Işmaqdansa


Trumen. Bu sualı sovet nümayəndə heyəti necə baĢa  düĢür?  Stalin



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə28/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   24   25   26   27   28   29   30   31   ...   132
kommunikasiya kitab;

Trumen.
Bu sualı sovet nümayəndə heyəti necə baĢa 
düĢür? 
Stalin.
Almaniya müharibədən sonra olduğu kimi. BaĢqa bir 
Almaniya yoxdur. Mən bunu belə qəbul edirəm. 
Trumen.
Bəlkə Almaniyanı müharibədən əvvəlki kimi, yəni 
1937-
ci ildə olduğu kimi təsəvvür edək? 
Stalin.
1945-
ci ildə olduğu kimi. 
Trumen.
Ġndi faktiki olaraq Almaniya yoxdur. O 1945-ci ildə 
hər Ģeyi itirib. 
Stalin.
Almaniya, necə deyərlər, indiki halda yalnız coğrafi 
addır. Bunu belə də qəbul etmək lazımdır. Müharibənin 
nəticələrindən qaçmaq lazım deyildir. 
Trumen.
Hər halda «Almaniya» anlayıĢına aydınlıq 
gətirilməlidir.Belə düĢünürəm ki,1886-ci il, 1937-ci il Almaniyası 


34 
1945-
ci il Almaniyası ilə eyniləĢdirilə bilməz. 
Stalin.
O müharibənin nəticəsinə görə dəyiĢmiĢdir. Biz 
bunu qəbul edirik.
7
Göstərilən nümunə bir daha təsdiqləyir ki, ən adi bir söz 
diplomatiyada əsl fikir ayrılığına səbəb ola bilər. Lakin ustalıq 
ondadır ki, ən mürəkkəb Ģəraitdə də qarĢı tərəfin məqsədini, nə 
demək istədiyini müəyyənləĢdirə biləsən. Sözün lüğətlərdəki 
mənaları danılmaz olsa da, danıĢanın və dinləyənin bu 
mənadan istədiyi vaxt yan ötməsi əsl polemikaya yol açan 
amildir. 
G
östərdiyimiz nümunə həm dialoq, həm müzakirə, həm də 
mübahisə kimi baxıla bilər. Bu məsələlər ətrafında ayrıca 
söhbət açacağımızdan hələlik dialoq ətrafında fikirlərimizi bir 
qədər də konkretləĢdirək. 
Dialoq əsasən iki nəfər arasında ünsiyyət, fikir bölüĢməsi, 
informasiya mübadiləsi prosesidir. Lakin unutmayaq ki, real 
həyatda bu cür ideal nitq mübadiləsi yalnız müəyyən 
məqamlarda qorunub saxlanıla bilir. 
Elə məqamlar var ki, ünsiyyətin iĢtirakçıları çoxsaylı olur. Bu 
zaman nitq predmetinə, hətta konkret motivlərlə bağlı olduqda 
belə, münasibət müxtəlif olur. Bu tipli ünsiyyəti 
poliloq 
adlandırırlar. Misal üçün, Azərbaycan Respublikası Preziden-
tinin Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqiĢəsinin 
nizamlanması ətrafındakı fikir bölüĢmələri, Milli Məclisin 
sessiyalarındakı müzakirələr poliloq kimi bir çox elementləri ilə 
diqqəti çəkir. 
Televiziya kanallarında populyarlıq qazanan «Ailələr, 
talelər» (AzTV-1) «Bu bizik» (Space), «Sədadan sonra» (Lider) 
proqramları da bu qəbildəndir. 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə