Işmaqdansa



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə20/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   16   17   18   19   20   21   22   23   ...   132
kommunikasiya kitab;

 


25 
 
İşgüzar müzakirə və mübahisə 
Birisi
ilə mübahisə edəndə çalış ki, sözlərin 
ipək kimi yumşaq olsun, dəlillərin isə möhkəm. 
Rəqibini susdurmağa yox, inandırmağa çalış. 
Corc Uilks (ingilis publisisti) 
Mübahisə və müzakirə anlayıĢlarına bir yerdə baxılması 
onunla bağlıdır ki, hər bir müzakirə bu və ya digər dərəcədə 
mübahisə ilə tamamlanır. Əslində müzakirənin özü də müba-
hisədir. Həqiqətin ortaya qoyulması naminə aparılan müzakirə 
(diskussiya)
5
faydalı mübahisədir. Bu zaman tərəflər yüksək 
dərəcədə intizamlı olmaları, bir-birinə hörmətlə yanaĢmaları ilə 
hadisələrin məcradan çıxmamasına nəzarət edirlər. Ortaq nəti-
cənin əldə olunması konstruktiv müzakirə nəticəsində mümkün 
olduğundan ünsiyyət aktının iĢtirakçıları müzakirə olunan hər bir 
məsələ ətrafında ilk öncə dərin düĢünməlidir. Əgər biz müza-
kirəni diskussiya kimi qəbul ediriksə, onda mübahisə polemika 
kimi qiymətləndirilməlidir. Bu zaman tərəflərin problemə müna-
sibəti ziddiyyətli olur. 
Xatırladaq ki, ünsiyyət prosesində bəzən heç nəyə məhəl 
qoymadan qarĢı tərəfi öz iradəsinə tabe etmək cəhdində olanlar 
da tapılır. Xüsusilə status vəziyyəti bu faktora yol aça bilir. Təbii 
ki, nitq mədəniyyəti və etiket daxilində bu hadisəyə qismən 
haqq qazandırmaq olar. Nəyin bahasına olursa olsun müba-
hisəni udmaq cəhdi 
«eristika»
termini ilə adlandırılır. Xüsusilə 
status vəziyyəti yüksək, yaĢlı insanlar bu tipli davranıĢa meylli 
olurlar. Belə çıxır ki, özündən böyüklə mübahisə etmək yer-
sizdir. Əslində isə 
«Nadan adamlarla səmimi mübahisə 
etmək mümkün deyildir» (Mişel Monten)

Doğrudur, mübahisə sözü qiymətvericilik cədvəlində mənfi 
bölgüdə baxılan sözdür. Mübahisə etməyin faydasız olduğunu 
bildikdə belə, insanlar müəyyən qaydalar daxilində buna yol 
5
Diskussiya
(discussio) – latın dilində araşdırmaq, aydınlaşdırmaq, mənasındadır; 
polemika – qədim yunan dilində «polemikos» qəzəbli, düşmənçilik deməkdir. 


26 
vermək cəhdindən uzaqlaĢa bilmirlər. Bu qaydalar, tam məna-
sında, universal olmasa da müəyyən məqam daxilində tərəflərin 
qarĢılıqlı münasibətində önəmli sayıla bilər. ĠĢgüzar kommuni-
kasiya daha çox əməkdaĢlığa xidmət edən, ümumi iĢə fayda 
gətirən məqamlar ətrafında aparıla bilər. Əks halda bu ziyanlı 
prosesdən bacardıqca uzaq olmaq məsləhətdir. Mübahisə 
edərkən yadda saxlamaq lazımdır: 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə