Işmaqdansa


üslubiyyat dilin ehtiyatları



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə55/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   51   52   53   54   55   56   57   58   ...   132
kommunikasiya kitab;

üslubiyyat dilin ehtiyatları, 
işlənməsi və ifadəlilik imkanlarını öyrənən elm sahəsidir. 
Bir qədər də geniĢ açıqlasaq, üslubiyyat dilin ifadəlilik 
vasitələrinin məqsədəuyğun Ģəkildə istifadə edilməsinin qayda 
və qanunlarından, xüsusiyyət və əlamətlərindən, habelə ifadə 
vasitələrinin sistem təĢkil etməsi xüsusiyyətlərinə görə 
formalaĢan müxtəlif üslubların əlamətdar cəhətlərindən bəhs 
edən bir elmdir. Üslubiyyat üç bölmədən ibarətdir: 
I. Leksik-
qrammatik üslubiyyat.
Bu bölməni üslubi 
ehtiyatlar bölməsi də adalandırırlar. Dil vahidlərinin neytrallığı, 
üslubi çalarlıq, emosional-üslubi çalarlıq, söz və söz 
birləĢmələri, cümlələrin variantları bu bölmədə öyrənilir. Daha 
doğrusu 
leksik 
qrammatik 
üslubiyyat 
dil 
vahidlərinin 
«pasportlaĢması» prob-lemini öyrənməklə məĢğuldur. 
II. Funksional üslubiyyat
.
Ədəbi dilin üslublar sistemini 
öyrənən bölməsidir. 
III. Nitq üslubiyyatı.
Nitqin predmeti və məqamına uyğun 
olaraq mətnin quruluĢu qanunauyğunluqlarının öyrənilməsi ilə 
məĢğul olur. 
Göründüyü kimi, dil üslubiyyat üçün baza rolunu oynayır. 
Lakin dil və üslub problemlərinin öyrənilməsi üçün göstərilən 
bölmələrin hər üçünün vəhdəti olmalıdır. 
Üslub (stil) termini yunan mənĢəli 
«stilios»
sözündədir. 
Hərfi tərcüməsi 
«çubuq»
mənasındadır. Ərəbcə «üslub» tərz, 
düzmək mənalarına yaxındır. Qədim dövrlərdə yazı mumla 
örtülü taxta lövhələrdə itiuclu çubuqla yazılardı, daha doğrusu 
cızılardı. «Stil» adlanan çubuğun digər ucu isə yastı yonulardı. 
Səhv yazını düzəltmək üçün çubuğun yastı ucu ilə mumu 
hamarlayıb təzədən yazardılar. Bu isə bir daha onu təsdiqləyir 
ki, üslubiyyat (stilistika) yarandığı dövrdən praktik əhəmiyyətli 
olub və dildən düzgün istifadə olunmasına xidmət edib. Ancaq 
bu sahədə elmi araĢdırmalar əsasən əsrimizin ortalarına 
təsadüf etdiyindən üslubiyyatı cavan elm sahəsi adlandırırlar. 
Əslində üslub termini çoxmənalıdır və mənĢəcə ərəb dilinə 


67 
məxsusdur. Ədəbi dilimizə orta əsrlərdən keçən həmin söz 
hazırda «stil» terminin qarĢılığı kimi iĢlənir. 
Ədəbi dildə gedən funksional ixtisaslaĢmanın bəĢər 
mədəniyyətinin ən böyük nailiyyətlərindən olan yazı ilə bağlılığı 
üslubiyyatın bu və digər dərəcədə hələ qədimdən mövcud -
luğuna Ģübhə doğurmur. Funksional üslublar da tarixi kateqo- 
riyadır və ədəbi dilin inkiĢaf səviyyəsinin konkret mərhələsində 
bu və ya digər üslub yaranır, inkiĢaf edir və hətta sıradan çıxır. 
Funksional üslubların ədəbi dildə sayı ilə bağlı fikir ayrılıqlırının 
mövcudluğu da məhz bu qeyri konkretliklərlə izah olunur. 
Yuxarıda qeyd etdiyimiz kimi təfəkkür tərzi ilə vəhdət təĢkil 
edən kommunikativ ixtisaslaĢma prinsipi əsas götürüldükdə 
müasir Azərbaycan dilində aĢağıdakı funksional üslublar 
mövcuddur: 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə