İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
1   2   3   4   5   6   7   8   9

dövlətlərin  suverenliyini,  mənafelərini  tapdamaları,  böyük  dövlətlərin  kiçik 

dövlətlərlə ədalətsiz rəftarları nümunəsidir. 

Noyabrın  3-də,  barışıq  şərtləri  Türkiyə  mətbuatında  dərc  edilən  gün, 

Azərbaycanın  Türkiyədə  fövqəl’adə  elçisi  Ə.M.Topçubaşov  Mudros  barışığını 

imzalamış  Donanma  naziri  Rauf  bəylə,  noyabrın  4-ü  və  5-də  isə  Xarici  Đşlər 

nazirinin müavini Hikmət bəy və Xarici Đşlər naziri Nəbi bəylə görüşərək Bakı 

və Azərbaycan dəmir yolu haqqında bəndlərin Mudros barışığına daxil edilmə-

sinə  qəti  e’tirazını  bildirdi.  O,  Azərbaycan  nümayəndələri  iştirak  etmədiyi 

danışıqlarda  Türkiyənin  Bakı  haqqında  danışıq  aparmaq  hüququ  olmadığını 

vurğuladı.  Topçubaşov  kəskin  şəkildə  dedi  ki,  Antanta  ilə  danışıqlarda  “türk 

nümayəndələrinin  nəinki  Türkiyəyə  mənsub  olmayan  və  Türkiyəyə  bir-

ləşdirilməyən Bakı şəhəri və Zaqafqaziya dəmir yolu haqqında hansısa öhdəlik 

götürmək, hətta onların adlarını belə çəkmək hüquqları yox idi”. 

Nəbi  bəy  bu  fikirlə  razılaşdı:  “Biz  Bakını  antantaçılara  verməmişik  və 

verməyə  də  hüququmuz  yoxdur.  Biz  onlara  dedik  ki,  Bakının  tutulmasına 

maneçilik törətməyəcəyik. Biz buna məcbur olduq”. 

Ə.M.Topçubaşov  buna  sərt  münasibət  bildirdi:  “Bakının  tutulmasına 

maneçilik  törətməmək  öhdəliyi  Bakının  tutulmasına  tam  sərbəstlik  verməyə 

bərabərdir”. 

Rauf  bəy  Antanta  ilə  danışıqlarda  Bakı  məsələsinin  müzakirəsi  barədə 

həqiqəti söylədi: danışıqlarda “biz dəfələrlə qeyd etdik ki, Bakı bizim deyil və 

bu  barədə  Antanta  Azərbaycan  hökuməti  ilə  danışıqlara  başlamalıdır.  Lakin 

ingilislər bizə qəti bildirdilər ki,  onlar hər  necə  olursa-olsun  Bakını  alacaqlar”, 

Bakıda  türk  qoşunları  var.  Türkiyə  “Bakının  tutulmasına  maneçilik  törətməyə-

cəyinə  tə’minat  verməlidir”.  Onlar  bunu  barışıq  şərtləri  mətninə  daxil  etməyi 

tələb  etdilər.  Rauf  bəy  açıq  e’tiraf  etmişdi:  “müttəfiqlərin  -  antantaçıların 

tələbləri çox sərtdir. Lakin nə etmək olar, onlar qalibdirlər, biz məğlub”. 



Mudros  barışığının  Bakı  haqqında  bəndinə  və  noyabrın  17-də  müttəfiq 

qoşunların  Bakı  şəhərini  tutmasına  Sovet  Rusiyasının  münasibəti  necə 

olmuşdu? 

Mə’lum olan odur ki, sentyabrın 15-də Bakının azad edilməsinə dərhal və 

sərt münasibətdən fərqli olaraq Sovet Rusiyası bu dəfə xüsusi diplomatik fəallıq 

göstərməmişdir. 

Noyabrın 

1-də 


RSFSR-in 

Almaniyada 

səlahiyyətli 

nümayəndəliyi  Almaniya  Xarici  Đşlər  Nazirliyinə  bir  nota  vermişdi.  Notada 

“Bakı  rayonunun  Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası  ərazisi,  Sovet 

Respublikasının  “Bakı  rayonunun  yeganə  qanuni  sahibi”,  Bakı  neftinin,  onun 

ehtiyatlarının “Sovet Respublikasının mülkiyyəti” olması yenə də iddia edilirdi. 

Bu  nota  Mudros  barışığı  imzalanandan  iki  gün  sonra  verilmişdi.  Ola  bilsin, 

Sovet Rusiyasının hələ Mudros barışığından xəbəri yox imiş. Bəlkə də bu nota 

dolayı yolla Antantaya ünvanlanıbmış. 

Azərbaycan  hökumətinin  rə’yindən  asılı  olmayaraq  ingilis  qoşunu  Bakını 

tutmalı idi. Azərbaycanın hərbi müqavimət göstərmək imkanı yox idi. 

Ona görə diplomatik sə’ylərə üstünlük verildi. 

Azərbaycan hökuməti ingilis komandanlığının planlarını öyrənmək, onunla 

müəyyən  ümumi  dil  tapmaq  məqsədilə  noyabrın  14-də  N.Yusifbəyov, 

Ə.Ağaoğlu  və  M.Rəfiyevi  Ənzəliyə  general  Tomsonla  danışıqlar  aparmağa 

göndərdi. Danışıqlar gedişində mə’lum oldu ki, Tomsonda Azərbaycan Cümhu-

riyyəti  haqqında  tamamilə  yanlış  fikir  formalaşmışdır.  O,  Azərbaycan 

nümayəndələrinə  demişdi:  “Bizim  bildiyimiz,  Azərbaycan  xalqının  arayi-

ümumiyyəsindən doğma bir Cümhuriyyət yoxdur. Yalnız türk komandanlığının 

intriqası ilə təşəkkül etmiş bir hökumət var”. 

Azərbaycan  nümayəndələrinin  əks  dəlilləri  Tomsona  müəyyən  tə’sir  edir. 

Tomson  bildirir:  “Madam  ki,  siz  bunun  (Azərbaycan  xalqının  ümumi  rə’yi  ilə 

əmələ  gəlmiş  Cümhuriyyətin  olmamasının  -  T.K.)  əksini  iddia  ediyorsunuz,  o 

halda gəlir məhəllində tədqiq, ona görə də qərar veririz”. 



Tomsonun ağır şərtləri belə idi: “Noyabr ayının 17-i səhər saat 10-a qədər 

Bakı həm Azərbaycan, həm də türk qoşunlarından təmizlənməlidir”. “Bakı neft 

mə’dənləri  ilə  birlikdə  işğal  olunacaqdır”;  “Azərbaycan  rəsmən  tanınmır”; 

“General Tomson Bakının general-qubernatoru olacaqdır” və i.a. 

Eyni  zamanda  Tomson  bildirmişdi  ki,  Bakıdan  başqa  “ölkənin  qalan 

hissəsi  Azərbaycan  hökumətinin  və  onun  qoşunlarının  nəzarəti  altında  qa-

lacaqdır”;  “Đngiltərə,  Fransa  və  Amerika  nümayəndələri  Azərbaycan  hökuməti 

ilə  de-fakto  əlaqə  yaradacaqlar;  “Azərbaycan  Paris  Sülh  Konfransında  milli 

müqəddəratı 

tə’yinetmə 

prinsipləri 

üzrə 


müzakirələrdən 

kənarlaşdırılmayacaqdır”. 

Bunlar  təskinlikverici  cəhətlər  idi.  Bütövlükdə  isə  Tomsonun  şərtləri 

Azərbaycanın  suverenliyini  kobud  şəkildə  pozan  və  hədsiz  dərəcədə  məh-

dudlaşdıran şərtlər idi. 

Ancaq  başqa  çarə  qalmamışdı.  F.Xoyski  Tomsona  teleqram  vuraraq, 

müttəfiq qoşun dəstələrinin Bakıya daxil olmasına e’tiraz edilmədiyini, həm də 

əminliyini  bildirdi  ki,  müttəfiq  qoşun  dəstələrinin  Bakıya  gəlməsi 

“Azərbaycanın  müstəqilliyinin  və  ərazi  bütövlüyünün  pozulmasına  bais 

olmayacaqdır”. 

Tomson  dərhal  Xoyskiyə  cavab  verdi:  “Tam  əminəm  ki,  Sizin 

göstərdiyiniz 

istiqamətdə 

əməkdaşlıq 

edərək 

qarşılıqlı 



əlaqələrimizin 

qənaətbəxş olmasına nail olacağıq”. 

Noyabrın 17-də müttəfiq qoşunların (faktiki olaraq ingilis qoşunlarının) ilk 

dəstəsi Bakıya gəldi. General Tomson Bakı limanında qarşılanma mərasimində 

“nə  indi,  nə  də  gələcəkdə”  Azərbaycanın  “daxili  işlərinə  qarışmaq  fikrində” 

olmadığını söylədi. 

Amma  Tomsonun  Bakıda  ilk  addımları  ciddi  təşviş  və  narahatlıq 

doğururdu. 

Tomson  Azərbaycanı  mövcud  olmayan  Rusiya  imperiyasının  ərazisi 

sayırdı. Nümayişkaranə qeyd edirdi ki, mən “Bakıya, 1914-cü il müharibələrinə 




Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə