İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
1   2   3   4   5   6   7   8   9

cəmləşməlidir.  Türk  qoşun  hissələri  idarəetmə  işinə  bilavasitə  qarışmamalı, 

bütün arzu və istəklərini Azərbaycan hökuməti vasitəsilə həyata keçirməlidir”. 

Bu  problemə  dair  akademik  C.Quliyevin  gətirdiyi  bir  faktı  da  nəzərə 

çatdıraq.  N.Yusifbəyov  bir  Türkiyə  hərbi  xadiminə  demişdi:  “Osmanlı  or-

dusunun  Azərbaycana  gəlməsi  lazımdır.  Amma  bizi  qorxudan  odur  ki,  türklər 

bizi  Đstanbuldan  idarə  etməyə  qalxmasınlar...  Azərbaycanın  sosial  quruluşu 

başqadır.  Sultan  rejimi  buradakı  əhvala  uymaz.  Milli  və  demokratik  bir  idarə 

istəyirik.”. 

Həmin  günlər  Nuru  paşanın  ümumi  komandanlığı  altında  Bakını 

düşmənlərdən azad etmək kimi taleyüklü bir vəzifə həll olunurdu. Hətta belə bir 

çətin  və  məs’uliyyətli  anda  Azərbaycan  hökumətinin  Nuru  paşanın 

Azərbaycanın daxili işlərinə qarışması ilə barışmaması çox əlamətdardır. 

Nuru  paşanın  həddini  aşması  məsələsində  Azərbaycan  hökumətinin 

prinsipial mövqeyi Nuru paşanı Azərbaycanın suverenliyi ilə hesablaşmağa va-

dar etməklə nəticələndi. 

Azərbaycan-Đran  münasibətləri  haqqında.  Əsrlər  boyu  Azərbaycan  ən  çox 

bu  və  ya  başqa  şəkildə  Đran  ilə  bağlı  olmuşdur.  Onunla  ortaq  dinə,  tarixə, 

ədəbiyyat  və  mədəniyyətə  malik  olmuşdur.  XΙX  əsrin  əvvəllərində  Rusiyanın 

Azərbaycanı  işğal  etməsi  nəticəsində  Azərbaycan  xanlıqlar  şəklində  mövcud 

olan müstəqillikdən, milli dövlətçilikdən məhrum edilmiş, Azərbaycan iki yerə 

parçalanmış,  Şimali  Azərbaycan  Rusiyanın  müstəmləkəsi  olmuş,  Cənubi 

Azərbaycan Đran əsarətində qalmışdı. Lakin Rusiya-Đran sərhədləri Azərbaycan 

xalqının milli bütövlüyünü, mə’nəvi-mədəni bütövlüyünü sarsıda bilməmişdi. 

Rusiyadan  ayrılıb  müstəqil  dövlət  olan  Azərbaycan  Cümhuriyyəti  yaxın 

qonşusu Đranla diplomatik münasibətlər yaratmaqda çox maraqlı idi. Mayın 30-

da  baş  nazir  F.X.Xoyski  dünyanın  çox  dövlətlərini,  o  cümlədən  Đranı  müstəqil 

“Azərbaycan  Cümhuriyyəti”  yaradılması  haqqında  radioteleqrafla  xəbərdar 

etmişdi. 




Đran hökuməti bu xəbərə rəsmi münasibət bildirməmişdi. Lakin mə’lumdur 

ki,  Đranın  Türkiyədəki  konsulu,  M.Ə.Rəsulzadənin  ona  göndərdiyi  Đstiqlal 

Bəyannaməsini  geri  qaytarmış  və  üstəlik  rəsmi  məktubla  bildirmişdi  ki,  “biz 

Azərbaycan  adında  müstəqil  dövlət  tanımırıq,  Azərbaycan  Đranın  tərkib 

hissəsidir və ona görə də Azərbaycanın müstəqilliyinə protest edirik”. 

Bu,  yumşaq  desək,  açıq  diplomatik  nəzakətsizlik  idi.  Görünür,  bunu  Đran 

nümayəndələri özləri də tezliklə anlamışdılar. Noyabrın 18-də Đstanbulda Đranın 

Türkiyədəki elçisi Mirzə Mahmud xan Azərbaycan Cümhuriyyətinin fövqəl’adə 

nümayəndəsi  və  səlahiyyətli  naziri  Ə.Ə.Topçubaşova  demişdi  ki,  “biz  farslar 

sizin  azadlığa  qəlbən  şadıq.  Əgər  ermənilər  və  gürcülər  öz  azad  dövlətlərini 

yaradırlarsa,  nə  üçün  bunu  müsəlmanlar  da  etməsinlər.  Deməli,  biz  sizin 

müstəqilliyiniz  əleyhinə  ola  bilmərik,  biz  birinci  olaraq  sizin  müstəqilliyinizi 

təbrik etməliyik”. Buna oxşar fikri 1919-cu il yanvarın 9-da Đran Xarici Đşlər na-

ziri  M.M.Əliqulu  xan  da  Topçubaşova  bəyan  etmişdi:  “Sizi  əmin  etmək 

istəyirəm ki, müsəlmanların mənafeyi naminə biz farslar sizin Azərbaycana xoş-

bəxtlik  arzulayırıq  və  sizinlə  birlikdə  Azərbaycanın  müstəqilliyinə  şad 

olacağıq”.  Bu  fikri  yanvarın  11-də  Əliqulu  xan  bir  də  təsdiqləmişdi.  Lakin 

bunlar  dilucu  sözlər  idi.  Nə  Mirzə  Mahmud  xanda,  nə  də  Əliqulu  xanda 

Azərbaycana münasibətdə səmimilik yox idi. 

Mirzə Mahmud xan iddia edirdi ki, Azərbaycan dövləti Đran Azərbaycanını 

Đranın  əlindən  almaq  planı  hazırlayan  Türkiyə  xadimlərinin  diqtəsi  ilə 

yaradılmışdır,  “Azərbaycanda,  ümumiyyətlə,  Qafqazda  və  Đranda  əsla  türk 

yoxdur,  hamı  farsdır,  sizin  ata  və  babalarınızın  hamısı  farslar  olmuşlar.  Sizin 

sivilizasiyanız,  mədəniyyətiniz,  ən’ənələriniz,  adətləriniz,  hətta  geyimləriniz 

farsınkıdır”. 

Əliqulu  xan  Đstanbula  gələrkən  yolüstü  iki  gün  Bakıda  olmuş, 

N.Yusifbəyov,  Ə.Ağaoğlu  və  Ə.  Əmircanov  ilə  görüşmüşdü.  Ə.Ağaoğlu  ilə 

söhbətdə Đran naziri Azərbaycanın Đranla birləşməsi təklifini irəli sürür. Əliqulu 

xanın  e’tirafına  görə,  Ə.Ağaoğlu  “Đranla  birləşmək  imkanını”  qət’i  rədd  edir. 



Əliqulu xan onu da əlavə edir ki, “Əhməd bəy həddindən artıq coşğun adamdır, 

siyasi məsələləri belə müzakirə etmək olmaz”. 

Bakıda ağzı yanan Əliqulu xan Đstanbulda Ə.Ə.Topçubaşovu Azərbaycanı 

Đranla  birləşdirmək  təklifinə  meylləndirməyə  cəhd  göstərir.  Deyir  ki,  “Đranla 

ittifaq və birləşmək” Azərbaycan üçün  ən münasib  yoldur.  “Sizin  Azərbaycan, 

əlbəttə,  daxili  muxtariyyəti  saxlayar.  Xarici  vəziyyətə  gəldikdə  isə,  o,  xüsusi 

aktla müəyyənləşər”. Đran nazirinin təkrarən “indi bizə e’timad və birlik lazım-

dır” vurğulamasına Topçubaşov soyuqqanlıqla cavab verir: “Əlbəttə, o da, bu da 

qarşılıqlı olmalıdır, özü də birliyi mən həm Đranın, həm də bizim Azərbaycanın 

müstəqilliyinin  və  mənafeyinin  qorunması  üçün  ittifaq  mə’nasında  başa 

düşürəm”. 

Azərbaycanın 

müstəqilliyi 

məsələsində 

Azərbaycan 

liderlərinin 

mövqeyinin dönməzliyi ilə rastlaşan Əliqulu xan deyir ki, “tarix var, tarixi hü-

quqlar  var.  Bu  baxımdan  Đran  şahlarının  hakimiyyətinə  tabe  olan  Zaqafqaziya 

xanlıqlarının  vəziyyəti  Sizə  yaxşı  mə’lumdur.  Güman  edirəm  ki,  (Paris)  Sülh 

Konqresi  tarixi  hüquqları  nəzərə  almaya  bilməz”.  Buna  Topçubaşov  “yə’ni, 

deməli, Đran bizim Azərbaycana iddia edəcəkdir, yaxud edir? Bəlkə Đranın tarixi 

hüquqlarına qarşı daha qədim xarakterli başqa tarixi hüquqlar göstəriləcəkdir!” 

deməklə cavab vermişdi. 

Đran  konqresə  təqdim  etdiyi  memorandumda,  demək  olar,  bütün  keçmiş 

Azərbaycan xanlıqları ərazisinə iddia irəli sürdü. 

Lakin  get-gedə  Đran  Azərbaycan  Cümhuriyyəti  ərazisinə  iddialarının 

perspektivsizliyini başa düşdü və siyasi reallıqlarla hesablaşmalı oldu. 

1919-cu  il  noyabrın  1-də  Parisdə  birgə  Azərbaycan-Đran  komissiyası 

mühüm bir sənəd qəbul etdi. Həmin sənəddə Đran tərəfi Qafqaz Azərbaycanının 

“müstəqil, asılı olmayan, demokratik respublika” olmasını e’tiraf etdi. 

Bu, Azərbaycan diplomatiyasının ciddi uğuru idi. 

Nəhayət,  Đranın  Azərbaycan  siyasətində  realizm  qalib  gəldi.  Paris  Sülh 

Konqresi  Ali  Şurası  1920-ci  ilin  yanvarında  Azərbaycanın  müstəqilliyini  de-



Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə