Işmaqdansa


İnsanın adını eşitməkdənsə üzünü



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə108/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   104   105   106   107   108   109   110   111   ...   132
kommunikasiya kitab;

İnsanın adını eşitməkdənsə üzünü 
 
görmək yaxşıdır. 
Konfutsi 
K
ommunikativliyi çox yüksək olan 
mimika elementl
ərindən biri də təbəssümdür. Bu ünsiyyət aktı 
iĢtirakçılarının hər hansı məqamda gülümsəməklə fikirlərini 
çatdırması, və yaxud qarĢı tərəfin fikirlərinə razılıq bildirməsi, 
ola bilsin ki, Ģübhə etməsidir. RazılaĢaq ki, təbəssümün ilkin 
təyinatı tərəflər arasında xoĢ münasibətləri əks etdirmək və 
əksər hallarda sevinc anlarını, daxili razılığı bildirmək, bəzi 
məqamlarda isə əsl kədər, heyrət hisslərini çatdırmaqdır. Ġncə 
nəvaziĢ, qonaqpərvərlik kimi hisslər də təbəssümdə yaĢayır. 
Təbəssüm üzdə, gözdə, dodaqda «oxunan» sintetik mimik 
vəziyyətdir. Ġnsanlar təbəssümdən bir-birinə verdiyi payın 
əvəzində də təbəssüm payı gözləyir. Belə çıxır ki, cəmiyyətin 
hər bir subyekti təbəssümə möhtacdır. UĢaq anasından, xəstə 
tibb bacısından, sürücü sərniĢindən, alıcının satıcıdan aldığı 
təbəssüm payından, Ģəksiz ki, daxili bir rahatlıq duyur. 
Təbəssümün məna tutumu dərin olduğu qədər də müəmmalıdır. 
Bəzən böyük bir xalq haqqında təsəvvürlərin formalaĢmasında 
da təbəssüm istinad nöqtəsinə çevrilir. Bir vaxtlar Amerikaya 
gələn avropalılardan birisinin (rus yazıçısı V. Nagibin) bu ölkə 
haqqında yazdıqlarına diqqət yetirək: 
«... Amerikada hər şey 
cəzbedicidir. İnsanları vaxta hörmət edən, son dərəcə 
dəqiq, qəlbiaçıq adamlardır. Düşünürsən ki, onlarla hər işi 
görmək asandır. Nədənsə ucadan qəhqəhə çəkib gülmək, 
ən əziz adamını bağrına bərk-bərk sıxıb kürəyinə təkrar-
təkrar döyəc-ləmək adətindən çox-çox uzaqdırlar. Hətta 
gülümsəməkdə də çox qısqancdırlar. Üzlərində təbəssüm 
yox kimidir. Bilmirsən dostdurlar, yoxsa ...».
Əslində çox ani bir hadisə olan təbəssüm ciddi danıĢıqlar 
prosesində qarĢılıqlı anlaĢmanın açarı ola bilər. Xüsusilə 
diplomatlar bu incəliyə biganə qalmaqla çox Ģeyi itirə bilərlər. 


131 
Təbəssüm hər yetənin üzünə gülmək kimi baĢa düĢülməməlidir. 
Həqiqətən, yersiz gülmək olduqca pis vərdiĢdir və bu vərdiĢdən 
uzaqlaĢmaq məsləhətdir. Bu prosesdə sevinc, kinayə, təəssüf, 
riĢxənd, razılıq və hətta, narazılıq kimi hisslər ifadə oluna bilər. 
Tədqiqatçilardan 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə