İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə40/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   36   37   38   39   40   41   42   43   ...   119
islamda ushaq terbiyesinin esaslari

On ikinci fəsil 
Əqiq qurbanının ətinin bişirilməsinin çiy olaraq paylan-
masından üstün olması 
əl-Xalləl  özünün  “əl-Cami”  kitabının  “Əqiq  kəsən  üçün 
müstəhəb olan əməllər” babında yazır: “Mənə Abdulmalik əl-
Meymuni xəbər verdi ki, o, Əbu Abdullahdan “Əqiq bişirilər-
mi?” deyə soruşdu  və “Bəli” cavabını aldı. 


84 
 
Mənə  həmçinin  Muhəmməd  ibn  Əli  Əsrəm  Əbu  Abdulla-
hın  əqiq  barəsində  belə  dediyini  xəbər  verdi:  “Onun  əti  sü-
mükləri qırılmadan, başqa bir şeylə də qarışdırılmadan bişiri-
lir”. 
Mənə Əbu Davud xəbər verdi ki, o, Əbu Abdullaha: “Əqiq 
bişirilirmi?” – deyə sual verdi. Əbu Abdullah isə ona: “Bəli” – 
deyə  cavab  verdi.  Daha  sonra  o:  “İnsanlara  bişirmək  çətin 
gələrsə necə?” – deyə soruşdu. O isə: “Buna səbr edərlər” – de-
yə cavab verdi. 
Mənə Muhəmməd ibn Huseyn Fadl ibn Ziyadın onlara belə 
dediyini  xəbər  vermişdi:  “Əbu  Abdullaha  əqiq  barəsində 
“Əqiq  su  və  duzla  bişirilirmi?”  –  deyə  sual  verildi.  O  dedi: 
“Bu,  müstəhəbdir”.  Daha  sonra  soruşdular:  “Əgər  başqa  bir 
şeylə  bişirilsə,  onda  necə?”.  O  dedi:  “Bunda  heç  bir  zərər 
yoxdur”. 
Bu  ona  görədir  ki,  o  bişirildiyi  zaman  kasıb  adamlar  və 
qonşulara  bir  yemək  ziyafəti  olacaqdır.  Bu  əməl  də  yaxşılığı 
artırmaq  və  Allah`ın 

  verdiyi  nemətə  şükrün  göstəricisidir. 
Bu zaman qonşular, uşaqlar, kasıblar ondan dadaraq nuşi can-
lıqla yeyirlər. Hər kimə yemək üçün bişmiş ət pay olaraq veril-
sə, bu, daha gözəldir.  Onun sevinci və  fərəhi qarşı tərəf üçün 
çiy  ətdən  daha  çoxdur.  Bu,  həmçinin  şükranlığın  ifadəsi  və 
onun  gerçəkləşməsinin  yoludur.  Bununla  yanaşı  adət  halına 
salınmış  və  müxtəlif  münasibətlərlə  bir  çox  yemək  bişirmə 
mərasimləri vardır. Onların adları aşağıdakı kimidir. 
1. Gələn qonaqlar üçün hazırlanan yemək 
2. Dəvət edilən şəxslərə hazırlanan yemək 
3. Ziyarətçilər üçün hazırlanan yemək 


85 
 
4. Toy üçün hazırlanan yemək 
5. Yeni doğulan uşaq səbəbi ilə hazırlanan yemək 
6.  Uşağın  doğumunun  yeddinci  günündə  onun  saçının 
kəsilməsi ilə hazırlanan yemək 
7. Uşaq sünnət edilərkən hazırlanan yemək 
8. Müəyyən bir sevincli hadisə ilə bağlı toplananlara hazır-
lanan yemək 
9. Birinin səfərdən qayıtması səbəbi ilə hazırlanan yemək 
10.  Müəyyən  inşaat  işini  bitirmə  səbəbi  ilə  hazırlanan  ye-
mək. 
Yuxarıda qeyd olunan mərasimlər üçün yemək hazırlamaq, 
həmin münasibətlər səbəbilə əti çiy olaraq paylamaqdan daha 
üstündür. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə