Işmaqdansa



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə115/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   111   112   113   114   115   116   117   118   ...   132
kommunikasiya kitab;

N. Forma-
novskaya
haqlı olaraq yazır: – 
«Etiketin təsir gücü onun 
səciy-yəvi sosial və linqvistik mahiyyəti ilə bağlıdır. Əgər 
yaşadığın cəmiyyətdə, işlədiyin mühitdə yad görünmək 
istəmirsənsə, sən öz öhdənə düşənləri icra etməlisən. 
Bunu səndən gözləyirlər və yeri gəlsə tələb də edərlər. 
Linqvistik planda isə nitq etiketi nitq fəaliyyətidir. Belə çıxır 
ki, biz etiketlə həqiqi mənada «iş görürük»
35
. Bu iĢ birbaĢa 
nitqin (ünsiyyətin) məqsədli olmasın-dan və məqamla 
bağlılığından irəli gəlir. 
Yuxarıda biz etiketi cəmiyyətin (kollektivin, fəaliyyət sfera-
sının) sosial tələbi olduğunu qeyd etmiĢdik. Deməli, nitq etiketi 
də insanın nitq davranıĢının tənzimləyicisi olmaqla sosial rol, 
sosial funksi
yalardan kənar baxılmamalıdır. 
Yazılı kommunikasiyada, daha çox iĢgüzar məktublar yazı-
larkən, etiket qaydalarının gözlənilməsi məktub müəllifi və 
yaxud onun təmsil etdiyi təĢkilatla iĢgüzar münasibətlərin 
qurulması və pozitiv istiqamətdə inkiĢafına kömək etməklə gələ-
cək əməkdaĢlığın sağlam təməl üzərində qurulmasına, qarĢılıqlı 
fayda əldə edilməsinə və etibarlı tərəfdaĢlığın möhkəmlən-
məsinə xidmət edir. Məktubun əvvəlində həmiĢə qarĢı tərəfə adı 
ilə müraciət edin, bu etibar təlqin edir. Ən əsası isə məktubu 
ünvanladığınız insanın adının düzgün yazılmasıdır. YaxĢı olar 
ki, dialoqun əvvəlində salamlaĢmaq və ya ətraflı cavab üçün 
təĢəkkür etmək məsləhətdir.Bunun xoĢ olacağına əminlik lazım-
dır. Məktubu mümkün qədər bir ünvana göndərmək lazımdır. 
Ümumiyyətlə,iĢgüzar etiketdən söhbət getdiyi halda «yazıĢ-
maların qızıl qaydalarını»təkrar xatırlatmamağa ehtiyac duyulur. 
1. Məktublar həmiĢə müraciətlə baĢlamalıdır. 
2. Məktubun mövzusu bilinməlidir. 
3.GöndərməmiĢdən əvvəl orfoqrafik səflər düzəldilməli, 
durğu iĢarələrinin yerində olması yoxlanılmalıdır. 
4. Məktubun quruluĢu (strukturu) bitkin olmalıdır. 
5. Fikir düzgün formalaĢmalıdır. 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə