Işmaqdansa



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə27/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   23   24   25   26   27   28   29   30   ...   132
kommunikasiya kitab;

«fikir plüralizmi»
termini bir tərəfdən söz 
aĢkarlığı, digər tərəfdən isə fikir azadlığını əks etdirir və bu 
mənada polemikanın start nöqtəsidir. Lakin mübahisə və 
müzakirə anlayıĢları eyniləĢdirilməməlidir. Məqsəd baxımından 
hər iki halda eyni proses baĢ versə də, forma planında bu iki 
anlayıĢ bir-birindən fərqlidir. Etik qaydaları bilən hər kəs, hətta 
polemikada üstünlüyü olduqda belə, aĢağıdakıları gözləməlidir: 
1. 
QarĢı tərəfi öz acizliyini etiraf etməsinə cəhd göstəril-
məməlidir. Qalib tərəf öz tərəf müqabilinə hörməti ilə ucalığını 
təsdiqləməlidir. 
2. 
Qalib tərəf öz daxili sevincini büruzə verməməlidir. Bu 
qarĢı tərəfə həm mənəvi, həm də psixoloji zərbə ola bilər. 
Mübahisə etməyi öyrənmək, onun qaydalarına əməl etmək 
yüksək ünsiyyət mədəniyyətindən soraq verir. Nitq (ünsiyyət) 
prosesində insan hər hansı informasiyanı ötürür, hansısa 
hadisəni, prosesi Ģərh edir və bu zaman polemikaya doğru ilk 
addım atılmıĢ olur. Bunu Ģərtləndirən amillər arasında dinləyici 
faktoru ön sırada durur. 
Çünki nitq bütün məqamlarda məqsədlidir və ən azı iki 
tərəfin iĢtirakını tələb edir. Nitq predmeti ətrafında hansısa 
nöqtədə fikir ayrılığı yaranmayacağına təminat vermək çətindir. 
Odur ki, nitq mədəniyyətinin incəliklərinə bələdlik, hətta 
mübahisə etdikdə də, həm dinləyici, həm danıĢan üçün olduqca 
zəruridir. Diplomatlar, siyasət adamları, adətən, polemikadan 
uzaq olmağa çalıĢırlar. Bu heç də təslimçilik psixologiyasından 
irəli gəlmir. Sadəcə, tərəflər öz taktika və strategiyaları hüdud-
larında kompromis yoluna üstünlük verirlər. Qaçılmaz hadisə 
olan polemikanın əsas prinsiplərinə əməl olunması, sonucda 
anlaĢmaya xidmət edir. Bu prinsiplər aĢağıdakılardır: 
1. 
Adresatın fikirlərinə hörmətlə yanaĢmaq. Onu baĢa 
düĢməyə səy göstərmək. 
2. 
Ümumi məxrəcə gəlmək naminə öz Ģəxsi istəklərini 
qurban verməyi bacarmaq, problemə qarĢı tərəfin gözü ilə 
baxmaq və obyektiv qərar qəbul etmək. Lakin bu o demək 


33 
deyildir ki, 
hər dəfə qarĢı tərəfin nazı ilə oynamaq, onun 
iradəsinə təslim olmaq faydalıdır. Əksinə, dövlətçilik, ərazi 
bütövlüyü, milli maraqlar heç nəyə qurban verilə bilməz. Dağlıq 
Qarabağ münaqiĢəsinin nizamlanması yolunda Azərbaycan 
dövlətinin baĢçısının ən müxtəlif səviyyəli görüĢlərdə və bu 
görüĢlər zamanı apardığı danıĢıqlarda nümayiĢ etdirdiyi 
diplomatik ustalıq bu mənada əsl örnəkdir. 
3. 
Bərabərlik Ģəraiti yaranmasına nail olmaq. QarĢı tərəfə 
hər hansı formada təzyiq göstərməmək, riĢxənd etməmək, Ģərəf 
və ləyaqətinin alçalmasına yol verməmək. Qeyd edək ki, 
beynəlxalq praktikada beynəlxalq konfransların keçirilməsi, 
diplomatik danıĢıqların aparılması, görüĢlər və söhbətlərin apa-
rılması ilə bağlı bütün incəliklər diplomatik protokolun tələbləri 
ilə nizamlanır. 
Göstərilən prinsiplərin həyata necə vəsiqə qazandığına 
1941-45-
ci illər Ġkinci Cahan savaĢından sonra məğlub Alma-
niyanın gələcək taleyini müəyyənləĢdirən Potsdam konfran-
sında üç dövlət baĢçının «Almaniya» adı ilə bağlı mübahisə-
sində izləmək olar. 
Çörçill.
Mənim bircə sualım var. Biz burada tez-tez 
«Almaniya» sözünü iĢlədirik. «Almaniya» nə bildirir? Bu sözü 
müharibəyəqədərki mənasında baĢa düĢmək olarmı? 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə