Işmaqdansa



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə114/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   110   111   112   113   114   115   116   117   ...   132
kommunikasiya kitab;

etiquette

yarlık, etiketka) olan etiket
34
in-
sanlar arasındakı münasibətlərin zahiri görüntülərini əks etdirir, 
kollektiv daxilində və bütovlükdə cəmiyyətdə mənəvi-psixoloji 
mühitin qorunub saxlanmasına təsir göstərir. Etiket Ģəxsiyyətin 
mədəni səviyyəsinin güzgüsüdür və çoxsaylı «yazılmamıĢ qa-
nunlardan» doğan tələbdir. Mənbələrdə etiket sözünün Fran-
sada yarandığı və ilk dəfə 
Y. Lüdovik
tərəfindən tətbiq 
olunduğu göstərilir. Qətiyyətlə demək olar ki, bu yanlıĢ 
qənaətdir. Etiketin tarixi insanlığın tarixi qədərdir desək daha 
doğru olar. Lakin saraydaxili münasibətlər etiketə qoyulan 
tələbləri, bir növ, qanu-niləĢdirmiĢdir. Bəzən bu tələblər o 
dərəcədə qatı olmuĢdur ki, insanlar etiketin quluna çevrilmiĢdir 
və faydasından çox ziyanı olmuĢdur. 
Bu tələblər sosial varlıq olan insan qarĢısında müəyyən 
öhdəliklər qoyur və müəyyən məqamlarda bu öhdəliklərin icrası 
arzudan çox zərurətlə izah olunmalıdır. Lakin salamlaĢmaq 
üçün təkcə söz azdır. Bunun üçün çoxsaylı jestlərdən istifadə 
34
Termini Aristotel (e.
ə
. 384-322) t
ə
r
ə
find
ə
n d
ö
vriyy
ə
y
ə
burax
ı
lm
ış
d
ı
r. 


145 
olunur. Diplomatik dairələrdə isə salamlaĢmaq etiketi 
özünəməxsus incəliklərlə bağlıdır. Hər hansı məclisə gələrkən 
orada bir neçə nəfər toplaĢıbsa hökmən birinci salam vermək 
lazımdır. 

KiĢi qadına birinci salam verməlidir. 

Dəvət olunan məclisə gələrkən birinci ev sahibləri (öncə 
evin xanımı, sonra isə kiĢisi ilə) görüĢmək qaydadır. 

KiĢi ilə görüĢərkən birinci əl uzatmaq lazımdır. 

Qadınla salamlaĢarkən baĢ əyməklə də kifayətlənmək 
olar. Əgər o özü birinci əl uzadarsa, əl vermək lazımdır. Bu 
zaman qadının əlini var gücü ilə sıxmaq və yaxud davamlı 
olaraq sağa-sola (yuxarı-aĢağı) silkələmək ədəbsizlik niĢa-
nəsidir. Bir çox hallarda kiĢilər qadınların əlini öpməyə üstünlük 
verirlər. Bütün bu hərəkətlər özünü gözə soxmaq cəhdindən irəli 
gəlməməlidir və səmimilik ifadə etməlidir. 
Hər hansı məclisə qadın təĢrif buyurursa, kiĢilərin ayağa 
durması məsləhətdir. Məclisdəki yaĢlı insanlar ayağa 
qalxmazsa, bunu onlara qəbahət saymamaq olar. 
Eyni yaĢda olan adamlar arasında münasibətlər tərəflərin 
tutduğu vəzifə, ictimai mövqeyi nəzərə alınmadan, səmimi ol-
malıdır. Hər kəs çalıĢıb birinci salam verməyi özünə borc 
saymalıdır. 
Qadınların əlcəklə əl verməsi normal haldır. KiĢilər üçün isə 
belə hərəkət ədəbsizlikdir. Bir kəslə tanıĢ olduqda yaxınlaĢıb əl 
verməmiĢdən əvvəl özünü təqdim etmək lazımdır. Bu zaman 
ad, familiya bildirilməlidir. TanıĢlıq zamanı papağı çıxarmaq, 
yaxud azacıq qaldırmaq lazımdır. 
Etiket anlayıĢı bütövlükdə insan fəaliyyətinin bütün sahə-
lərini əhatə edir. Biz gündəlik həyatda çoxsaylı etiket element-
lərindən istifadə edirik. Kiminləsə salamlaĢırıq, kiməsə təĢəkkür 
bildiririk. Bir baĢqasına «Əmi, buyurun əyləĢin» deyə müraciət 
edib metroda yerimizi təklif edirik. Elə məqamlar olur ki, təəssüf 
hissimizi bildiririk, baĢsağlığı veririk. XahiĢ etdiyimiz məqamlar 
da az olmur. Bütün bunlar həm rəsmi, həm də qeyri-rəsmi 
Ģəraitdə baĢ verir. 


146 
Etiket problemlerinin tədqiqatçılarından sayılan 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə