İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
1   2   3   4   5   6   7   8   9

fakto  tanıdıqdan  sonra  Azərbaycanın  müstəqilliyini  de-yure  tanıyan  ilk  dövlət 

Đran  oldu.  1920-ci  il  martın  20-də  Bakıda  Azərbaycanla  Đran  arasında  tarixi 

müqavilə  imzalandı:  “Đran  Şahənşah  hökuməti  Azərbaycan  Cümhuriyyətinin 

(Qafqaz)  müstəqilliyini  tanımasını  təntənəli  surətdə  e’lan”  etdi.  Azərbaycanın 

hər şeydən daha əvvəl və daha çox məhz beynəlxalq tanınmaya ehtiyacı olduğu 

bir vaxtda Đran dövlətinin bu diplomatik aktı olduqca önəmli hadisə idi. 

Gürcüstan  və  Ermənistanla  münasibətlərimiz  haqqında.  Türkiyə  ilə 

qarşılıqlı  münasibətlərimizin  olması  misilsiz  əhəmiyyətli  idi.  Azərbaycan-Đran 

diplomatik münasibətlərinin yaranması çox yaxşı idi. 

Ancaq  Azərbaycan  üçün,  eyni  ilə  Gürcüstan  və  Ermənistan  üçün 

Zaqafqaziya  regionunda sülh və əmin-amanlıq olması xüsusilə  vacib idi. Bunu 

hər  üç  respublikanın  həyati  mənafeləri  tə’kidlə  tələb  edirdi.  Bunun  üçün 

Azərbaycan, 

Gürcüstan, 

Ermənistan 

respublikaları 

arasında 

normal 


münasibətlər yaradılmalıydı. 

Həmin  istiqamətdə  Azərbaycan  Cümhuriyyəti  təşəbbüskar  fəaliyyət 

göstərmişdir. 

Gürcüstanla  normal,  gündən-günə  möhkəmlənən  dostluq  və  müttəfiqlik 

münasibətləri  yaradılmasına  nail  olunmuşdur.  Müstəqilliyin  ilk  günlərində 

qarşıya  çıxan  bə’zi  çətinliklər  danışıqlar,  dinc  vasitələrlə  həll  edilmişdir. 

Məsələn,  Almaniyanın  tələbi  ilə  Gürcüstan  hökuməti  Azərbaycanın  də’vəti  ilə 

gələn Türkiyə qoşun hissələrini Gürcüstan dəmir yolu ilə buraxmırdı. Bu anla-

şılmazlığı danışıqlar yolu ilə aradan qaldırmaq mümkün olmuşdu. 

Zaqafqaziya respublikaları arasında, xüsusən də Azərbaycanla Ermənistan 

arasında ən çətin problem ərazi və sərhədlər məsələsi idi. Hələ iyun ayının 10-

da  Azərbaycan  hökuməti  həmin  məsələyə  birgə  baxmağı  Ermənistan  və 

Gürcüstana təklif etdi. Sonra Azərbaycan mübahisəli məsələləri həll etmək üçün 

birgə komissiya yaradıb, üç respublika nümayəndələrinin konfransını keçirmək 

təşəbbüsündə bulundu. Konfrans noyabr ayında Tiflisdə oldu. Lakin Ermənistan 



ilkin  razılaşmanı  pozaraq  konfransa  öz  nümayəndələrini  göndərmədi.  Müba-

hisəli məsələlər həll olunmamış qaldı. 

Bununla  belə,  Azərbaycan-Gürcüstan  münasibətləri  düzgün  məcrada 

inkişaf  etdirildi  və  müttəfiqlik  səviyyəsinə  qaldırıldı.  1919-cu  ilin  iyun  ayında 

Azərbaycanla  Gürcüstan  arasında  mühüm  müqavilə  imzalandı.  Azərbaycan  və 

Gürcüstan  öhdəlik  götürdülər  ki,  tərəflərin  “ərazi  bütövlüyü  və  müstəqilliyinə 

hər  hansı  hücum  və  təhlükə  olarsa  bir-birinə  hərbi  yardım”  göstərsinlər.  Bu 

hərbi  müdafiə  müqaviləsi  Denikin  təhlükəsi  ilə  əlaqədar  bağlanmışdı. 

Ermənistan müqaviləyə qoşulmaqdan imtina etdi. 

Müqavilə  ilə  faktiki  olaraq  Azərbaycan-Gürcüstan  siyasi  və  hərbi  ittifaqı 

yarandı.  Paris  Sülh  Konqresindəki  Azərbaycan  və  Gürcüstan  nümayəndələri 

fəaliyyətlərini əlaqələndirdilər, birgə diplomatik addımlar atdılar, həmrə’y çıxış 

etdilər və s. 

Denikin Azərbaycan və Gürcüstan müqaviləsi ilə hesablaşmalı oldu, hətta 

Azərbaycanla  Gürcüstan  arasını  vurmağa  cəhd  göstərdi.  Könüllü  ordunun 

nümayəndəsi  general  Baratov  1919-cu  ilin  sentyabrında  Baş  nazir 

N.Yusifbəyovla görüşərkən Azərbaycanla Könüllü ordu arasında saziş bağlama-

ğı  təklif  edir.  Lakin  Azərbaycan  müttəfiqliyinə  sadiq  idi.  Baş  nazir  birmə’nalı 

deyir: Saziş bağlamağın “əsas və başlıca şərti odur ki, biz Gürcüstansız əlahiddə 

saziş  bağlaya  bilmərik  və  əgər  onu  bağlasaq,  Gürcüstanla  birgə  bağlayarıq, 

yə’ni əgər eyni vaxtda Gürcüstan da Könüllü ordu ilə saziş bağlasa bağlayarıq”. 

Hələ  bundan    əvvəl  də  Azərbaycan  hökuməti  Denikinə  münasibətdə 

prinsipial  mövqeyini nümayiş  etdirmişdi.  Đngilis  generalı  Briks 1919-cu  il  iyu-

nun  3-də  Yekaterinodarda  general  Denikinlə  Azərbaycanın  Kubanda 

nüməyəndəsi  C.Rüstəmbəyovun  görüşünü  təşkil  edir.  Görüşdə  iştirak  edən 

Briks  Denikinə  və  Rüstəmbəyov  vasitəsilə  Azərbaycan  hökumətinə  təklif  edir 

ki,  diplomatik  nümayəndəliklər  açsınlar.  General  Denikin  cavab  verir  ki, 

“Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə heç bir e’tirazı yoxdur.”  




Denikinin “Mən Sizin xalqın və onun hökumətinin Rusiyaya münasibətini 

bilmək  istəyirəm”  sualına  cavab  olaraq  Rüstəmbəyov  deyir  ki,  “biz  mədəni  və 

iqtisadi cəhətdən Rusiya ilə bağlıyıq, rus inqilabı və dünya müharibəsi xalqların 

öz  müqəddəratını  tə’yin  etmək  hüququ  kimi  böyük  ideya  doğurmuşdur,  bax, 

mənim xalqım müstəqilliyini e’lan etməyi öz hüququ sayır. Bununla biz Rusiya 

ilə  əlaqələri  kəsmirik  və  əgər  Rusiyanın  hansısa  səlahiyyətli,  hamı  tərəfindən 

tanınan xalq demokratik orqanı olarsa, güman edirəm, mənim xalqım oraya ge-

dər, orada iştirak edər və öz müqəddəratını tə’yin etmək hüququnu bəyan edər 

və hesab edirəm ki, həmin orqan başqa xalqlar sırasında mənim xalqımın da öz 

müqəddəratını tə’yin etməyə olan ayrılmaz və ədalətli hüququnu təsdiq edər”. 

Denikinlə söhbəti haqqında Rüstəmbəyovun mə’lumatını alan kimi, iyunun 

26-da  Xarici  Đşlər  naziri  əvəzi  A.Ziyadxanov  Rüstəmbəyova  aşağıdakı 

məzmunda şifrli teleqraf göndərdi: 

1.  


“Könüllü  ordu  ilə  Azərbaycan  arasında  diplomatik  nümayəndəlik 

mübadiləsinə  mənfi  münasibət  bəsləyirik.  Bununla  birlikdə  lazım  gələndə 

Könüllü ordunun komandanlığı ilə müxtəlif məsələlər üzrə danışıqlar aparmağa 

hökumətin  heç  bir  e’tirazı  yoxdur.  Könüllü  ordu  isə  lazım  olanda  Azərbaycan 

hökuməti ilə danışıqlar aparmağı özünün Bakıda ingilis komandanlığı nəzdində 

olan nümayəndəsi general Lazarevə tapşıra bilər”. 

2.  

“Könüllü  ordu  barədə  mövqeyimiz  belədir:  qəti  və  möhkəm  qərara 



gəlinmişdir ki, Könüllü ordu hissələri Azərbaycan Cümhuriyyətinin hüdudlarına 

buraxılmasın  və  Könüllü  ordu  hissələrinin  Dağıstandan  çıxarılması  tələb 

olunsun”. 

3. 


Azərbaycan 

hökuməti 

Rüstəmbəyovun 

müstəqillik 

məsələsində 

hökumətin  prinsipial  mövqe  ilə  uzlaşmayan  fikrini  (“Biz  Rusiya  ilə  əlaqələri 

kəsmirik...”) pislədi və birmə’nalı bəyan etdi: 

“Qəti  bilin,  Azərbaycan  xalqı  öz  Müəssislər  Məclisindən  başqa  heç  bir 

başqa məclisə getməyəcəkdir. Bizim hökumətimizin xətti belədir: Azərbaycanın 



Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə