Işmaqdansa


 Аллан Пиз. Язык телодвижений. М. 2006; с. 6



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə106/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   102   103   104   105   106   107   108   109   ...   132
kommunikasiya kitab;

29
 Аллан Пиз. Язык телодвижений. М. 2006; с. 6. 


127 
Mimika 
Görmək və duymaq sevinci 
təbiətin ən böyük töhfəsidir

Albert Eynşteyn 
Çox vacib sayılan kinestik qeyri-verbal 
ünsiyyət vasitəsi olan mimika haqqında ayrıca danıĢmağa 
ehtiyac var. Çünki ən dahi insanların da 
«ürəyi qapalı, üzləri 
isə açıq»
olur. 
QarĢıdakı adamı bu və digər dərəcədə «gözündən oxuya» 
bilmək qabiliyyəti hər birimizdə var. Odur ki, ünsiyyət prose-
sində söhbətdaĢımızın (müsahibimizin) üzünə baxmaq, eləcə 
də onun bizim gözümüzə baxması mühüm əhəmiyyətlidir. 
Dilimizdə mütəmadi iĢlənən «ürəyini üzdən oxumaq», «gözdən 
oxumaq» ifadələri də dediklərimizin bir həqiqət olduğuna 
iĢarədir. Mimik planda gözlərin vəziyyəti daha çox diqqət çəkir. 
Gözlə ünsiyyət, sirr deyil ki, qəlbin ünsiyyətidir. 
DanıĢanın düz, yaxud yalan danıĢdığını «Gözümün içinə 
düz bax» təkidi ilə aydınlaĢdırmağa çalıĢırıq. SöhbətdaĢımız 
ünsiyyət prosesində nəzərlərini qaçırdıqda narahatlıq keçiririk, 
hətta özümüzü bir qədər də təhqir olunmuĢ bilirik. Belə olduqda 
qarĢı tərəf «Qulağım səndədir» cavabıyla vəziyyətdən çıxmağa, 
incikliyin qarĢısını almağa çalıĢır. BaxıĢlar ünsiyyətdə sinxron 
iĢtirak edir. Bu hər iki tərəfin baxıĢlarının kommunikativliyi ilə 
izah olunur. Lakin ola bilər ki, bu səviyyə danıĢanla dinləyəndə 
fərqli olsun. MüĢahidələr göstərir ki, ünsiyyət aktının 
iĢtirakçılarının bir-birini üzünə baxması bir sıra qanunauyğun-
luqlarla müĢayiət olunur. DanıĢan, bir qayda olaraq, dinləyənə 
az baxır, nəzərləri və baxıĢları yayğın olur. 
Belə nəticə çıxarmalıyıq ki, danıĢan daha çox nitqin 
məzmunu (sözləri seçmək və calaĢdırmaq) üzərində düĢünür. 
Lakin bu vəziyyət uzunmüddətli ola bilməz. Xüsusilə kommu-
nikativ tənzimləmə məqamları (müəllim mühazirə oxuduğu vaxt, 
danıĢıqlar aparılarkən və s.) baxıĢların iĢtirakını tələb edir. 
Çünki baxıĢlarda xəbərdarlıq (bunu informasiya tutumu kimi də


128 
qəbul etmək olar) effekti çox güclüdür. Adresant hər dəfə fikrini 
tamamlamaq istədikdə, yeni fikrin izahına baĢladıqda adresatın 
üzünə baxır, sanki onun dinləməyə hazır olub-olmadığını təftiĢ 
edir. 
Ola bilsin ki, bu vəziyyətdə adresant sözü adresata vermək 
istəyini ifadə etsin. Bu tipli siqnalların əsl mənası yalnız ünsiyyət 
aktının iĢtirakçılarına bəlli olur. Çünki kommunikativ əlaqənin 
qurulması və nəzarətdə saxlanılması tərəflərin payına düĢür və 
məqam sosial rol, sosial status və s. anlayıĢların təsirindən 
kənar təsəvvürə gətirilə bilməz. 
Bir halda ki, bizim məqsədimiz nitq mədəniyyəti və etiket 
problemlərinin diplomatik fəaliyyət sferası ilə bağlı məqbul və 
qeyri-
məqbul cəhətlərini araĢdırmaq və müvafiq tövsiyələr 
verməkdir, onda üz-üzə, göz-gözə danıĢan zaman diplomatların 
davranıĢ tərzinə də toxunmalıyıq. Qeyd edək ki, diplomatik 
danıĢıqlar stolu arxasında status vəziyyətləri əksər hallarda 
bərabər sayılır. Bununla belə bir neçə incəliyə bələdlik tələb 
olunur. 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə