaslanırlar.  Həmçi-
nin bunun bir neçə yöndən hikmətini də qeyd etmişlər. 
                                                 
92
 Tirmizi demişdir: “Elm əhli buna görə  əməl edir. Onlar uşaq üçün yed-
dinci  günündə  əqiq  kəsilməsini  müstəhəb  qəbul  ediblər.  Olmazsa  da  on 
dördüncü,  bu  da  olmazsa,  iyirmi  birinci  günündə  kəsilməsi  bəyənilən 
əməldir. 


88 
 
Buradakı birinci hikmət bu yeməyin şərəf və önəmini gös-
tərməkdir. Çünki, qonaqlara təqdim edilir, qonşulara pay veri-
lir və kasıb olanlar yedizdirilir. Müstəhəbdir ki, tikələrə bölün-
sün və hər bir tikə də özü özlüyündə tam olsun. Sümüyündən 
heç  bir  şey  qırılmasın,  üzvündən  heç  bir  şey  də  qüsurlu 
olmasın.  Heç  bir  şübhə  yoxdur  ki,  belə  etməyin  əhəmiyyəti 
onun comərdlik və əliaçıqlıq göstəricisi olmasıdır.  
İkinci hikmət budur ki, hədiyyə dəyərli olduqda adi görün-
məz.  Hədiyyə  edilən  şəxsin  nəzərində  gözəl  mövqeyə  yüksə-
lər. Bu, həmçinin hədiyyəni verənin də kübarlığını və üstünlü-
yünü göstərən bir hal olar. Eləcə də burada uşağın özünün də 
dəyərinə, şərəf və ucalığına qarşı gözəl bir zənn yaranar. 
Üçüncü  hikmət  isə  budur  ki,  fidyə  olduğu  üçün  qurban 
kəsilən malın sümüklərinin sındırılmaması sanki uşağın bədən 
üzvlərinin sağlam olması baxımından da xoş bir davranış kimi 
qarşılanır.  Çünki,  sümük  sındırılarsa,  fidyə  də  tam  olmaz. 
Sümüyü  sındırmağı  məkruh  sayanlara  görə  bunun    səbəbi 
onun əqiq adlandırılmasına qayıdır. Yəni bu, əqiq deyilməsini 
məkruh  sayanlarda  olduğu  kimi  bəyənilməyən  bir  əməldir. 
Ən doğrusunu isə Allah 

 bilir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə