Oksidləşmə - reduksiya reaksiyaları və onların tərtib üsulları
Doğma planetimiz olan Yerdə həyatın mövcudluğu ( təminatı) bir- birindən asılı olmayan iki proseslə əlaqədardır. Onlardan biri Günəşdən gələn enerjinin xlorofil tərəfindən udularaq fotokimyəvi enerjiyə çevrilməsi və nəticədə və O – dan üzvi maddələrin və sərbəst oksigenin sintez prosesidir; bu proses endotermik prosesdir. Fotosintez nəticəsində atmosferin ilkin tərkib hissələri də dəyişmişdir. Belə ehtimal olunur ki, atmosferin ilkin tərkibli , S , və s. qazlardan təşkil olunmuşdur.
Fotosintez prosesi canlı aləmin təşəkkül tapmasına və onun inkişaf edərək ən mükəmməl canlı varlıq formasına çevrilməsinə səbəb olmuşdur.
İkinci proses isə üzvi maddələrin ( yağların, zülalların, karbohidratların və s.) bioloji oksidləşməsidir ki, bu proses də ekzotermik prosesdir; o canlı orqanizm üçün enerji mənbəyidir. Çünki bu proses nəticəsində qida maddələrinin kimyəvi enerjisi digər enerji növlərinə çevrilir ki, bu da canlıların həyat fəaliyyətinin təmini üçün ən vacib proseslərdən biridir.
Hər iki proses oksidləşmə - reduksiya prosesidir. Məhz buna görə də onun daha dərindən təhlil edilərək öyrənilməsi həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir. Bu prosesin təhlilinə keçməmişdən əvvəl müəyyən anlayışların təhlil edilməsi metodik baxımdan daha məqsədəuyğundur.
Oksidləşmə dərəcəsi. Oksidləşmə dərəcəsi elementlərin molekuldakı şərti yüküdür. Onun təyin olunması zamanı bütün kimyəvi birləşmələrin yalnız ionlardan təşkil olunduğu fərz olunur ( qəbul edilir). Elementlərin oksidləşmə dərəcəsi müsbət, mənfi və sıfır qiymətlər ala bilər. Kimyəvi birləşmələrdə ayrı – ayrı elementlərin oksidləşmə dərəcələrinin cəbri cəmi, həmişə sıfra bərabərdir.
Valentlik. Bir elementin müəyyən sayda digər elementi özünə birləşdirmək “qabiliyyətini” xarakterizə etmək üçün valentlik anlayışından fadə olunurdu. Daha doğrusu, elementin özünə birləşdirdiyi və ya əvəz etdiyi hidrogen atomlarının sayı həmin elementin valentliyi hesab olunurdu. Məsələn:
LiH , , , və s.
Dostları ilə paylaş: |