İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Şəkil. Özünü qavramaya geniş baxış



Yüklə 1,02 Mb.
səhifə25/86
tarix22.03.2024
ölçüsü1,02 Mb.
#182938
1   ...   21   22   23   24   25   26   27   28   ...   86
Istehlak-i-davranisi-az-m-hazir-l-r

Şəkil. Özünü qavramaya geniş baxış

Özünə nəzarət səviyyəsi aşağı ola insanlar öz davranışlarında şəxsi təsəvvürlərindən, duyğularından və maraqlarından çıxış etməyə meyllidirlər və deməli, onlar daha ardıcıldırlar. Bu kateqoriyadan olna insanlar reklam çağırışlarına reaksiya verir, onlar liderlərin arxasınca getməkdənsə özləri lider olmağı xoşlayır. Amma özünə nəzarət qabiliyyəti güclü inkişaf etmiş şəxslər onların ideal həyatını, yəni müəyyən sosial situasiyada izləmək istədikləri imici təsvir edən elanlara qarşı daha həssasdırlar.


Öz üzərinə riskli öhdəliklər götürmək qabiliyyəti də istehlakçıların yeni malların təklifi və kataloq üzrə satış kimi marketinq tədbirlərinə reaksiya verməsinə təsir edə bilər. Şəxsiyyətin tədqiqi zamanı risk sadəcə nəticənin qeyri-müəyyənliyindən daha böyük bir şey kimi izah olunur. Risk mümkün itkini şəxsən gözləmək deməkdir.
Xülasə
Həddən artıq güclü rəqabətin getdiyi qlobal bazar məkanında istehlakçıların motivasiyası və davranışı barədə etibarlı, əlverişli və praktik informasiyaya tələbat günü - gündən artır. Məsələ marketinq problemlərinin aşkar və həll edilməsi nəzəriyyəsini və metodikasını praktikada tətbiq etməklə bu informasiyanı necə əldə etməkdədir.
İstehlakçıların vahid universal tədqiq metodu mövcud deyil; “istehlakçıların düşüncələrinə nüfuz etmək üçün” analitiklər çoxlu müxtəlif metodlara müraciət etməli olur. Bəzən alıcının davranışındakı dəyişiklikləri müəyyən etmək üçün məhsulun xüsusi təklifinə və kuponlara və yaxud mühasibə və ya fokus qruplara əsaslanan eksperiment keçirilməsi tələb olunur.
Marketoloqlar həyat tərzi konsepsiyasını məhsulu hədəf bazarın gündəlik həyatı ilə bağlamaq üçün istifadə edir.


Yoxlama suallar

  1. İstehlakçıların hansı davranış metodlarını tanıyırsınız?

  2. Əsas metodoloji yanaşmaları xarakterizə edin: müşahidə; müsahibə və sorğular; eksperiment.

  3. Hansı amillər insanın müəyyən situasiyanı qavrama qabiliyyətinə təsir edir?

  4. AIO modelinin mahiyyəti.

  5. VALS və VALS – 2 modeli




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə