İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Kommunikativ davranışın göstəriciləri



Yüklə 1,02 Mb.
səhifə24/86
tarix22.03.2024
ölçüsü1,02 Mb.
#182938
1   ...   20   21   22   23   24   25   26   27   ...   86
Istehlak-i-davranisi-az-m-hazir-l-r

4. Kommunikativ davranışın göstəriciləri
Novatorluqla müsbət şəkildə əlaqəsi olan kommunikativ davranış göstəricilərinə aşağıdakılar daxildir:

  • sosial aktivlik;

  • sosial sistemlə əlaqə;

  • kosmopolitizm;

  • kütləvi informasiya vasitələri ilə təmas;

  • şəxsiyyətlər arası ünsiyyət kanalları ilə təmas;

  • innovasiyaları bilmək.

Şəxsiyyətin özəllikləri ilə onun istehlak sferasındakı vərdişləri arasında əlaqə axtarışında istehlakçılar üzüyola, aqressiv və müstəqil olaraq təsnif olunur.
Üzüyola adamlar tənhalığı sevmir, sevgiyə, nəvazişə, yardıma, idarə olunmağa ehtiyac duyurlar. Bu ehtiyaclar onların bəzən həddən artıq xeyirxah və həssas olmasından irəli gəlir, istənilən tənqid onları utandırır və kənar təsirə açıqdırlar.
Aqressif (işcanlı) adamlar uğura can atır, həyatı rəqabət hesab edirlər. Ətrafdakıların onları bəyənməsini, tərifləməsini istəyirlər, lider qabiliyyətinə malikdir.
Müstəqil adamlar başqalarından emosional və davranış baxımından seçilməyə çalışırlar; öz üzərinə məsuliyyət və ya öhdəlik götürmək istəmir, ətrafdakıların xoşuna gəlməyə çalışmırlar.
Hər bir şəxsiyyət tipində onları başqalarından fərqləndirən unikal cəhətlər var. Amma praktika göstərir ki, bir çox insanda birdən çox tipajın elementi mövcuddur.
Şəxsiyyət tipləri ilə onların məhsul və markalara üstünlük vermə və istifadə etmə əmsalları arasında müəyyən uyğunluq var. Məsələn, çox üzüyola insanlar az üzüyola insanlara nisbətdə ən azı ayda bir neçə dəfə ağız yaxalamaq üçün mayelərdən istifadə edir, şərab içir. Sınaqlar zamanı özünü aqressiv insan kimi göstərmiş respondentlər az aqressiv olan adamlara nisbətən daha çox dezodorant almışdır. Üzüyola və müstəqil adamlar həftədə bir neçə dəfə çay içir, aqressivlər isə daha az içir.
Ənənəyə oriyentasiya bəzi istehlakçı qruplarının davranışını anlamaq üçün xüsusi əhəmiyyətə malik ola bilər.
İndividuumların ekstravertlərə və intravertlərə bölünməsi Karl Yunqun psixoanaliz nəzəriyyəsi əsasında aparılır. Belə hesab olunur ki, ekstravertlərdə baş beyin qabığının qıcıqlanma səviyyəsi intravertlərlə müqayisədə daha aşağıdır, ona görə də onların oriyentasiya olunmuş ətraf təcrübənin verdiyi əlavə qidaya ehtiyacları var. Yüksək səviyyəli qabıq stimulasiyasına malik olan intravertləri adətən səsli – küylü, qıcıqlandırıcı hadisələr və situasiyalar həyəcanlandırır. Yüksək ekstravertlik göstəricisi çoxlu spirtli içki içməklə əlaqəlidir və nəticədə ekstravertlər intravertlərə nisbətən daha çox stimulasiya axtarır və onu vaxtlarını barlarda keçirərək tapırlar.
Ekstravertlər daha ünsiyyətcil, fəal və impulsivdirlər. İntravertlər isə, əksinə, sakitdirlər, tənhalığa can atırlar, qapalı və ehtiyatlıdırlar.
Özünü realizə etmə konsepsiyası insanın gündəlik həyatında təzahür edir: kamilliyə can atma, özünə nəzarət, fantaziyalar və özü özünə hədiyyə etmə.
Əksər insanlar çox yaxşı bilirlər ki, müxtəlif situasiyalar şəxsi sosial gözləntilərlə xarakterizə olunur və buna görə də öz davranışlarını müvafiq şəkildə dəyişirlər. Bu özünə nəzarət adlanır. Özünə nəzarət üç formada təzahür edir: davranışın sosial cəhətdən yerinə düşüb düşmədiyindən narahat olmaq; münasib özünü ifadə üsulu kimi sosial fərqliliklərə diqqət yetirmək və özün müxtəlif şəkillərdə təqdim edə bilmə və situasiyadan asılı olaraq duyğularını ifadə edə bilmə bacarığı.
M
İdeal “Mən”
üvafiq davranış

Kamilliyə can atma

Real “Mən”

Özünə nəzarət

Situativ “Mən”


Ümumiləşmiş “Mən”
Fantaziyalar

Özü – özünə hədiyyə etmə.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə