Işmaqdansa


açıq sual » kimi təqdim etdiyimiz sual növü bəzən « əsl sual



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə51/132
tarix22.02.2023
ölçüsü3,12 Mb.
#101227
1   ...   47   48   49   50   51   52   53   54   ...   132
kommunikasiya kitab;

açıq sual
» kimi təqdim etdiyimiz sual növü bəzən «
əsl sual
» 
adlandırılır və bildirilir ki, bu real Ģəkildə cavabı gözlənilən, və 
yaxud cavab verilməsi zəruri sayılan sual cümləsidir (
Axşam 
evdə olacaqsan?

Kənddən nə vaxt qayıtmısan?
və s.). Bu tipli 
yanaĢmanın da müəyyən müsbət cəhətləri var. 
Diqqətlə yanaĢsaq görərik ki, bəzən suallar təsdiq edir, yəni 
sual elə qoyulur ki, ona mütləq müsbət, özü də təsdiq Ģəklində, 
cavab qaçılmaz olur 
(
Mən deyənlərin özünüz şahidi olma-
mısınız?
 
Olmusunuz
).
Bəzən isə sual tərzində inkar əksini 
tapmıĢ olur. 
(
Bəlkə düşünürsünüz ki, mənim ağlım işləmir?

Bəs mənim gözlərim kordur?
).
RazılaĢmalıyıq ki, emosi-
onallığa xidmət edən çoxsaylı suallar ritorik xarakterlidir, yəni 
birbaĢa cavab tələb olunmadıqda belə diqqəti çəkmək, 


61 
dinləyiciyə təsir göstərmək imkanları olduqca geniĢdir 
(
Görəsən 
yazım-yazma-yım?

İndi mən nə etməliyəm?
). 
Əslində 
danıĢan «
məsləhət-sualı
»na üz tutmaqla sonrakı fikirlərinin 
açıqlanmasına Ģərait yaradır.Bütün hallarda dinləyici sualların 
üç növündən biri ilə üzləĢir və buna müvafiq cavab hazırlayır. 
Bəzi mənbələrdə sualların çeĢidlənməsində daha çox 
məqsəd meyarı ön plana çəkilir. Tutaq ki, müəllim dərsə baĢ-
lamamıĢdan auditoriyaya 
«Ötən mühazirəmizdə biz nədən 
danışmışdıq?»
 
– 
sualı ilə müraciət edir. Bu sırf açıq sualdır. 
Lakin bunun «
süzgəc sual
» kimi qiymətləndirildiyinə də rast 
gəlirik. Burada əsas meyar dinləyənin, auditoriyanın yeni müha-
zirəyə, yeni informasiyanı qəbul etməyə nə dərəcədə hazır 
olduğunu öyrənməkdir. 
Yeri gəlmiĢkən, qeyd olunmalıdır ki, sualları kompüterdən, 
internet Ģəbəkəsindən və digər informasiya mənbələrdən də 
götürmək olar. Lakin bunu canlı ünsiyyət prosesi ilə eyniləĢ-
dirmək doğru deyildir. 
DanıĢmaq yalnız insanlar
 
arasında baĢ verən bir prosesdir. 
Sual cümlələrinin qrammatik vasitələri onları nitq axarında 
dərhal seçməyə imkan yaradır. Yəni kommunikativ baxımdan 
sual cümləsi nəqli, əmr və nida cümlələrinə qarĢı qoyulur. Bu 
vasitələr əsasən aĢağıdakılardır: 

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə