İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq



Yüklə 1,02 Mb.
səhifə11/86
tarix22.03.2024
ölçüsü1,02 Mb.
#182938
1   ...   7   8   9   10   11   12   13   14   ...   86
Istehlak-i-davranisi-az-m-hazir-l-r

Yoxlama sualları

  1. Marketinq fəaliyyətinin nüvəsini nə təşkil edir?

  2. Konsepsiyaların hansı inkişafı erası mövcuddur?

  3. Marketinq konsepsiyası hansı şərtlər əsasında qurulmuşdur?

  4. “İstehlakçı davranışının idarə edilməsi” kursunun predmeti və vəzifələri.

  5. İstehlakçıların davranışı ilə fundamental elmlərin əlaqəsi.

  6. Daha çox nə inandırıcıdır: obrazlar, yoxsa statistika?



Ədəbiyyat siyahısı

  1. Алешина И.В. Поведение потребителей. Учебное пособие. М.: Фаир-Пресс, 2000

  2. Блэкуэлл Р.Д., Минидиард П.У., Энджел Дж. Поведение потребителей, СПб.: Питер, 2007

  3. Василев А.Г. Поведение потребителей: Учебное пособие. М.: Вузовский учебник, 2004

  4. Денисова Е.С. Поведение потребителей. – М., 2005

  5. Соловьев Б.А. Изучение потребителей. – М., 2002

Mövzu 2. İstehlakçı təmayüllü təşkilatlarda marketinq strategiyasının hazırlanma xüsusiyyətləri
Plan

  1. Marketinq strategiyası anlayışı və istehlakçı təmayüllü təşkilatların özəllikləri.

  2. İstehlak bazarının seqmentləşdirilməsi

  3. Qlobal bazarlarda tətbiq edilən marketinq strategiyaları

1. Marketinq strategiyası anlayışı və istehlakçı təmayüllü
təşkilatların özəllikləri
Marketinq malların və xidmətlərin bazarda hərəkətindən daha böyük bir şeydir. Alıcıya şirkətin təklif etdiyi malı aldırmaq satışın vəzifəsidir. Marketinqin köməyi ilə müəssisə istehlakçıya lazım olan şeyi etməyə məcbur edilir. Marketinq istehsal qüvvəsi ilə istehlakçının qarşılıqlı əlaqəsinə əsaslanan ikitərəfli prosesdir.
Marketinq məmulat və xidmətlərin işlənib hazırlanmasını, qiymət siyasətini, malların istehlakçıya tərəf hərəkətini və satışı planlaşdırma və idarə etmə prosesidir ki, bu yolla əldə edilmiş nemətlər bolluğu istər ayrı-ayrı şəxsiyyətlərin, istərsə də təşkilatların tələbatının təmin olunmasına gətirib çıxarsın. Müasir marketinq konsepsiyası müəssisələrin bütün fəaliyyət növlərinin istehlakçı tələbatını bilməyə və perspektivdə onu dəyişməyə əsaslanmasından ibarətdir. Marketinqin məqsədlərindən biri istehsalı alıcıların təmin olunmamış tələbatını təmin edilməsinə yönləndirmək üçün həmin tələbatı aşkara çıxarmaqdır. Marketinq sistemi malların istehsalını tələbatdan funksional olaraq asılı edir və istehlakçıya lazım olan miqdarda və çeşiddə mal istehsal etməyi tələb edir.
Strategiya müəssisənin əsas uzunmüddətli məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyət kursunun təsdiq edilməsi və həmin məqsədlərə nail olmaq üçün tələb olunan resursların bölüşdürülməsi deməkdir.
Hal-hazırda biznes mühitində strategiya:

  • müəssisənin məqsədlərinin uzlaşdırılmasını, təşkilatın imkanlarını və işçilərin maraqlarını təmin edən əsas fəaliyyət istiqamətidir;

  • problemlərin prioritetini və əsas məqsədə çatmaq üçün resursları müəyyən edən fəaliyyət proqramıdır (strateji planıdır);

  • məqsədlərin qarşıya qoyulması və həmin məqsədlərə nail olmaq üçün müvafiq siyasətin işlənib hazırlanmasıdır;

  • rəqabət mübarizəsində üstünlük verən ideyadır;

  • müəssisənin işi üçün perspektiv istiqamətlər məcmusudur.

Marketinq strategiyası orta və qısa vədəli dövrün vəzifələrini effektiv həyata keçirməyə imkan verəcək strateji qərarların işlənib hazırlanması deməkdir.
Marketinq strategiyasının işlənib hazırlanması aparılan marketinq tədbirlərinin effektivliyini təmin etmək üçün lazımdır. İstehlak bazarlarında marketinq strategiyasını işləyib hazırlamaq və realizə etmək istənilən şirkətdən çeviklik, bazar mexanizmlərini anlamağı, uyğunlaşmağı və bəzi hallarda xüsusi marketinq metodları vasitəsilə bu mexanizmlərin işinə təsir etməyi tələb edir.
Ansoff strategiyanın bir neçə fərqli özəlliyini qeyd edir:

  • strategiya işlənib hazırlanması prosesi hər hansı təcili fəaliyyətlə tamamlanmır. Adətən bu proses firmanın inkişafını və mövqeyinin möhkəmlənməsini təmin edəcək ümumi istiqamətlərin müəyyən olunması ilə başa çatır.

  • formalaşdırılmış strategiya strateji layihələrin, axtarış metodlarının işlənib hazırlanması üçün istifadə olunmalıdır. Strategiyanın axtarışdakı rolu əvvəla, diqqəti müəyyən sahələrdə və ya imkanlarda cəmləşdirməkdən, ikincisi, qalan imkanları strategiyaya uyğun olmadığına görə rədd etməkdən ibarətdir. Hadisələrin real gedişi təşkilatı arzu olunan nəticəyə çatdırdığı anda bu strategiyaya olan ehtiyac aradan qalxır. Strategiya formalaşdırıldığı zaman konkret tədbirlər layihəsi tərtib edərkən açılacaq bütün imkanları qabaqcadan görmək mümkün deyil. Ona görə də müxtəlif alternativlər barədə ümumiləşdirilmiş, natamam və qeyri-dəqiq informasiyadan istifadə etmək lazım gəlir.

Daha dəqiq informasiya əldə etdikdə ilkin strategiyanın əsaslılığı şübhə altına alına bilər. Ona görə də vaxtında yenidən formalaşdırılmış strategiyanı təmin etməyə imkan verən əks əlaqə lazımdır.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə