İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
1   2   3   4   5   6   7   8   9

Bir  erməni  (R.Şahnazarov)  Şuşadan  1920-ci  ilin  aprelində  Bakıya  erməni 

yepiskopu Baqrata yazmışdı: 

“Qarabağın  səadəti  Araratın  agentlərinin  əməlləri  ilə  məhv  edilmişdir. 

Yuxarı  Qarabağ  ermənilərinin  bədbəxtliyi  üçün  bütün  məs’uliyyət  daşnak 

hökumətinin  üzərinə  düşür...  Qarabağ  qanlı  hadisələr  dairəsindən  kənarda 

qalmalıydı,  qala  bilərdi  və  əgər  daşnakların  avantürası  olmasaydı,  şübhəsiz 

qalardı...  Erməni  xalqının  düşmənlərinə  -  gözəl  və  dinc  Qarabağı  məhv  edən 

daşnaklara lə’nət olsun”. 

Ermənistanla  qarşıdurmada  Azərbaycan  Xalq  Cümhuriyyəti  öz  ərazi 

bütövlüyünü şərəflə qorudu, Ermənistanın işğalçılıq planlarını puç etdi. 

Bu  gün  Azərbaycan  yenidən  Ermənistanın  işğalına  mə’ruz  qalıb.  Bu  dəfə 

müxtəlif  səbəblərə  görə  hərbi  məğlubiyyətə  uğramışıq.  Şuşa,  Laçın,  Ağdam... 

erməni tapdağı altında inildəyir. 

Ermənistanın  Azərbaycan  ərazilərinə  sahib  olmaq  cəhdi  strateji  baxımdan 

tamamilə  perspektivsizdir.  Həm  də  Azərbaycanla  əbədi  düşmənçilik  şəraitində 

Ermənistanın  bir  dövlət  kimi  mövcudluğu,  Ermənistanın  istiqlalı  və  istiqbalı 

strateji baxımdan ümumiyyətlə müşküldür. 

Bu  həqiqətlər  Ermənistanda  başa  düşülməlidir.  Başa  düşülməlidir  ki, 

müvəqqəti  hərbi  qələbə  ermənilərin  kütləvi  məstliyinə  gətirib  çıxartsa,  onları 

hələ görmədikləri dəhşətli fəlakət gözləyir. 

Ermənistan  ərazilərimizi  xoşluqla  azad  etməzsə  Azərbaycan  xalqı  gec-tez 

ayağa qalxıb öz son və qəti sözünü deyəcəkdir. Buna Azərbaycan xalqının haqqı 

və iqtidarı vardır. 

Rusiya  və  Qərb  dövlətləri  ilə  münasibətlər  haqqında.  Sovet  Rusiyası 

ölkənin xalqlarının ayrılmağa və müstəqil dövlət qurmağa qədər öz müqəddərat-

larını  tə’yin  etmək  hüququnu  dəfələrlə  təntənəli  surətdə  e’lan  etsə  də, 

Azərbaycanın, eləcə də ayrılmış digər dövlətlərin müstəqilliyini tanımırdı. 

Rusiyanın bütün siyasi qüvvələri - çar hökumətinin keçmiş naziri Sazonov, 

müvəqqəti  hökumətin  keçmiş  naziri  Milyukov,  admiral  Kolçak,  general 



Denikin, hakimiyyətdə olan bolşeviklər Azərbaycanın  müstəqilliyini  danışıqsız 

rədd edirdilər.  

RSFSR  Azərbaycan  Xalq  Cümhuriyyətini  beşikdə  boğmağa  cəhd  edirdi. 

Hərbi yolla və diplomatik vasitələrlə. 

RSFSR ”Bakı kommunası” vasitəsilə Azərbaycan hökumətinin  müvəqqəti 

yerləşdiyi  Gəncə  üzərinə  qoşun  yeritdi.  Lakin  iyunun  axırlarında  birləşmiş 

Türkiyə-Azərbaycan  qoşun  hissələri  Göyçay  ətrafında  sovet  (əslində  erməni) 

qoşunlarının  hücumunu  dayandırmağa  və  onları  məğlubiyyətə  uğratmağa 

müvəffəq oldular. 

RSFSR  rəhbərliyi  Bakı  haqqında  cinayətkar  planlar  düşündü.  Şaumyanın 

sözləri ilə deyək:  “Lenin tələb  etdi ki,  almanlar Bakını tutsalar,  onların burada 

nefti ələ keçirmələrinə imkan verməmək üçün hər cür tədbirlər görək”. Bu tələb 

əsasında  Bakı  Soveti  müdhiş  və  cinayətkar  bir  qərar  qəbul  etdi.  “Bütün  neft 

sənayesini  məhv  etmək,  ancaq  onu  almanlara  verməmək”.  Şaumyanın  xüsusi 

sərəncamı  ilə  qərarın  icrası  başlandı:  neftötürən  kəmərlər  söküldü,  mühərriklər 

sökülüb gəmilərə yığıldı və i.a. 

Eyni zamanda RSFSR Bakını əldə saxlamaq məqsədilə Almaniya ilə gizli 

sövdələşməyə girdi. 1918-ci il iyunun axırlarında Almaniyanın xarici işlər üzrə 

dövlət  katibi  R.Kulman  Almaniyada  RSFSR-in  səlahiyyətli  elçisi  A.Đoffeyə 

“türkləri  Bakıya  buraxmamağa”  söz  verdi,  əvəzində  isə  Bakı  nefti  istədi.  Đoffe 

tərəddüd  etmədən  razılaşdı,  “almaq  xatirinə  vermək  prinsipinə  tamamilə  ra-

zıyıq”, dedi. 

Avqustun  27-də  Rusiya  ilə  Almaniya  arasında  “Rus-Almaniya  əlavə 

müqaviləsi” imzalandı. Müqavilədə Bakı  haqqında Leninin bəyəndiyi Kulman-

Đoffe  sövdələşməsi  təsdiq  olundu:  Almaniya  boyun  oldu  ki,  üçüncü  dövləti, 

yə’ni  Türkiyəni  Bakıya  buraxmayacaq.  Əvəzində  Rusiya  Bakı  neftinin  dörddə 

birini  Almaniyaya  verməli  və  özünün  tanımadığı  Gürcüstanın  müstəqilliyini 

Almaniyanın tanımasına e’tiraz etməməli idi. 




Bakı  haqqında  razılaşma  RSFSR  rəhbərliyində  eyforiya  doğurur.  Xarici 

Đşlər  komissarı  Q.V.Çiçerin  1918-ci  il  sentyabrın  2-də  ÜRMĐK-in  iclasında 

“Bakı qəzasının həmişəlik olaraq Rusiyada qaldığını” e’lan edir. 

Azərbaycan  Xalq  Cümhuriyyətindən  xəlvət  aparılmış  bu  biabırçı  siyasi 

alış-veriş  hər  iki  tərəfi  tamamilə  tə’min  edirdi.  Biri,  RSFSR  Bakını 

Azərbaycandan qoparıb öz əlində saxlayırdı. Almaniya isə çoxdan sinov getdiyi 

Bakı neftinə əzab-əziyyətsiz sahib olurdu. 

Bu  sövdələşmə  ilə  Rusiya  Zaqafqaziya  respublikalarına  münasibətdə  ikili 

mövqe tutur:  

 Rusiya  Bakıya  iddiaları  naminə  Almaniyanı  Gürcüstanın  müstəqilliyini 



tanımasına  e’tiraz  etmir,  bununla  faktiki  olaraq  Gürcüstanın  müstəqilliyini 

qəbul etmiş olur. 

 Ancaq Rusiya üçün elə bil Azərbaycan yox idi. Özü də elə bir vaxtda ki, 



Azərbaycan  Cümhuriyyəti  artıq  üç  aydır  yaşayır,  qurub-yaradır,  Bakını  azad 

etmək üçün Türkiyə qoşunları ilə birlikdə həlledici döyüşlər aparırdı. 

O  Bakının  ki,  Azərbaycanın  əzəli  və  şəriksiz  şəhəri  idi  və  artıq  çoxdan 

Azərbaycanın  siyasi,  iqtisadi,  mədəni  və  intellektual  paytaxtına  çevrilmişdi. 

Həm  də  Rusiya  Azərbaycanın  iştirakı  olmadan  və  Azərbaycandan  xəbərsiz 

Bakının taleyini həll edərkən öz addımına nə iləsə bəraət qazandırmaq, hansısa 

diplomatik  maska  taxmaq  cəhdində  belə  olmamışdı.  “Əlavə  müqavilə” 

imzalanan zaman artıq Bakıda Sovet hakimiyyəti adlanan Şaumyan hakimiyyəti 

devrilmişdi.  Burada  hakimiyyət  Azərbaycan  xalqına  tamamilə  yabançı  və  açıq 

düşmən olan “Sentrokaspi diktaturası”nın əlinə keçmişdi. Bu “diktatura” Sovet 

Rusiyasına  da  açıq  düşmən  münasibəti  bəsləyirdi.  Deməli,  RSFSR-in  sovet 

Bakısını qorumaq bəhanəsi də qalmamışdı. 

Almaniyaya  gəldikdə  o,  asanlıqla  öz  müttəfiqi  Türkiyədən  xəlvət  və 

Türkiyənin Azərbaycana bəslədiyi qardaş münasibətin əksinə, türk qoşunlarının 

artıq  Bakı  həndəvərində  döyüşməsini  nəzərə  almadan  və  müttəfiqliyinə  dönük 

çıxaraq,  dünənə  qədər  qanlı  müharibə  apardığı  Rusiya  ilə  bu  gün  Bakı 




Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə