Işmaqdansa



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə17/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   13   14   15   16   17   18   19   20   ...   132
kommunikasiya kitab;

A. Axundovun
«Nitq 
insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir 
mübadiləsi və ünsiyyət prosesidir» 
fikri daha uğurlu səslənir. 
BəĢəriyyət tarix boyu öz fikir və duyğularını bütün əlvanlığı və 
mürəkkəbliyi ilə əks etdirmək üçün dildən istifadə etmiĢ və bu 
istəklə yardımçı vasitələr axtarıĢında olmuĢdur. Dilsiz hər hansı 
nitqdən söhbət gedə bilməz. Bəs 
«Dil nitqsiz mövcud ola 
bilərmi?»
sualına necə cavab vermək olar. Bu tamamilə 
mümkündür. Misal üçün, latın dili bir vaxtlar populyar dillərdən 
biri olmasına baxmayaraq, bu gün ünsiyyətdə istifadə olunmur. 


21 
Dilin və nitqin funksiyalarına diqqət yetirildikdə bir daha 
aydın olur ki, kommunikativ funksiya dilin ən vacib funksiyasıdır. 
Halbuki, mürəkkəb psixofizioloji proses kimi bir sıra faktorların 
toplusu kimi özünü büruzə verir. Nitq dedikdə biz həm də 
ünsiyyət faktoruna üz tutmalı oluruq. Ərəb dilində 
«insan»
və 
«ünsiyyət»
sözlərinin kökdaĢ olması
3
fikri bir daha təsdiqləyir 
ki, insan ünsiyyətə möhtacdır. Bir sözlə, 
«Yalnız ayrı-ayrı 
fərdlərin nitqində dil öz həqiqi təsdiqini tapır» (V. Humbolt
). 
Dil ünsiyyət vasitəsi olmaqla, həm də fikri təcəssüm etdirmə 
alətidir. Bu dilin ekspressiv vəzifəsi adlanır. Ekspressivlik həm 
də emosionallıq anlayıĢı ilə bağlıdır. Lakin bir çox hallarda bu iki 
anlayıĢ qarıĢdırılır. Halbuki ekspressivlik emosionallıqdan daha 
geniĢ anlayıĢdır və özündə həm emosionallığı, həm də intel-
lektual və iradi baĢlanğıcı əks etdirir. Belə ki, 
«…ekspressiya 
nitqin ifadəli, rəngarəng və təsirli olmasının vacib şərtidir»
4

Dili iĢarələr sistemi , nitqi isə bu sistemin təzahürü kimi 
dəyərləndirməklə kommunikasiya ilə bağlı sualları cavablan-
dırmaq olar. Qeyd edək ki, bu suallara cavab verilməsi o qədər 
də asan deyildir. Ən azı ona görə ki, kommunikasiyanı 
dəyərləndirmək üçün tətbiq olunan meyarların heç biri universal 
deyildir. 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə